39.1. Psixiatriya yardımı göstərən həkim-psixiatrın, digər mütəxəssislərin aşağıdakı hallarda bu yardımı göstərməkdən imtina etməyə hüququ var:
39.1.1. psixiatriya yardımı göstərilmasinə əsas olmadıqda;
39.1.2. qeyri-könüllü psixiatriya yardımı göstərildiyi hallar istisna olmaqla, şəxs və ya onun qanuni nümayəndəsi psixiatriya yardımı göstərilməsindən boyun qaçırdıqda, yaxud psixiatriya yardımı göstərilməsinə razılıq verməkdən imtina etdikdə;
39.1.3. psixiatriya yardımı göstərilməsi üçün lazımi şərait olmadıqda, yaxud psixiatriya yardımı göstərən həkim-psixiatrın, digər mütəxəssislərin ixtisası pasiyentin, yaxud onun qanuni nümayəndəsinin seçdiyi psixiatriya yardımının növünə və formalarına uyğun gəlmədikdə;
39.1.4. psixiatriya yardımı göstərilərkən lazımi təhlükəsizlik şərtlərinə əməl edilmədikdə;
39.1.5. psixiatriya yardımının səmərəsizliyinə və bu yardımın göstərilməsinin qeyri-mümkünlüyünə səbəb olan digər şərait yarandıqda.
39.2. Həkim-psixiatr və ya digər mütəxəssis psixiatriya yardımı göstərilməsindən imtina etdikdə, onun səbəblərini açıqlamaqla rəsmiləşdirir və bu barədə pasiyentə və psixiatriya müəssisəsinin müdiriyyətinə dərhal xəbər verir.