Qanunvericilik › “Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 15.07.2024) › Tam mətn

“Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 15.07.2024)

“Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 15.07.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci, 4.0.1-ci yarımbəndlərini və 5.10 – 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Kollegiyası

1. “Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Agentliyin Kollegiyasının məsul katibi bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2024-cü il 15 iyul tarixli 39 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

1.1. Bu Qaydalar qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydaların məqsədi fındıqda aflatoksinin yaranması riskinin qarşısının alınmasıdır.

2.1. Tezyetişən çeşidlər istisna olmaqla qabıqlı fındığın istehsalı, emalı və saxlanması məqsədilə tədarükünü həyata keçirən qida zənciri subyektləri tərəfindən qabıqlı fındıq ilkin istehsalın həyata keçirildiyi ilin 1 sentyabr tarixindən sonra tədarük edilməlidir.

2.2. Tədarük edilən qabıqlı fındığın nəmlik miqdarı 12 %-dən çox olmamalıdır.

2.3. Qabıqlı fındığın emalını həyata keçirən qida zənciri subyekti, həmin məhsul tədarük edildikdən sonra ləpələrindəki nəmliyin miqdarı 6 % olanadək qurudulmasını təmin etməlidir.

2.4. Bu Qaydaların 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulan qabıqlı fındıq kətan və ya brezent kisələrdə saxlanmalıdır.

2.5. Qabıqlı fındığın saxlandığı anbarlar yaxşı havalandırılmalı, yağış və qrunt sularından mühafizə edilməli, anbarlarda havanın nisbi rütubəti 70 %-dən az, temperatur 0-20 °C arasında, məhsulun 3 aydan çox müddət ərzində saxlanması nəzərdə tutulduğu təqdirdə 0-10 °C arasında olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver