34.1. İnvestisiya şirkəti Mərkəzi Banka aşağıdakı hesabatları təqdim etməlidir:
34.1.1. dövri hesabatlar;
34.1.2. öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə hesabatlar;
34.1.3. bu Qanunun tələblərinə müvafiq olaraq göstərdiyi xidmətlərə (əməliyyatlara) dair hesabat.
34.2. Bütün investisiya şirkətləri yarımillik, bu Qanunun 31.4-cü maddəsində nəzərdə tutulan investisiya şirkətləri əlavə olaraq aylıq, bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulan investisiya şirkətləri əlavə olaraq rüblük kapital tələblərinə dair hesabatları Mərkəzi Banka təqdim etməlidir.
34.3. İnvestisiya şirkətinin repo əməliyyatları, qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin borca verilməsinə dair əməliyyatlar üzrə öhdəlikləri yerinə yetirilmədikdə, investisiya şirkəti bu barədə Mərkəzi Banka dərhal məlumat verməlidirlər.
34.4. İnvestisiya şirkətinin bu Qanunun 34.1-ci maddəsində göstərilən hesabatlarının tərtib və təqdim olunma qaydalarını Mərkəzi Bank müəyyən edir.
34.5. İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.