1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il 26 iyul tarixli, 161 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları (bundan sonra—peşəkar iştirakçılar) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra—QKDK) təqdim edilən hesabatların məzmununu və təqdimetmə müddətini müəyyən edir.
2.1. Bu Qaydaların 1 və 2 nömrəli Əlavələri peşəkar iştirakçıların hesabatlarının siyahısını və təqdimetmə müddətini müəyyən edir.
2.2. Peşəkar iştirakçılar hesabatlarını Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
2.3. Peşəkar iştirakçılar hesabatlarını QKDK-ya sənəd formasında və QKDK tərəfindən tələb olunarsa, həmin hesabatları tam əks edən elektron formada təqdim etməlidirlər.
2.4. Sənəd formasında təqdim edilən hesabatların səhifələri nömrələnməli, peşəkar iştirakçının rəhbər şəxsi tərəfindən imzalanmalı, peşəkar iştirakçının möhürü ilə təsdiqlənməlidir.
2.5. Peşəkar iştirakçılar bu Qaydaların qüvvəyə mindiyi tarixdən etibarən 10 iş günündən gec olmayaraq 1 və 2 №-li Formaları QKDK-ya təqdim etməlidirlər.
3.1. Bu Qaydaların müddəalarına riayət etməyən peşəkar iştirakçılar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
4.1. Bu Qaydalar təsdiq olunduğu gündən qüvvəyə minir.
1. Peşəkar iştirakçı haqqında məlumat (forma № 1);
2. Peşəkar iştirakçının ixtisas şəhadətnaməsinə malik olan ştat işçiləri haqqında məlumat (forma № 2);
3. Dövlət qısamüddətli istiqrazlar üzrə keçirilmiş hərraclar (ilkin yerləşdirmə) haqqında ticarət təşkilatçısı tərəfindən təqdim edilən hesabat (forma № 3);
4. Dövlət qısamüddətli istiqrazlar üzrə keçirilmiş hərraclar (təkrar bazar) haqqında ticarət təşkilatçısı tərəfindən təqdim edilən hesabat (forma № 4);
5. Ödənilmiş dövlət qısamüddətli istiqrazlar haqqında ticarət təşkilatçısı tərəfindən təqdim edilən hesabat (forma № 5);
6. Repo və Əks/Repo əməliyyatları üzrə ticarət təşkilatçısı tərəfindən təqdim edilən hesabat (forma № 6);
7. Bağlanmış fyuçers kontraktları üzrə ticarət təşkilatçısı tərəfindən təqdim edilən hesabat (forma № 7);
8. Korporativ qiymətli kağızlar üzrə ticarət təşkilatçısı tərəfindən təqdim edilən hesabat (forma № 8);
9. Bağlanmış əqdlər haqqında broker və diler tərəfindən təqdim edilən hesabat (forma № 9);
10. Korporativ qiymətli kağızlar üzrə mülkiyyət hüquqlarının keçməsi haqqında depozitar tərəfindən təqdim edilən hesabat (forma № 10);
11. Veksel üzrə ticarət təşkilatçısı tərəfindən təqdim edilən hesabat (forma № 11);
12. Peşəkar iştirakçının illik balansı;
13. Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat.
Peşəkar iştirakçı xüsusi razılıq (lisenziya) aldıqdan sonra 10 iş günündən gec olmayaraq, hər hansı bir dəyişiklik olduqda isə 5 iş günündən gec olmayaraq məlumat təqdim edilməlidir.
Peşəkar iştirakçı xüsusi razılıq (lisenziya) aldıqdan sonra 10 iş günündən gec olmayaraq, hər hansı bir dəyişiklik olduqda isə 5 iş günündən gec olmayaraq məlumat təqdim edilməlidir.
Hərrac keçirilən gün bitdikdən sonra 1 iş günü ərzində təqdim edilməlidir
Hərrac keçirilən gün bitdikdən sonra 1 iş günü ərzində təqdim edilməlidir
Ödəniş günü bitdikdən sonra 1 iş günü ərzində təqdim edilməlidir
Əməliyyat günü bitdikdən sonra 1 iş günü ərzində təqdim edilməlidir
Bağlanmış fyuçers kontraktları üzrə əməliyyatlar keçirildikdən sonra 1 iş günü ərzində təqdim edilməlidir
Ticarət günü bitdikdən sonra 1 iş günü ərzində təqdim edilməlidir
Hər hesabat ayından sonrakı ayın 5 iş günündən gec olmayaraq təqdim edilməlidir
Hər hesabat ayından sonrakı ayın 5 iş günündən gec olmayaraq təqdim edilməlidir
Veksel üzrə əməliyyatlar keçirildikdən sonra 1 iş günü ərzində təqdim edilməlidir
Peşəkar iştirakçının illik balansı
İllik balans növbəti ilin 15 aprel tarixinə qədər təqdim edilməlidir
Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat
İllik hesabat növbəti ilin 15 aprel tarixinə qədər təqdim edilməlidir
Peşəkar iştirakçının adı
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)
Peşəkar iştirakçının ünvanı
Təşkilatın internetdə saytı (olduqda),
Peşəkar iştirakçının 5% artıq hissəsinə malik olan təsisçiləri (səhmdarları) barədə məlumat
Hüquqi şəxs olduqda, adı
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)
Hüquqi şəxsin peşəkar iştirakçının nizamnamə kapitalında payı
Fiziki şəxs olduqda, Adı, Atasının adı, Soyadı
Şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri (sənədin nömrəsi və verildiyi tarix)
Fiziki şəxsin peşəkar iştirakçının nizamnamə kapitalında payı
Peşəkar iştirakçının icra orqanı (kollegial və ya təkbaşçı) haqqında məlumat
Adı, Atasının Adı, Soyadı
Təşkilatda tutduğu vəzifə
QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsinin nömrəsi və attestasiya komissiyasının qərarının tarixi və sayı ( ixtisas şəhadətnaməsi olduqda)
İxtisas şəhadətnaməsində göstərilən peşəkar fəaliyyət növü
İxtisas şəhadətnaməsinin qüvvədə olma müddəti
Peşəkar iştirakçının direktorlar şurasının (müşahidə şurası) üzvləri haqqında məlumat
Təşkilatda tutduğu vəzifə
Adı, Atasının Adı, Soyadı
Direktorlar şurasının üzvləri
Adı, Atasının Adı, Soyadı
(1) Peşəkar iştirakçı haqqında hər hansı bir məlumat dəyişildikdə, peşəkar iştirakçı bu haqda müvafiq qrafada qeyd edərək, QKDK-ya bu formanı təqdim etməlidir.
Adı, atasının adı, soyadı
İxtisas şəhadətnaməsinin nömrəsi və attestasiya komissiyasının qərarının tarixi və sayı
İxtisas şəhadətnaməsində göstərilən peşəkar fəaliyyət növü
İxtisas şəhadətnaməsinin qüvvədə olma müddəti
İşə qəbul (azad) olunan əməkdaşın əmrinin tarixi və nömrəsi
(1) Hər işə qəbul və işdən azad edilən ixtisas şəhadətnaməsinə malik olan əməkdaş üçün doldurulur və təqdim edilir.
1. 15 iyul 2008-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 06-07)