Qanunvericilik › “Qeyri-həyat sığortası növləri üzrəsığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması” Qaydalarının təsdiq edilməsi haqqında (Maliyyə Nazirliyi, 14.12.1999) › Tam mətn

“Qeyri-həyat sığortası növləri üzrəsığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması” Qaydalarının təsdiq edilməsi haqqında (Maliyyə Nazirliyi, 14.12.1999)

“Qeyri-həyat sığortası növləri üzrəsığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması” Qaydalarının təsdiq edilməsi haqqında (Maliyyə Nazirliyi, 14.12.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

№ A-85 “14” 12 1999-cu il

“Qeyri-həyat sığortası növləri üzrə

sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması”Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında yaranmış sığorta bazarının daha da inkişaf etdirilməsi və beynəlxalq səviyyəyə çatdırılması, sığortaçıların maliyyə sabitliyinin qorunması, sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsinə tam təminat yaradılması məqsədi ilə “Sığorta haqqında Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə, habelə Azərdövlətsığortanəzarətinin Metodiki Şurasının 09.11.99-cu il tarixli qərarına (61 saylı Protokolun 1-ci bəndinə) əsasən

I. “Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması” Qaydalarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə işlənmiş variantı 14.12.99-cu il tarixdən təsdiq edilsin.

II. Azərdövlətsığortanəzarətinin 30.04.98-ci il tarixli A-37 saylı əmri və bu əmrlə təsdiq edilmiş “Həyat sığortasından başqa sığorta növləri üzrə sığorta ehtiyatlarının yaradılması və bütün növ sığorta ehtiyatlarının yerləşdirilməsi” Qaydaları 14.12.99-cu il tarixdən qüvvəsini itirmiş hesab edilsin.

III. Sığortaçıların rəhbərlərinə tapşırılsın ki:

1) Sığorta ehtiyatlarının yaradılması üzrə seçilmiş metodlar barədə Əsasnamələrə əlavə və dəyişikliklər edilərsə həmin əlavə və dəyişikliklər 01.01.2000-ci il tarixədək Azərdövlətsığortanəzarəti ilə razılaşdırılsın.

2) Sığorta ehtiyatları üzrə hesabatlar 01.01.2000-ci il tarixdən başlayaraq hər rüb növbəti ayın 25-nə qədər Azərdövlətsığortanəzarətinə təqdim edilsin.

IV. Aparatın “Maliyyə sabitliyinin təhlili, tariflər və ehtiyatların metodologiyası” şöbəsinin rəisi T.M. Məcidova tapşırılsın ki, təsdiq edilmiş “Qeyri-həyat sığortası növləri üzrə sığorta ehtiyatlarının yaradılması və ayırmaların hesablanması” Qaralarının Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçılara çatdırılmasına və bu əmrin icrasına nəzarət etsin.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver