Qanunvericilik › Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Prokurorluğun maddi-texniki təminatı və maliyyələşdirilməsi

Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Prokurorluğun maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Prokurorluğun maddi-texniki təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Prokurorluğun yerləşdiyi torpaq sahəsi, binalar tikinti və qurğular, habelə dövlət büdcəsi hesabına əldə olunmuş daşınan və daşınmaz əmlak dövlət mülkiyyəti hesab edilir.

Prokurorluq işçilərinin və prokurorluq orqanlarının digər əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.

Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver