“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci, 17.5-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2-ci, 4.0.1-ci yarımbəndlərini və 5.10 – 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Kollegiyası
1. “Qida məhsullarının etiketlənməsində istifadə olunan qidalanma bəyanlarına dair qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Agentliyin Aparatının Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Agentliyin Aparatının aidiyyəti struktur bölmələri bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Qida məhsullarının etiketlənməsində istifadə olunan qidalanma bəyanlarına dair qaydalar”la bağlı qida zənciri subyektlərinin maarifləndirilməsi istiqamətində müvafiq tədbirlər görsünlər.
4. Agentliyin Kollegiyasının məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.
5. Bu Qərarın 1-ci hissəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Agentliyin Kollegiyasının 2026-cı il 23 aprel tarixli 47 nömrəli iclas protokolu.
Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2026-cı il 23 aprel tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. “Qida məhsullarının etiketlənməsində istifadə olunan qidalanma bəyanlarına dair qaydalar” (bundan sonra – Qaydalar) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və istehlakçıya təqdim olunan qida məhsullarının etiketində göstərilən qidalanma bəyanlarına dair tələbləri müəyyən edir.
1.2. Qaydalar qida zənciri subyektləri tərəfindən könüllü şəkildə qida məhsullarının etiketində qidalanma bəyanları istifadə edildiyi hallara şamil edilir və qida məhsullarının həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, qida məhsullarının təhlükəsizliyinə və minimum keyfiyyətinə nəzarətin təmin edilməsi ilə bağlı tələblərə aid edilmir.
1.3. Qaydalar Avropa İttifaqının 2006-cı il 20 dekabr tarixli 1924/2006 nömrəli sənədi (Regulation (EC) No 1924/2006 Of The European Parliament and of the Council of 20 December 2006) və Kodeks Alimentarius Komissiyasının 23-1997 nömrəli “Qidalanma və sağlamlıq bəyanlarının istifadəsinə dair Təlimat”ı (Guidelines for use of nutrition and health claims CAC/GL 23-1997) əsasında hazırlanmışdır.
1.4. Qaydaların 1.2-ci bəndi nəzərə alınmaqla, Qaydalar qüvvəyə mindiyi günədək istehsal və ya emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış məhsulların yararlılıq müddəti nəzərə alınmaqla ölkə ərazisində dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir.
2.1. Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. bəyan – qida məhsulunun spesifik xüsusiyyətlərə malik olduğunu bildirən və ya nəzərdə tutan istənilən formada şəkil, qrafik və ya simvolik təsvirlər də daxil olmaqla etiketlənmədə istifadə olunan hər hansı məlumat və ya qeyd;
2.1.2. qidalanma bəyanı – qida məhsulunun Qaydalara 1 nömrəli Əlavənin Cədvəl 1-də qeyd edilənlərə uyğun olaraq enerji dəyəri, tərkibindəki nutriyentlər və digər maddələrlə əlaqədar müəyyən faydalı xüsusiyyətlərə malik olduğunu ifadə edən və ya nəzərdə tutan ifadələr; qidalanma bəyanı enerji dəyərinə münasibətdə “Təmin edir”, “Azalan və ya artan nisbətdə təmin edir”, “Təmin etmir” kimi ifadələrlə, nutriyent və ya digər maddəyə münasibətdə isə “Tərkibinə daxildir”, “Tərkibində az və ya çox miqdarda var”, “Tərkibində yoxdur” kimi ifadələrlə göstərilir;
2.1.3. müqayisəli qidalanma bəyanı – iki və ya daha artıq qida məhsulunun nutriyent, digər maddə və (və ya) enerji dəyərinin müqayisəsini ifadə edən qidalanma bəyanı;
2.1.4. nutriyent – vitamin, mineral, zülal, yağ və karbohidrat;
2.1.5. digər maddələr – nutriyentlər istisna olmaqla, qidalandırıcı və (və ya) fizioloji təsirə malik digər maddələr;
2.1.6. gündəlik istinad istehlak normaları – sağlam insanın vitamin və minerallara ehtiyac duyduğu gündəlik normalar.
2.2. Qaydalarda istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasında qüvvədə olan digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları ifadə edir.
3.1. Qida zənciri subyekti tərəfindən qida məhsullarının etiketlənməsində qidalanma bəyanı istifadə edildiyi halda, həmin bəyanlar Qaydaların müddəalarına uyğun olaraq tətbiq edilməlidir.
3.2. Qidalanma bəyanlarının qida məhsullarının etiketlənməsində istifadəsi aşağıdakı tələbləri ehtiva edir:
3.2.1. barəsində bəyan verilən nutriyent və ya digər maddənin hər hansı bir qida məhsulu və ya qida məhsulu qrupunun tərkibində mövcud olması və ya mövcud olmaması, yaxud miqdarının azaldılması faydalı qidalandırıcı və ya fizioloji təsirə malik olmalıdır;
3.2.2. barəsində bəyan verilən nutriyent və ya digər maddə qida məhsulunda Qaydalara 1 nömrəli Əlavənin Cədvəl 2-si nəzərə alınmaqla Cədvəl 1-də göstərilən bəyan şərtlərinə uyğun olmalıdır;
3.2.3. barəsində bəyan verilən nutriyent və ya digər maddə insan orqanizmi tərəfindən mənimsənilən formada olmalıdır;
3.2.4. qida məhsulunun insan tərəfindən qəbul edilməsi mümkün ola bilən miqdarda istehlakı zamanı, istifadə edilən bəyana uyğun olaraq nutriyent və ya digər maddə Qaydaların 3.2.2-ci yarımbəndində göstərilən miqdarı təmin etməlidir;
3.2.5. qeyri-müəyyən, yanlış və ya çaşdırıcı olmamalıdır;
3.2.6. digər qida məhsullarına münasibətdə təhlükəsizlik və (və ya) qida dəyəri baxımından şübhələnməyə əsas yaratmamalıdır;
3.2.7. hər hansı qida məhsulunun həddən artıq istehlakını dəstəkləməməli və ya təşviq etməməlidir;
3.2.8. çeşidli və balanslaşdırılmış qidalanmanın orqanizmin nutriyentlərə olan tələbatını ödəmədiyi təəssüratı yaratmamalı və ya nəzərdə tutmamalıdır;
3.2.9. qida məhsullarının etiketlənməsində orqanizmin funksiyalarını dəyişdirmə qabiliyyətinə dair istehlakçılarda narahatlıq yarada biləcək yazı, təsvir, qrafik və ya simvollardan istifadə edilməməlidir;
3.3. Qidalanma bəyanları qida məhsullarının istehlaka hazır formasına münasibətdə verilir.
4.1. Qida məhsullarının etiketlənməsində Qaydalara 1 nömrəli Əlavənin Cədvəl 1-də göstərilən və həmin Əlavənin bəyan şərtlərinə uyğun olan qidalanma bəyanlarından istifadə edilməsinə yol verilir.
4.2. Müqayisəli qidalanma bəyanları yalnız eyni kateqoriyadan olan, eyni miqdarda və ya həcmdə qida məhsulları arasındakı müqayisə əsasında müəyyən bir nutriyentin, digər maddənin miqdarı və (və ya) enerji dəyəri arasındakı fərqi ifadə edir.
4.3. Qaydaların 4.4-ü bəndində göstərilən hallar istisna olmaqla, barəsində müqayisəli qidalanma bəyanı istifadə edilən qida məhsulunun nutriyent, digər maddə və (və ya) enerji dəyəri, barəsində qidalanma bəyanı verilməyən eyni kateqoriyadan olan eyni adlı qida məhsulunun (məsələn, pendir pendirlə) nutriyent, digər maddə və (və ya) enerji dəyəri ilə müqayisə edilir.
4.4. Qida məhsullarında nutriyent, digər maddələr və (və ya) enerji dəyərinə münasibətdə müqayisəli qidalanma bəyanı istifadə edildikdə istehlak bazarında eyni kateqoriyadan eyni adlı məhsul olmadığı halda Qaydalara 2 nömrəli Əlavədə göstərilən meyarlara uyğun olaraq həmin kateqoriyaya aid məhsullarla müqayisə edilir.
4.5. Müxtəlif qida məhsulu kateqoriyalarının müqayisə edilməsi ilə (məsələn, süd məhsulları ilə şokolad məhsulları) müqayisəli qidalanma bəyanlarının istifadəsinə yol verilmir.
4.6. Müqayisəli qidalanma bəyanının istifadəsi yalnız eyni kateqoriyaya aid olan və etiketində qidalanma bəyanının istifadəsinə yol verilməyən qida məhsulu ilə müqayisə edilməklə mümkündür.
4.7. Məhsulun etiketində müqayisəli qidalanma bəyanı istifadə edildiyi halda eyni adlı digər məhsulların qida dəyərinin ədədi ortası nəzərə alınaraq müqayisə edilir.
4.8. Qida məhsulunun etiketində müqayisəli qidalanma bəyanı istifadə edildikdə, məhsulun etiket məlumatlarında istehlak bazarındakı müqayisəsi aparılan eyni adlı digər məhsulların ədədi ortasının nəzərə alınması göstərilməlidir.
- Analoji məhsulla müqayisədə enerji/nutriyent miqdarında ən az 30% azalma təmin edilməlidir.
- Enerji dəyəri ilə bağlı bəyan yazıldıqda qida məhsulunun hansı xüsusiyyətinin ümumi enerji dəyərinin azalmasına səbəb olduğu göstərilməlidir.
- 100 q bərk qida məhsulunun enerji dəyəri 40 kkal-dan (170 kC) çox olmamalı və ya;
- 100 ml maye halında olan qida məhsulunun enerji dəyəri 20 kkal-dan (80 kC) çox olmamalıdır.
- Şirinləşdiricilər üçün: 1 porsiyadakı enerji dəyəri 4 kkal-dan (17 kC) çox olmamalı və şirinliyi 6 q saxarozaya bərabər olmalıdır.
- 100 ml maye halında olan qida məhsulunun enerji dəyəri 4 kkal-dan (17 kC) çox olmamalıdır.
- Şirinləşdiricilər üçün: 1 porsiyadakı enerji dəyəri 0,4 kkal-dan (1,7 kC) çox olmamalı və şirinlik 6 q saxarozaya bərabər olmalıdır.
- 100 q bərk qida məhsulunda yağın miqdarı 3 q-dan çox olmamalıdır və ya;
- 100 ml maye halında olan qida məhsulunda yağın miqdarı 1,5 q-dan (yarım yağlı süd üçün 1,8 q) çox olmamalıdır.
- 100 q bərk və ya 100 ml maye halında olan qida məhsulunda yağın miqdarı 0,5 q-dan çox olmamalıdır;
- “Yağsız” olduğu bəyan edilən qida məhsullarında qida məhsulundakı yağ miqdarında nə qədər azalma olduğunu ifadə edən “% …. yağsız” kimi bəyanlar verilməməlidir.
- 100 q bərk qida məhsulunda doymuş yağ turşularının və trans yağ turşularının cəmi 1,5 q-dan çox olmamalı və ya;
- 100 ml maye halında olan qida məhsulunda doymuş yağ turşularının və trans yağ turşularının cəmi 0,75 q-dan çox olmamalıdır və ya doymuş yağ turşularının və trans yağ turşularının birlikdə verdiyi enerji ümumi enerjinin 10%-dən çox olmamalıdır.
- 100 q bərk və ya 100 ml maye halında olan qida məhsulunda doymuş yağ turşularının və trans yağ turşularının cəmi 0,1 q-dan çox olmamalıdır.
- 100 q və 100 kkal-da alfa-linolen turşusunun (ALT) miqdarı ən az 0,3 q olmalı və ya;
- 100 q və 100 kkal-da eikosapentaen turşusu (EPT) və dokozaheksaen turşusunun (DHT) miqdarının cəmi ən az 40 mq olmalıdır.
- 100 q və 100 kkal-da alfa-linolen turşusunun (ALT) miqdarı ən az 0,6 q olmalı və ya;
- 100 q və 100 kkal qida məhsulunda eikosapentaen turşusu (EPT) və dokozaheksaen turşusu (DHT) miqdarının cəmi ən az 80 mq olmalıdır.
- Qida məhsulunda olan yağ turşularının ən az 45%-i mono-doymamış yağlardan ibarət olmalı və bu mono-doymamış yağlar qida məhsulunun enerjisinin 20%-dən çoxunu təmin etməlidir.
Qida məhsulunda olan yağ turşularının ən az 45%-i poli-doymamış yağlardan ibarət olmalı və bu poli-doymamış yağlar qida məhsulunun enerjisinin 20%-dən çoxunu təmin etməlidir.
- Qida məhsulunda olan yağ turşularının ən az 70%-i doymamış yağlardan ibarət olmalı və bu doymamış yağlar qida məhsulunun enerjisinin 20%-dən çoxunu təmin etməlidir.
- Trans yağ turşularının miqdarı yağlarda və ya tərkibində inqrediyent qismində yağ olan qida məhsullarında ümumi yağın 100 qramı üçün 1 q-dan az olmalıdır.
- 100 q bərk qida məhsulunda xolesterin və trans yağ turşularının cəmi 0,02 q-dan çox olmamalı və qida “aşağı” doymuş yağ bəyanı şərtinə uyğun olmalıdır və ya;
- 100 ml duru qida məhsulunda xolesterin və trans yağ turşularının cəmi 0,01 q-dan çox olmamalıdır və qida aşağı doymuş yağ tələblərinə cavab verməlidir.
- 100 q bərk və ya 100 ml maye halında olan qida məhsulunda xolesterin və trans yağ turşularının cəmi 0,005 q-dan çox olmamalıdır və qida məhsulu doymuş yağla bağlı “az” qidalanma bəyanı şərtinə uyğun olmalıdır.
Hər iki halda: 100 q bərk halda 1,5 q-dan az, 100 ml maye halda 0.75 q-dan az doymuş yağ olmalıdır və doymuş yağ turşularının verdiyi enerji ümumi enerjinin 10%-dən çox olmamalıdır.
- 100 q bərk qida məhsulunda şəkərin miqdarı 5 q-dan çox olmamalıdır və ya;
- 100 ml maye halında olan qida məhsulunda şəkərin miqdarı 2,5 q-dan çox olmamalıdır.
- 100 q bərk və ya 100 ml maye halında olan qida məhsulunda şəkərin miqdarı 0,5 q-dan çox olmamalıdır.
- Qida məhsulunda heç bir mono- və ya disaxarid və ya şirinləşdirici məqsədlə əlavə edilmiş digər qida məhsulu olmamalıdır;
- Əgər qida məhsulunun tərkibində təbii şəkər varsa, etiketdə "Tərkibində təbii halda şəkər vardır" ifadəsinin yazılmasına yol verilir.
- Analoji məhsulla müqayisədə natrium və ya ekvivalent duzun miqdarında ən az 25% azalma təmin edilməlidir.
- 100 q bərk və ya 100 ml maye halında olan qida məhsulunda 0,12 q-dan çox natrium və ya 0,31 q-dan çox duz olmamalıdır;
- Təbii mineral sular istisna olmaqla digər içməli sular üçün natriumun miqdarı 100 ml-də 2 mq-dan çox olmamalıdır.
- 100 q bərk və ya 100 ml maye halında olan qida məhsulunda 0,04 q-dan çox natrium və ya 0,1 q-dan çox duz olmamalıdır;
- Bu bəyan təbii mineral sular və digər sulara tətbiq edilmir.
- 100 q bərk və ya 100 ml maye halında olan qida məhsulunda 0,005 q-dan çox natrium və ya 0,013 q-dan çox duz olmamalıdır.
- 100 q bərk və ya 100 ml maye halında olan qida məhsulunda 0,12 q-dan çox natrium və ya 0,31 q-dan çox duz olmamalıdır.
- “Mənbə” qidalanma bəyanı üçün verilən miqdar təmin edilməli və qida məhsulu analoji məhsula görə ən az 30% daha çox lif ehtiva etməlidir.
- 100 q qida məhsulunda lif miqdarı ən az 3 q olmalı və ya;
- 100 kkal-da lif miqdarı ən az 1,5 q olmalıdır.
- 100 q qida məhsulunda lif miqdarı ən az 6 q olmalı və ya,
- 100 kkal-da lif miqdarı ən az 3 q olmalıdır.
- “Mənbə” qidalanma bəyanı üçün verilən miqdar təmin edilməli və qida məhsulu analoji məhsula görə 30%-dən çox zülal ehtiva etməlidir.
- Qida məhsulunun enerji dəyərinin ən az 12%-i zülal sayəsində təmin edilməlidir.
- Qida məhsulunun enerji dəyərinin ən az 20%-i zülal sayəsində təmin edilməlidir.
- Cədvəl 2-də daxil edilmiş vitamin və (və ya) minerallara məhsulun tərkibindəki vitamin və (və ya) mineralın istinad istehlak normasına cavab vermə faizində analoji məhsulla müqayisədə ən az 10 vahid azalma təmin edilməlidir.
- Qida məhsulunda vitaminlərin və (və ya) mineralların miqdarı ən azı Cədvəl 2-də müəyyən edilən “mənbə” qidalanma bəyanı üçün minimum miqdarda olmalıdır.
- ‘'Mənbə” qidalanma bəyanı üçün müəyyən edilən minimum miqdardan ən azı 2 dəfə çox olmalıdır.
Müəyyən edilmiş istinad istehlak norması 4 yaşdan yuxarı sağlam uşaqlar və böyüklər üçün nəzərdə tutulmuşdur.
Vitamin və mineralların “mənbə” qidalanma bəyanı üçün minimum miqdarlar (Cədvəl 2-də 4-cü və 5-ci sütunda qeyd edilən miqdarlar) aşağıdakı tələblərə uyğun müəyyən edilmişdir:
a) İçkilər istisna olmaqla, süd və süd məhsulları və digər qida məhsulları üçün 100 q və ya 100 ml məhsulun tərkibindəki bəyan edilən vitamin və mineralın miqdarı bu əlavədə göstərilən istinad istehlak normasının ən azı 15%-nə bərabərdir;
b) İçkilər üçün, 100 ml məhsulun tərkibindəki vitamin və mineralların miqdarı bu əlavədə göstərilən istinad istehlak normasının ən azı 7,5%-nə bərabərdir;
c) Qida məhsulu bir porsiyalıq qablaşdırmada olduqda, vitamin və mineralların miqdarı istinad istehlak normasının ən azı 15%-nə bərabərdir.
1. Yoqurt ilə pendir, pudinq ilə şokolad, kokolin (tərkibində kakao yağı olmayan şokolad bənzəri) ilə şokolad, biskvit ilə dondurma, kərə yağı ilə marqarin müqayisə edilmir;
2. Örtük və içlikli keks, örtük və içlikli keks ilə müqayisə edilir. Örtüklü keks örtüksüz keks ilə müqayisə edilmir;
3. Portağal souslu keks kakao souslu keks ilə müqayisə edilir;
4. Portağal souslu keks meyvəli keks (soussuz) ilə müqayisə edilmir;
5. Şokolad örtüklü vafli sadə vafli ilə müqayisə edilmir;
6. Dadlandırılmış içkilər bir-biri ilə müqayisə edilir. Məs: portağal dadlı içki vişnə dadlı içki ilə müqayisə edilir;
7. Dadvericilərlə hazırlanmış biskvit, keks, yoqurt, dondurma, şokolad kimi məhsullar digər istehsalçıların və ya istehsalçının özünün dadverici ilə hazırlanmış digər keks, biskvit, yoqurt, dondurma, şokolad kimi məhsulları ilə müqayisə edilir;
8. Ərikli, almalı keks, albalılı, armudlu keks ilə müqayisə edilir. Bütün meyvəli kekslər meyvənin növü nəzərə alınmadan müqayisə edilir. Məhsulun birində meyvə dekorasiya üçün keksin üzərində, digərində keksin içliyi formasındadırsa, müqayisə edilmir. İçlikli keks içlikli digər keks ilə müqayisə edilir;
9. Göbələk şorbası, acılı göbələk şorbası ilə müqayisə edilir. Göbələk şorbası, mərcimək şorbası ilə müqayisə edilmir;
10. Kakaolu sadə biskvit, kakaosuz sadə biskvit ilə müqayisə edilir. Kremli biskvit, sadə biskvit ilə müqayisə edilmir.