AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q77-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər istisna olmaqla) hüquqi şəxslər tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu qaydasını nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi.
1.3.2. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının 2-ci hissəsi.
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi.
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.4-cü bəndi
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına Əlavə №2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 1-ci bəndinə əsasən 3000 manat məbləğində dövlət rüsumu ödənilir.
Dövlət rüsumu köçürüləcək bank hesabının rekvizitləri:
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti,
Hesablaşma hesabı: AZ17CTRE00000000000002117 131
Dövlət Xəzinədarlığı Agentliyi,
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
Ödəmə üsulu – bank, poçt, plastik kart və ya internet vasitəsi ilə
2.3. Elektron xidmətin istifadəçiləri:
Bu reqlamentin 1.2-ci bəndində göstərilmiş hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29767/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/content/29767/
- e-poçt: info@mia.gov.az
- telefon: +994 12 590-94-74
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Xüsusi razılıq (lisenziya) almaq üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №1) aşağıdakı sənədlərin skan edilmiş surətləri elektron formada əlavə olunur:
2.6.1.1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi;
2.6.1.2. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədi.
2.6.2. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verildiyi halda dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
3.1. Elektron xidmət üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: istifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə həmin internet ünvanına təqdim edilir.
3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və icrası ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun qəbul edilməsindən imtina halları:
Bu reqlamentin 2.6.1-ci yarımbəndində nəzərdə tutulmuş ərizə ilə birlikdə tələb olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə, sorğunun qəbul edilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və baxılması üçün elektron formada (internet vasitəsi ilə ) Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin İcazə sisteminin bölməsinə ünvanlanır.
Sorğunun icrası üzrə Baş İctimai Təhlükəsizlik İdarəsi İcazə sisteminin bölməsinin rəisi məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti
Sənədlərə Baş İctimai Təhlükəsizlik İdarəsinin İcazə sisteminin bölməsində baxılır, sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və imtina üçün əsaslar olmadıqda 15 gün müddətində (sorğu Baş İctimai Təhlükəsizlik İdarəsinin internet səhifəsinə daxil olduğu tarixdən) qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq verilir.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat
3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda və ya imtina üçün əsaslar olmadıqda qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilir və xüsusi razılıq (lisenziya) sənədinin alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
Yaranan mübahisələrlə bağlı istifadəçilər onlara elektron xidmətin göstərilməsinə məsul olan Baş İctimai Təhlükəsizlik İdarəsi İcazə sisteminin bölməsinin rəisinin tabe olduğu yuxarı orqana və (və ya) məhkəməyə şikayət etmək hüququna malikdir.
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətə baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Azərbaycan Respublikasının daxili işlər nazirinə
10 aprel 2007-ci il tarixli “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2007-ci il tarixli 596 nömrəli Fərmanına uyğun olaraq _____________________________-ə
(hüquqi şəxsin adı, ünvanı) qeyri-dövlət (özəl) mühafizə fəaliyyətini həyata keçirməsinə xüsusi razılıq (lisenziya) verilməsini Sizdən xahiş edirik.
Lisenziyanın verilməsinə imtina edilmədiyi halda tələb olunan 3000 (üç min) manat məbləğində dövlət rüsumunun ödənilməsinə zəmanət veririk.
Hüquqi şəxsin rəhbəri ____________________________
(adı, soyadı, atasının adı) (möhür, imza)
1. 5 avqust 2015-ci il tarixli Q21-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201508050021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2015-ci il)
2. 10 noyabr 2015-ci il tarixli Q47-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511100047, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 noyabr 2015-ci il)
3. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
4. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)