Qanunvericilik › “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 25.02.2020) › Tam mətn

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 25.02.2020)

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 25.02.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2020-ci il

“Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sisteminin “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemi

“Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

“Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri” informasiya sistemi

“Fərdi elektron pəncərə” elektron məlumat sistemi

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi

Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi

Ünvan Reyestri İnformasiya Sistemi

Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə informasiya ehtiyatı

Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi

İcazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron informasiya sistemi

Milli Təhsil Məlumat Bazası

Tibb kadrlarının vahid reyestri

Kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi

Kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemi

Verilmiş status sənədləri üzrə informasiya ehtiyatı

Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi

Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi

“Şagird-məzun” dövlət elektron məlumat sistemi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin “Analitik Monitorinq Sistemi”

Regional Su Meliorasiya Xidmətinin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi

“Azərişıq” ASC-nin abunəçiləri üzrə “Əhali” abunə informasiya bazası

Qaz abunəçiləri üzrə informasiya ehtiyatı

1. 03 mart 2023-cü il tarixli 2058 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 353)

2. 4 iyun 2025-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 iyun 2025-ci il, “Xalq” qəzeti, 5 iyun 2025-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 541)

3. 25 iyun 2026-cı il tarixli 697 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2026-cı il, “Xalq” qəzeti, 26 iyun 2026-cı il, № 111)

4. 30 iyul 2026-cı il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 iyul 2026-cı il, “Xalq” qəzeti, 31 iyul 2026-cı il, № 135) (Bu Fərmanın 5.1-ci bəndi, 5.2.1-ci (“Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 27-1.1-ci və 27-1.2-ci bəndlərinə münasibətdə), 5.2.2-ci, 5.2.3-cü yarımbəndləri və 5.3-cü bəndi istisna olmaqla, bu Fərman “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver