Qanunvericilik › "Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında Təlimat (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 25.03.2000) › Tam mətn

"Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında Təlimat (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 25.03.2000)

"Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında Təlimat (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 25.03.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası

Nazir ____________S.Həsənova

Azərbaycan Respublikasının

_____________F.Əliyev

1. Bu Təlimat "Azərbaycan Respublikasında mülkiyyət haqqında", "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 229 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi haqqında Əsasnamə”yə habelə digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və Dövlət Əmlakı Nazirliyi tərəfindən (bundan sonra Nazirlik) qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin həyata keçirilməsinin qaydalarını müəyyən edir.

2. Mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciət müəssisə 98 obyektin qanunvericiliyinə uyğun inşa edilməsini təsdiq edən, bu Qaydaların 3-cü bəndində göstərilən, habelə müraciətçilərin həmin müəssisə və obyekt üzərində mülkiyyətçi olmalarını təsdiq edən sənədlər əlavə edirlər.

3. Müəssisə və obyektin qanunvericiliyi olaraq inşa edilməsini təsdiq edən sənədlər aşağıdakılar aiddir:

- Müəssisə obyektin tikintisi üçün torpağın qanunvericiliyə uyğun olaraq istifadəyə və ya icarəyə götürülməsi, habelə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

- müəssisə və obyektin inşaat pasportu;

- müəssisə və obyektin texniki pasportu;

- müəssisə və obyektin istismara qəbulu barədə müvafiq dövlət orqanlarının təsdiq etdiyi akt.

4. Daxil olmuş sənədlər hüquqi ekspertizadan keçirilir.

5. Müəssisə və obyektlərin qanunvericiliyi inşa edilməsini müəyyən etmək məqsədi ilə zəruri olduqda Nazirlik tərəfindən müvafiq dövlət orqanlarına sorğu göndərilə bilər.

6. Müraciətçi tərəfindən təqdim olunmuş sənədlərə 15 gün müddətində baxılır. Zəruri hallarda sənədlər bu təlimata uyğun olaraq tərtib edilməsi üçün qaytarılır. Müraciətçi 5 gün müddətində sənədləri yenidən hazırlayıb Nazirliyi təqdim etməlidir.

7. Müəssisə və obyektlərin qanunvericiliyə uyğun şəkildə inşa edildiyini və müraciətçilik həmin müəssisə və obyekt üzərində mülkiyyət hüququ olduğunu müəyyən etdikdə onlara nümunəsi Qeyri-dövlət hüquqi və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1997-ci il tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülkiyyət hüququ haqqında" şəhadətnamə verilir.

8. "Mülkiyyət hüququ haqqında" şəhadətnamələrin verilməsindən aşağıdakı hallarda imtina edilir.

- müəssisə və obyektin qanunvericiliyə uyğun olaraq inşa olunmadığı müəyyən edildikdə;

- müraciətçinin müəssisə və obyekt üzərində mülkiyyət hüququ təqdim edilmiş

Şəhadətnamənin verilməsindən imtina edilməsindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilə bilər.

9. Müəssisə və obyektlərin qanunvericiliyin tələbləri pozulmaqla inşa olduğunu aşkar etdikdə Nazirlik qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına müraciət edir.

10. Bu Təlimat dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver