28.1. Şəxs, yalnız qeyri-könüllü hospitallaşdırmaya əsas verən şərtlərin qaldığı müddətdə psixiatriya stasionarında saxlanılır.
28.2. Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsinin həll edilməsi məqsədi ilə həmin şəxs ilk altı ay müddətində ayda bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilir. Müalicə altı aydan çox çəkdikdə şəxsin psixiatriya müayinəsi hər üç ayda azı bir dəfə aparılır.
28.3. Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsi həkim-psixiatr komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin müalicənin başlandığı gündən hər altı aydan bir qaldırılan vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən həll olunur.