Qanunvericilik › Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Qanın, qan komponentlərinin donorluğu

Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada qan xidməti müəssisələrində (qan banklarında) tibbi müayinədən keçən, qanın, qan komponentlərinin donorluğuna heç bir əks göstərişləri olmayan, 18-65 yaşlı fəaliyyət qabiliyyətli hər bir şəxs qanın, qan komponentlərinin donoru ola bilər. Yaşı 65-dən yuxarı olan şəxslər də həkim rəyi əsasında donor ola bilərlər.

4.2. Donordan qanın və ya qan komponentlərinin götürülməsinə donorun sağlamlığına heç bir zərər yetirilmədiyi halda yol verilir.

4.3. Qanın, qan komponentlərinin donorluğu pulsuzdur. Müstəsna hallarda qanın, qan komponentlərinin donorluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə pullu ola bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver