Qanunvericilik › Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. qan - donordan götürülmüş və köçürülmə, yaxud sonrakı emal üçün istifadə edilən insan qanı;

1.0.2. qan komponentləri - qandan müalicə məqsədləri üçün müxtəlif üsullarla hazırlanan qanın tərkib hissələri (eritrositlər, leykositlər, trombositlər, plazma);

1.0.3. qan preparatları - müalicə məqsədləri üçün istehsalat şəraitində qandan hazırlanan dərman vasitələri;

1.0.4. qanın, qan komponentlərinin donorluğu - şəxsin könüllü olaraq müalicə məqsədləri üçün qanını və ya qan komponentlərini verməsi;

1.0.5. resipiyent - qanın və ya qan komponentlərinin köçürüldüyü şəxs;

1.0.6. qan xidməti - müalicə məqsədləri üçün qan və qan komponentləri ilə tibb müəssisələrini təmin edən səhiyyə sahəsi;

1.0.7. qan xidməti müəssisəsi (qan bankı) - donorun müayinəsi, qanın, qan komponentlərinin tədarükü, emalı, yoxlanılması, saxlanması və bölüşdürülməsini təmin edən tibb müəssisəsi;

1.0.8. ciddi əlavə təsir (posttransfuzion ağırlaşma) - qanın, qan komponentlərinin tədarükü, müayinəsi, emalı, saxlanması və bölüşdürülməsi ilə bağlı olan, xəstənin həyatı üçün təhlükə yarada, səhhətinə təsir edə və ya əlilliyin müəyyən edilməsi ilə nəticələnə bilən, yaxud stasionar müalicə və ya xəstəlik müddətini uzadan mənfi xarakterli hallar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver