Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Prokurorluq işçilərinin attestasiyası və fəaliyyətinin qiymətləndirilməsi

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Prokurorluq işçilərinin peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə kadrların düzgün seçilməsində, yerləşdirilməsində və tərbiyə edilməsində, peşə hazırlığının və məsuliyyət hissinin artırılmasında, habelə xidməti intizamın gücləndirilməsində mühüm vasitə olan attestasiya keçirilir.

Prokurorluq işçilərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

14.2. Prokurorluq işçilərinin attestasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir.

14.3. Hərbi prokurorluğun işçilərinin attestasiyası hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınmaqla prokurorluq orqanlarının kadrları üçün müəyyən edilmiş ümumi tələblərə uyğun həyata keçirilir.

14.4. Attestasiya olunan prokurorluq işçisinə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

14.5. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

14.6. Prokurorluq işçilərinin işlədiyi müddətdə nəzəri biliklərinin və peşə hazırlığının vaxtaşırı qiymətləndirilməsi yalnız bu Qanunun 14.1-ci maddəsində müəyyən edilmiş hallarda həyata keçirilir. Bu məqsədlə hər hansı digər vaxtaşırı qiymətləndirmə üsulları (imtahan və sair) tətbiq edilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver