“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 25 dekabr 2009-cu il
1.1. Bu Qayda “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin illik maliyyə hesabatlarının formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən edir.
1.2. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatlarını bu Qayda ilə müəyyən edilmiş formaya uyğun tərtib edirlər.
Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.2. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.
2.3. Maliyyə fəaliyyəti – qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq müəyyən edilmiş məqsədlərə nail olmaq üçün malların satılması, xidmətlərin göstərilməsi və (və ya) işlərin görülməsi nəticəsində pul vəsaitlərinin (və ya onun ekvivalentlərinin) əldə edilməsi, istifadəsi və idarə edilməsi üzrə ilkin uçot sənədləri əsasında əməliyyatların aparılmasıdır.
2.4. Əsas fondlar – təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.
2.5. Hesablama metodu – əməliyyatların, digər hadisə və şərtlərin onların baş verdiyi zaman (pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zamanı deyil) uçota alınmasıdır.
3.1. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatlarının komponentləri aşağıdakılardan ibarətdir:
3.1.1. Maliyyə vəziyyəti haqqında hesabat. Forma № 1;
3.1.2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Forma № 2;
3.1.5. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Bu Qaydanın əlavələrində göstərilən maliyyə hesabatlarının formaları nümunəvi olduğuna görə, zərurət yarandıqda, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri həmin hesabat formalarına müvafiq maddələr əlavə edə bilərlər.
Maliyyə vəziyyəti haqqında hesabatın məzmunu
4.1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin maliyyə vəziyyəti haqqında hesabatlarına aşağıdakıları əks etdirən maddələr daxil edilir:
4.1.1. uzunmüddətli aktivlər;
4.1.2. qısamüddətli aktivlər;
4.1.3. xalis aktivlər (kapital);
4.1.4. uzunmüddətli öhdəliklər;
4.1.5. qısamüddətli öhdəliklər.
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın məzmunu
4.2. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı hesablama metodu əsasında təqdim edir. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata aşağıdakıları əks etdirən maddələr daxil edilir:
4.2.1. cəmi gəlirlər;
4.2.3. ümumi mənfəət (zərər).
Əhəmiyyətli uçot siyasəti və qeydlər
4.6. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərində aşağıdakılar açıqlanır:
4.6.1. qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin tətbiq etdikləri əhəmiyyətli uçot siyasəti;
4.6.2. maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmiş bütün maddələr, o cümlədən aktiv, öhdəlik və kapitalın hərəkəti;
4.6.3. maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilmiş bütün maddələr üzrə hesablanmış və ödənilmiş məbləğlər;
4.6.6. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən alınmış hər bir ianə məbləği ayrıca əks etdirilməklə, ianələrin məbləği və ianəni vermiş şəxslər barədə aşağıdakı məlumatlar açıqlanır:
4.6.6.1. ianəni verən hüquqi şəxs olduqda - hüquqi şəxsin adı, VÖEN-i, hüquqi ünvanı, bank rekvizitləri, əlaqə telefonu;
4.6.6.2. ianəni verən fiziki şəxs olduqda - fiziki şəxsin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin digər göstəriciləri (seriyası, nömrəsi, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi, fiziki şəxsin qeydiyyatda olduğu ünvan);
4.6.6.3. İanə edilən pul vəsaitlərinin bank hesabına (bank hesabının rekvizitləri açıqlanmaqla) köçürmə yolu ilə və (və ya) nağd şəkildə qəbul edilmiş məbləği.
4.6.7. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən əldə edilmiş hər bir qrant üzrə qrant müqaviləsinin qeydə alınması barədə məlumat, donorun və qrant layihəsinin adı, müddəti, qrant vəsaitinin ümumi məbləği və hesabat dövründə köçürülən hissəsi;
4.6.8. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnamə kapitalının ilkin məbləği və nizamnamə kapitalına əlavə edilmiş sonrakı qoyuluşlar barədə məlumatlar (o cümlədən nizamnamə kapitalına qoyuluş edən şəxslər barədə məlumatlar).
5.1. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə “e-mühasibat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilməlidir:
5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış (Forma № 5);
5.1.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
5.1-1. Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını bu Qayda ilə müəyyən edilmiş formaya uyğun tərtib etməli (8 nömrəli forma) və hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir.
5.2. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar.
5.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə illik maliyyə hesabatlarını təqdim etməyən və yazılı surətdə xəbərdarlıq edilmiş və ya inzibati məsuliyyətə cəlb olunmuş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə hər il avqustun 1-dək məlumat verir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq təqdim edilmiş arayışlara əsasən hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim olunmuş arayışlara əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumat əldə etdiyi təqdirdə, həmin məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir.
5.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təqdim olunan illik maliyyə hesabatlarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin pozulduğu hallarda, bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir.
5.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxs barədə məlumatları ildə bir dəfə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir.
6.1. İllik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:
6.1.1. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;
6.1.2. il ərzində oktyabr ayının 1-dək yeni yaradılan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;
6.1.3. oktyabr ayının 1-dən sonra yeni yaradılmış qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla.
Təşkilatın adı ______________________________________________________________
Sahə (fəaliyyət növü)________________________________________________________
Ünvan_____________________________________________________________________
Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi _____________________________
Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi________________________________
Uzunmüddətli aktivlər
uzunmüddətli debitor borcları
sair uzunmüddətli aktivlər
verilmiş uzunmüddətli avanslar
digər uzunmüddətli aktivlər
Qısamüddətli aktivlər
qısamüddətli debitor borcları
qrantlar üzrə qısamüddətli debitor borcları
digər qısamüddətli debitor borcları
pul vəsaitləri və onların ekvivalentlərı
sair qısamüddətli aktivlər
verilmiş qısamüddətli avanslar
təhtəlhesab məbləğlər
digər qısamüddətli aktivlər
Xalis aktivlər (kapital)
bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)
Uzunmüddətli öhdəliklər
uzunmüddətli öhdəliklər
uzunmüddətli bank kreditləri
digər uzunmüddətli öhdəliklər
uzunmüddətli kreditor borcları
sair uzunmüddətli öhdəliklər
Qısamüddətli öhdəliklər
qısamüddətli öhdəliklər
qısamüddətli bank kreditləri
digər qısamüddətli öhdəliklər
vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
qısamüddətli kreditor borcları
sair qısamüddətli öhdəliklər
qrantlar üzrə qısamüddətli öhdəliklər
digər qısamüddətli öhdəliklər
Cəmi xalis aktivlər (kapital) və öhdəliklər
“___”_____________20____ il
Təşkilatın adı ________________________________________________________________
Sahə (fəaliyyət növü) _________________________________________________________
Ünvan______________________________________________________________________
Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi ______________________________
Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi_________________________________
kommersiya fəaliyyətindən gəlirlər
uzunmüddətli aktivlərin satışından gəlirlər
digər kommersiya fəaliyyətindən gəlirlər
dövlət büdcəsindən verilmiş maliyyə yardımları
giriş və üzvlük haqları
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərini yaratmış şəxslər tərəfindən verilmiş vəsaitlər üzrə gəlirlər
digər qeyri-kommersiya fəaliyyətindən gəlirlər
pul formasında verilmiş yardımlar
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən verilmiş qrantlar
digər pul formasında verilmiş yardımlar
natural formada verilmiş yardımlar
amortizasiya xərcləri
istifadə olunmuş ehtiyatlar
qrant layihələrinin icrası məqsədi ilə digər subpotratçıların xidmətlərinin ödənişi üzrə xərclər
uzunmüddətli aktivlərin xaricolmasından xərclər
kreditlərə görə faizlərin ödənişi üzrə xərclər
Xaricdən maliyyələşdirilən elmi tədqiqat işləri üzrə xərclər
Ümumi mənfəət (zərər)
mənfəət vergisi və ya sadələşdirilmiş vergi
hesabat dövrü üzrə xalis mənfəət
“___”_____________20____ il
Təşkilatın adı _________________________________________________________________
Sahə (fəaliyyət növü)___________________________________________________________
Ünvan _______________________________________________________________________
Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi _______________________________
Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi_________________________________
Hesabat dövrü ərzində təşkilatın maliyyə fəaliyyəti olmadıqda, aşağıda göstərilən şərtlərə tam əməl olunması təsdiqlənir:
Hesabat dövrü ərzində uzunmüddətli və qısamüddətli aktivlər (o cümlədən binalar, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, qeyri-maddi aktivlər, ehtiyatlar, material ehtiyatları, pul vəsaitləri və onların ekvivalentləri) ödənişli, əvəzsiz və ya dəyəri növbəti illərdə ödənilməsi tələb olunan (kreditlə) qaydada əldə edilməmiş və (və ya) verilməmişdir
Dəyərinin növbəti illərdə ödənilməsi tələb olunan və ya əvəzsiz olaraq digər hüquqi və ya fiziki şəxslərətədbirlər təşkil edilməmiş, işlər görülməmiş və xidmətlər göstərilməmişdir, habelə digər hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş tədbirlər, görülmüş işlər və göstərilmiş xidmətlər qəbul edilməmişdir
Hesabat dövrü ərzində əməkhaqqı, dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları hesablanmamışdır
1. Bu arayışda göstərilən tələblər ödənilmədiyi hallarda bu Qaydanın 5.1.2-ci yarımbəndinə uyğun olaraq maliyyə hesabatları tərtib olunur.
2. Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan təşkilat Azərbaycan Respublikasının Vergilər Nazirliyində fəaliyyətini müvəqqəti dayandırmışdırsa, onun fəaliyyətinin dayandırıldığı dövr göstərilir.
“___” __________ tarixdən
“___”___________ tarixədək
“___”_____________20____ il
Təşkilatın adı: _____________________________________________________________
Sahə (fəaliyyət növü): ______________________________________________________
Ünvan: ___________________________________________________________________
Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi: ___________________________
Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi: ______________________________
Pul vəsaitləri üzrə hesabat dövrünün əvvəlinə qalıq:
Qrant üzrə qalıq vəsait
İanə üzrə qalıq vəsait
Qrant və ianə istisna olmaqla digər mənbələrdən daxil olmuş pul vəsaitləri üzrə qalıq
Pul vəsaitləri üzrə cəmi daxilolmalar:
Təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqlarından daxilolmalar
Qrantlar üzrə daxilolmalar
İanələr üzrə daxilolmalar
qeyri-dövlət yerli donorlar tərəfindən verilmiş ianələr
Malların satışından, xidmətlərin göstərilməsindən və işlərin görülməsindən daxilolmalar
xarici maliyyə vəsaitləri hesabına xidmətlər göstərilməsindən və işlərin görülməsindən daxilolmalar
Əmlak haqlarından (əmlakın icarəyə verilməsindən və ya royaltidən) və onun satılmasından daxilolmalar
Səhmlər, istiqrazlar, başqa qiymətli kağızlardan və əmanətlərdən alınan dividendlər, gəlirlər üzrə daxilolmalar
Dövlət büdcəsindən verilmiş maliyyə yardımları
Qanunvericilikdə qadağan olunmayan digər daxilolmalar
Cəmi natura şəklində daxilolmalar:
Mallar üzrə natura şəklində daxilolmalar:
İşlər və xidmətlər üzrə natura şəklində daxilolmalar
Pul vəsaitləri üzrə cəmi xaricolmalar:
Qrantlar üzrə pul vəsaitlərinin xaricolmaları
xarici ölkə vətəndaşları və ya xarici ölkədə təsis edilmiş hüquqi şəxslərə verilmiş qrantlar
İanələr üzrə pul vəsaitlərinin xaricolmaları
Xarici ölkələrə köçürmə yolu ilə, habelə xarici ölkə vətəndaşları və ya xarici ölkədə təsis edilmiş hüquqi şəxslərə pul formasında verilmiş yardımlar
Digər daxilolmalar üzrə pul vəsaitlərinin xaricolmaları
O cümlədən, pul vəsaitləri üzrə xaricolmaların təfsilatlı açıqlanması:
Əməyin ödənişi üzrə xaricolmalar
əməkhaqqı üzrə xaricolmalar
əməyin ödənişi ilə bağlı digər pul ödənişləri (mükafat, bonus və s.)
Əməkhaqqına görə ayırmalar
məcburi dövlət sosial sığorta haqqı
işsizlikdən sığorta haqqı
icbari tibbi sığorta haqqı
İcarə haqları üzrə pul vəsaitlərinin xaricolmaları
daşınmaz əmlak üzrə icarə haqlarına görə pul vəsaitlərinin xaricolmaları
daşınar əmlak üzrə icarə haqlarına görə pul vəsaitlərinin xaricolmaları
Kommunal xidmətlər haqqının ödənilməsi üzrə pul vəsaitlərinin xaricolmaları
elektrik enerjisi haqqının ödənilməsi
qaz haqqının ödənilməsi
su haqqının ödənilməsi
istilik enerjisi (yanacaq) haqqının ödənilməsi
Ezamiyyələr üzrə pul vəsaitlərinin xaricolmaları
ölkədaxili ezamiyyətlər
Rabitə xidmətləri haqqının ödənilməsi, o cümlədən:
telefon danışıq haqlarının ödənilməsi
poçt rabitəsi xidmətləri haqqının ödənilməsi
internet xidməti haqqının ödənilməsi
Yanacaq alınması ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları
nəqliyyat vasitələrinə yanacaq alınması üzrə pul vəsaitlərinin xaricolmaları
nəqliyyat vasitələri istisna olmaqla, yanacaq alınması üzrə pul vəsaitlərinin xaricolmaları
Nəqliyyat xərclərinin ödənilməsi üzrə pul vəsaitlərinin xaricolmaları
Mühafizə xərclərinin ödənilməsi üzrə pul vəsaitlərinin xaricolmaları
Bank xidməti xərclərinin ödənilməsi üzrə pul vəsaitlərinin xaricolmaları
Reklam, təşviqat və marketinq xərclərinin ödənilməsi üzrə pul vəsaitlərinin xaricolmaları
Digər malların (işlərin və xidmətin) alınması ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları
əsas fondların (qeyri-maddi aktivlər istisna olmaqla) alınması üzrə pul vəsaitlərinin xaricolmaları
qeyri-maddi aktivlərin (elektron imza sertifikatlarının və digər qeyri-maddi aktivlərin) alınması ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları
dəftərxana ləvazimatlarının və təsərrüfat məhsullarının alınması üzrə pul vəsaitlərinin xaricolmaları
mətbəə məhsullarının alınması üzrə pul vəsaitlərinin xaricolmaları
qida məhsullarının alınması və təminatı üzrə pul vəsaitlərinin xaricolmaları
cari, əsaslı təmir və tikinti işləri ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları
məsləhət xidmətlərinin və hüquqi yardım göstərilməsi ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları
qrant verilməsi ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları
digər malların alınması üzrə pul vəsaitlərinin xaricolmaları
digər işlər və xidmətlər haqqının ödənilməsi üzrə pul vəsaitlərinin xaricolmaları
Pul vəsaitləri üzrə hesabat dövrünün sonuna qalıq (Sətir1+sətir2-sətir4)
Qrant üzrə qalıq vəsait
İanə üzrə qalıq vəsait
Qrant və ianə istisna olmaqla digər fəaliyyətlərdən daxil olmuş pul vəsaitləri üzrə qalıq
Baş mühasib: “_____” __________ 20____ il
1. 3 iyun 2010-cu il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 548)
2. 25 iyun 2013-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 771)
3. 06 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2014-cü il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 740)
4. 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68)
5. 28 mart 2016-cı il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 794)
6. 13 iyul 2018-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1633)
7. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)
8. 16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271)
9. 28 avqust 2023-cü il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 avqust 2023-cü il, “Xalq” qəzeti, 30 avqust 2023-cü il, № 185, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1273)
10. 17 iyul 2024-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 iyul 2024-cü il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 904)
11. 28 oktyabr 2025-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 6 noyabr 2025-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 997)
12. 10 iyul 2026-cı il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 iyul 2026-cı il, “Xalq” qəzeti, 16 iyul 2026-cı il, № 124)