Qanunvericilik › Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Özəl mühafizə fəaliyyətinin xüsusiyyətləri

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Bu Qanunun 5-ci maddəsində göstərilən mühafizə xidmətləri yalnız bu məqsədlə təsis edilmiş, müvafiq xüsusi razılıq (lisenziya) almış özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən həyata keçirilə bilər.

6.2. Özəl mühafizə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən və dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərə münasibətdə həyata keçirilmir.

6.3. Özəl mühafizə fəaliyyətində fiziki şəxslərin həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan texniki və digər vasitələrdən, operativ radio və telefon rabitəsindən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etməyə icazə verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver