Qanunvericilik › “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların xarici təşkilatlarla mübadilə edilməsi və təcili humanitar yardım göstərilməsi üçün Azərbaycan Respublikasından kənara aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.04.2006) › Tam mətn

“Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların xarici təşkilatlarla mübadilə edilməsi və təcili humanitar yardım göstərilməsi üçün Azərbaycan Respublikasından kənara aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.04.2006)

“Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların xarici təşkilatlarla mübadilə edilməsi və təcili humanitar yardım göstərilməsi üçün Azərbaycan Respublikasından kənara aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.04.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların xarici təşkilatlarla mübadilə edilməsi və təcili humanitar yardım göstərilməsi üçün Azərbaycan Respublikasından kənara aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 aprel 2006-cı il

1. Bu Qaydalar "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.11-ci bəndinə uyğun hazırlanmışdır.

2. "Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların xarici təşkilatlarla mübadilə edilməsi və təcili humanitar yardım göstərilməsi üçün Azərbaycan Respublikasından kənara aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə həyata keçirilir. Bu zaman hər hansı bir xarici ölkədə qan və qan komponentlərinə ehtiyac yaranarsa və həmin ölkənin müvafiq qurumu rəsmi şəkildə Azərbaycan Respublikasının Hökumətinə müraciət edərsə, yerli imkanlar nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yardım göstərilməsi üçün sərəncam verir.

3. Eynilə Azərbaycan Respublikasında da təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qana, qan komponentlərinə və preparatlarına ehtiyac yaranarsa, Azərbaycan Respublikasının Nazirlər Kabineti humanitar yardım göstərilməsi məqsədilə xarici ölkələrə müraciət edə bilər.

4. Bəzi qan preparatları (məs., qanın laxtalanma faktorları preparatları) ölkəmizdə istehsal olunmadığı üçün onları mübadilə yolu ilə, yəni qan plazmasını xarici istehsalçı ölkəyə verməklə, əvəzində lazımi preparatı ölkəyə idxal etmək olar.

5. Qan, qan komponentləri və preparatları yalnız Azərbaycan Respublikasında yaranan izlənilmə sisteminə identik (ekvivalent) sistemə malik olan ölkədən idxal edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver