Bakı şəhəri “15” 10 2002-ci il
"Pullu hüquqi xidmətlərlə məşğul olmaq istəyən xarici fiziki şəxslərdən imtahanın qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin qüvvədən düşməsi barədə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1998-ci il 24 iyun tarixli 102-t/h nömrəli əmri ilə təsdiq edilmiş 1998-ci il 29 iyun tarixdə 111 nömrəli şəhadətnamə verilməklə Dövlət qeydiyyatına alınmış "Pullu hüquqi xidmətlərlə məşğul olmaq istəyən xarici fiziki şəxslərdən imtahanın qəbul edilməsi qaydası haqqında Əsasnamə" qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı.
Ədliyyə Müşaviri F. Məmmədov