Qanunvericilik › Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Qanın, qan komponentlərinin keyfiyyətinə nəzarət

Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Qan xidməti müəssisələrində (qan banklarında) qan, qan komponentləri, preparatları və konservləşdirici məhlullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mütləq yoxlamadan keçirilir.

14.2. Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların resipiyentlərə köçürülməsini həyata keçirən müalicə müəssisələri həmin məhsulların təhlükəsizliyinin və keyfiyyətinin göstəricilərinə əməl olunmasına nəzarəti təmin edirlər. Bu göstəricilərin siyahısı və nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14.3. Donorda və ya resipiyentdə baş vermiş ciddi əlavə təsirlərin (posttransfuzion ağırlaşmaların), yaxud reaksiyaların müşahidəsinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən prosedurlar sistemi müəyyən edilir.

14.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində tədarük edilmiş, tibbi müayinədən keçmiş, emal olunmuş, saxlanılmış və bölüşdürülmüş qanın, qan komponentlərinin donordan alındıqdan sonra resipiyentə köçürülənədək və əks istiqamətdə izlənilməsinə zəmanət vermək üçün bütün zəruri tədbirləri həyata keçirir.

14.5. Müvafiq icra hakimiyyəti orqanı yalnız Azərbaycan Respublikasında yaranan izlənilmə sisteminə identik (ekvivalent) sistemə malik ölkələrdən qanın və qan preparatlarının idxal edilməsinə icazə verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver