“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 345 nömrəli fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur RASİ-ZADƏ
Bakı şəhəri, 21 oktyabr 2015-ci il
1.1. Bu Qayda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə uyğun olaraq, ianələr – qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri (bundan sonra - qeyri-hökumət təşkilatı) qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi) tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımlar barədə məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra - Ədliyyə Nazirliyi) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) təqdim edilməsi qaydasını tənzimləyir.
1.2. Qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 (on beş) gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə (bundan sonra - reyestr) daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim edir.
1.2-1. Qeyri-hökumət təşkilatları qəbul etdikləri ianə barədə məlumatların təqdim edilməsinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.
1.3. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.4-cü maddəsinə uyğun olaraq, ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 (iki yüz) manatadək ianəni nağd şəkildə qəbul edə bilər.
1.4. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə uyğun olaraq, barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
1.5. Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.
1.6. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.
2.1. Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada ərizə ilə müraciət edilməlidir.
2.2. Ərizə ianə qəbul edən qeyri-hökumət təşkilatının qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir.
2.3. İanə edilən pul vəsaitləri 200 (iki yüz) manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin qeyri-hökumət təşkilatının bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir.
2.4. Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər barədə təqdim edilmiş sənədlərdə reyestrə daxil olunması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün 5 (beş) iş günü müddət təyin edir.
3.1. İanə barədə bildirişin verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən aşağıdakılar araşdırılır:
3.1.1. ərizəni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması (ianə verən Azərbaycan Respublikasının rezidenti olduqda) və ianəni qəbul edən qeyri-hökumət təşkilatının təsis sənədlərinin hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarla uyğunluğu;
3.1.2. ianənin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğunluğu;
3.1.3. ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlərin qanunvericiliyə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə müəyyən olunmuş məqsədlərə uyğunluğu;
3.1.4. ianə qəbul edən qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu;
3.1.5. ianə edilən pul vəsaitlərinin nağd verilməsi və ya qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilməsi.
3.2. İanə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən verildikdə, həmçinin onun dövlət qeydiyyatına dair bağlanılmış sazişin qüvvədə olması araşdırılır.
4.1. Ədliyyə Nazirliyi bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş ərizə və sənədlər təqdim edildikdən sonra 15 (on beş) gün müddətində aşağıdakı məlumatları reyestrə daxil edir və qeyri-hökumət təşkilatına bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş formada bildiriş verir:
4.1.1. ianə verən hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı, atasının adı;
4.1.2. ianənin məbləği;
4.1.3. ianəni qəbul edən qeyri-hökumət təşkilatının adı;
4.1.4. ianənin verildiyi tarix;
4.1.5. ianənin nağd və ya köçürmə yolu ilə verilməsi;
4.1.6. ianə barədə məlumatın reyestrə daxil edildiyi tarix;
4.1.7. ianənin fərdi nömrəsi.
4.2. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən məlumatların və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilmə müddəti 15 (on beş) günədək uzadılır.
4.3. Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği, onları vermiş şəxslər, habelə ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumatlar illər üzrə tərtib edilən reyestrdə əks etdirilir. Hər bir ianə barədə məlumat reyestrə daxil edilərkən, ona fərdi nömrə verilir. İanə üzrə bank əməliyyatları aparılarkən, ianənin fərdi nömrəsi bank sənədlərində əks etdirilir.
4.4. Ədliyyə Nazirliyi reyestrə daxil edilmiş məlumatlar haqqında ildə bir dəfədən az olmayaraq ümumiləşdirmə aparır.
Bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş ərizədə göstərilən məlumatlar və ya ona əlavə edilən sənəddə yanlış məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, habelə ərizə və ya ona əlavə edilən sənəd təqdim olunmadıqda, ianə barədə məlumatların reyestrə daxil olunmasından və bu barədə bildirişin verilməsindən imtina edilir.
Qeyri-hökumət təşkilatı qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları bu Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş formaya uyğun olaraq Maliyyə Nazirliyinə təqdim edir.
Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilir.
“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”na
_____________________________________________________________________________
_____________________________________________________________________________
Bildiririk ki, ianə verən
______________________________________________________________________________
tərəfindən ________________ tarixində ianə qəbul edən
_____________________________________________________________________________
_____________________________________________________________________________
Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş ianə barədə məlumatların reyestrə daxil edilməsini və bu barədə müvafiq bildirişin verilməsini xahiş edirik.
Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə):
___________________________________________________________________________
İanəni qəbul edənin (onun nümayəndəsinin)
adı, soyadı, atasının adı, vəzifəsi və imzası ______________________________________
Tarix: ___ ____________20___il
“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”na
_____________________________________________________________________________
tərəfindən ianəni qəbul edən
____________________________________________________________________________
_____________________________________________________________________________
ianə verilməsi barədə məlumat _______________ilə ________________________reyestrə
Bildirişin tarixi _________________
_____________________________________________________________________________
“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”na
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Bildiririk ki, ianə verən
_____________________________________________________________________________
tərəfindən___________ tarixində ianə qəbul edən
_____________________________________________________________________________
_____________________________________________________________________________
İanəni qəbul edənin (onun nümayəndəsinin)
adı, soyadı, atasının adı, vəzifəsi və imzası ______________________________________
Tarix: ___ _______________ 20___ il
1. 7 may 2021-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 516)
2. 29 may 2024-cü il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 may 2024-cü il, “Xalq” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 627)