91.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə (broker, diler və aktivlərin idarəedilməsi fəaliyyəti) lisenziya almış şəxslərə verilmiş lisenziyalar 2016-cı il yanvarın 1-dək qüvvədə qalır və həmin tarixədək onlar bu Qanunun 8-ci fəsli ilə müəyyən edilmiş qaydada investisiya şirkəti fəaliyyətinə lisenziya alınması barədə müraciət etməlidirlər.
91.3. Bu Qanun qüvvəyə mindiyi tarixədək fond birjası fəaliyyətinə lisenziya almış şəxslər 2016-cı il yanvarın 1-dək öz fəaliyyətini bu Qanun ilə müəyyən edilmiş tələblərə uyğunlaşdırmalıdırlar.
91.4. Bu Qanun qüvvəyə mindiyi tarixədək klirinq fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmiş hesab olunur.
91.5. Bu Qanun qüvvəyə mindiyi tarixədək depozitar fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmiş hesab olunur və onlar 2015-ci ilin sentyabr ayının 15-dək saxladıqları sənədsiz qiymətli kağızları mərkəzi depozitara təhvil verməlidirlər.
91.6. Bu Qanun qüvvəyə mindiyi tarixədək qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmiş hesab olunur və həmin şəxslər 2015-ci ilin sentyabr ayının 15-dək apardıqları reyestrləri mərkəzi depozitara təhvil verməlidirlər.
91.7. Bu Qanun qüvvəyə mindiyi tarixədək səhmdarlarının reyestrini özü aparan səhmdar cəmiyyətləri 2015-ci ilin sentyabr ayının 15-dək apardıqları reyestrləri mərkəzi depozitara təhvil verməlidirlər.
91.8. Bu Qanun qüvvəyə mindiyi tarixdən “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 16 iyun tarixli 899-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 711; 2002, № 12, maddə 706; 2007, № 8, maddə 745, № 11, maddə 1053; 2014, № 10, maddə 1149) ləğv edilir.