Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. Psixiatriya yardımı göstərilməsinə nəzarət

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

41.1. Psixiatriya yardımının təşkili, bu yardımı göstərən müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi və onların fəaliyyətinə nəzarət qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

41.2. Psixiatriya yardımının təşkili və bu sahədə mühüm məsələlərin həllində qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət göstərən həkim-psixiatrların ictimai birliklərinin və müvafiq icra hakimiyyəti orqanı nəzdində fəaliyyət göstərən psixiatriya üzrə elmi-metodik şuranın təklif və məsləhətləri nəzərə alınmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver