Qanunvericilik › Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Qeyri-hökumət təşkilatlarının iştirakçıları

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. İctimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir.

8.2. İctimai birliyin yetkinlik yaşına çatmamış üzvləri Azərbaycan Respublikasının mülki qanunvericiliyə əsasən hüquqlar əldə edir və vəzifələr daşıyır.

8.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilər.

8.4. Qeyri-hökumət təşkilatlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

8.5. Bu Qanunun 8.4-cü maddəsində göstərilən tələb hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver