2.1. Prokurorluqda qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
2.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi prokurorluq orqanlarında qulluq keçən şəxslərə şamil edilir.
2.3. Prokurorluq işçilərinin əmək münasibətləri onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.
2.4. Hərbi prokurorluq orqanları işçilərinin qulluq keçmə qaydaları və şərtləri “Prokurorluq haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, bu Qanun və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” ilə tənzimlənir.