Qanunvericilik › «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.08.2007) › Tam mətn

«Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.08.2007)

«Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.08.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

«Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının 1.5-ci və 1.6-cı bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin forması», «Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Qaydası», «Özəl mühafizə müəssisələri və ya hüquqi şəxslərin mühafizə bölmələri tərəfindən əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilə bilən xüsusi vasitələrin Siyahısı» və «Xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 13 avqust 2007-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarı ilə

«________»________________________20______-ci ildə verilib

___________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________

əldə olunması, saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu verir.

Lisenziyanın nömrəsi və verilmə tarixi_________________________

____________________________________________________________________________

Rəis ______________________________________________

1. Bu Qayda «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi qaydasını müəyyən edir.

2. Özəl mühafizə müəssisəsi və ya mühafizə bölməsi yaradan hüquqi şəxslər xüsusi vasitələrin əldə olunması, saxlanılması və onlardan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin alınması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq strukturlarına ərizə ilə müraciət edirlər.

2.1. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

2.1.1. hüquqi şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş lisenziyanın və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin surətləri;

2.1.2. mühafizə bölməsi yaradan: Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş lisenziyanın surəti;

2.1.3. mühafizə bölməsi yaradan digər hüquqi şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş lisenziyanın surəti.

2.1-1. Xüsusi vasitələrin əldə olunması, saxlanılması və onlardan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3. Şəhadətnamələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq strukturları tərəfindən özəl mühafizə müəssisəsinə və yaxud mühafizə bölməsi yaradan hüquqi şəxslərə müraciət daxil olduğu vaxtdan 3 iş günü müddətində verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarı ilə

1. Əl-qolu bağlama vasitəsi – qandal. 2. Rezin dəyənək. 3. Canqoruyucu jilet

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarı ilə

1. Bu Qaydalar «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi qaydalarını müəyyən edir.

2. Özəl mühafizə müəssisəsi və mühafizə bölməsi yaradan hüquqi şəxslər xüsusi vasitələri birbaşa istehsalçıdan və yaxud qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi vasitələrin satışı ilə məşğul olan müəssisələrdən ala bilərlər.

3. Xüsusi vasitələr siqnalizasiya sistemləri ilə təchiz olunmuş, bu məqsədlə nəzərdə tutulmuş xüsusi otaqlarda, dəmir şkaflarda saxlanılır.

4. Xüsusi vasitələrin uçotu və qeydiyyatı özəl mühafizə müəssisəsinin və yaxud mühafizə bölməsinin məsul işçisi tərəfindən ayrıca kitabda bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun aparılır.

5. Xüsusi vasitələr xidmətə başlayan mühafizəçiyə bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq «Xüsusi vasitələrin mühafizəçilərə verilib-alınmasının qeydiyyatı jurnalı»nda imza etdikdən sonra verilir və yalnız xidmət aparılan ərazidə istifadə olunur.

6. Xidmət başa çatdıqdan sonra mühafizəçilər xüsusi vasitələri özəl mühafizə xidmətinin məsul işçisinə təhvil verirlər.

7. Özəl mühafizə müəssisəsinin və hüquqi şəxsin mühafizə bölməsinin işçilərinə aşağıdakılar qadağandır:

7.1. xüsusi vasitələri mühafizə olunan obyektin hüdudlarından kənara çıxartmaq;

7.2. xidməti istifadə üçün verilmiş xüsusi vasitələri kənar şəxslərə vermək.

8. Xüsusi vasitələrin tətbiq edildiyi hər bir halda bu barədə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və prokurorluq orqanlarına məlumat verilməlidir.

9. Xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal barədə özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri xidməti yoxlama aparmalı, xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlamalıdır. Xüsusi vasitələrin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri tərəfindən 3 gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və prokurorluq orqanlarına, Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və prokurorluq orqanlarına təqdim edilməlidir.

10. Xüsusi vasitə itirildikdə, bu barədə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verilməlidir.

_____________________________________________________________________________________

Başlanılıb «______»______________20_____il

Qurtarıb «______»______________20_____il

_____________________________________________________________________________________

Başlanılıb «______»____________20_____il

Qurtarıb «______»____________20_____il

1. 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853)

2. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

6 oktyabr 2016-cı il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1710)

5 avqust 2023-cü il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1267)

22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver