Prokurorluq işçisi aşağıdakı əsaslar olduqda prokurorluqdan xaric edilir:
altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə həkim rəyi olduqda;
attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadıqda;
xidməti və ya əmək intizamını kobud, yaxud mütəmadi pozduqda;
qanunvericilik, icra, məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarına seçildikdə və ya təyin edildikdə;
öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;
cinayət törətdiyinə görə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduqda, habelə haqqında cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;
fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
bu Qanunla prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;
prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda və ya hərəkətə yol verdikdə.
Prokurorluq işçisi vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə onun adı prokurorluq işçilərinin siyahısından çıxarılır.