“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən istifadə Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərinə görə haqqın ödənilməsi Qaydası və Şərtləri” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 28 dekabr 2013-cü il
__________________________
Əlavələr dərc olunmur.
1. 30 aprel 2018-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 833)
2. 24 iyun 2021-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2021-ci il, № 133 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 686)
3. 18 may 2022-ci il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 559)