Qanunvericilik › “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.11.2007) › Tam mətn

“Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.11.2007)

“Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.11.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.24-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 6 noyabr 2007-ci il

1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanına əsasən hazırlanmışdır və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

2. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, saxlanılması və daşınması zamanı oğurlanmadan, yanğından, zədələnmədən qorunub saxlanılması üçün mühafizəsi təmin edilməlidir.

3. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların mühafizəsi müəssisənin gözətçisi tərəfindən həyata keçirilir.

Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi müasir texniki mühafizə vasitələri ilə, xüsusi quraşdırılmış binalarda (otaqlarda), yanmayan metal seyflərdə, metal şkaflarda və metal qutularda maddi-məsul şəxs tərəfindən saxlanılır.

4. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların), qiymətli metal tərkibli qırıntıların və tullantıların saxlanılma yerləri iş vaxtı qurtardıqdan sonra qıfılla bağlanılır və qiymətlilər üçün maddi-məsul şəxsin möhürü ilə möhürlənir. Saxlanılma yerlərinin açarları qutuya yerləşdirilərək, maddi-məsul şəxsin möhürü ilə möhürlənmiş halda müəssisənin gözətçisinə xüsusi tərtib edilmiş kitabda hər ikisinin imzası ilə təhvil verilir.

5. Saxlanılma yerlərinin açılması üçün maddi-məsul şəxs gözətçidən müəyyən olunmuş qaydada açarları qəbul edir.

6. Maddi-məsul şəxs olmadıqda, saxlanılma yerlərinin açılması müəssisə rəhbərinin əmrinə əsasən yaradılmış komissiyanın iştirakı ilə həyata keçirilir.

7. İş icraçıları qiymətli metallar və qiymətli daşlar tərkibli materiallar və məhsullarla (məmulatlarla) əməliyyatlar aparmaq üçün onların çəkisini və sayını müəyyən etməklə işə qəbul edirlər.

İş günü qurtardıqdan sonra iş icraçıları tərəfindən həmin qiymətlilər qutulara yığılır, iş icraçısının möhürü ilə möhürlənmiş halda saxlanılması üçün müəyyən edilmiş qaydada saxlanma yerlərinə təhvil verilir.

8. Qiymətli metalların və qiymətli daşların onlardan hazırlanmış məhsulların, həmçinin qiymətli metal tərkibli qırıntıların və tullantıların saxlanma yerlərindən buraxılması müəssisə rəhbərinin icazəsi ilə, qiymətliləri buraxan və alan maddi-məsul şəxslərin imzaları ilə yerinə yetirilir.

9. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların), qiymətli metal tərkibli qırıntıların və tullantıların daşınması zamanı mühafizəsini təmin etmək məqsədi ilə xüsusi rabitə vasitəsindən istifadə edilir. Belə qiymətlilərin daşınması mühafizəçilərin və maddi-məsul şəxslərin müşayiəti ilə hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus xüsusi təchiz olunmuş avtonəqliyyatlarda həyata keçirilir.

10. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların daşınması üsulu qiymətlilərin sahibi olan hüquqi və fiziki şəxslər tərəfindən təyin edilir, bütün mühafizə tədbirləri, hərəkətlərin istiqaməti işlənilib hazırlanır və təsdiq edilir. Eyni zamanda, qiymətli metalları, qiymətli daşları hasil və istehsal edən müəssisələr tərəfindən qiymətlilərin daşınması istehsalat xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

11. Emal edilməmiş almazın idxal və ixracı zamanı emal edilməmiş almazlar kənar müdaxilədən qoruyan və müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik təhlükəsiz bağlamalarda daşınmalı, bağlamalara müvafiq eyniləşdirmə vasitələri (plomblar, möhürlər, ştamplar və s.) tətbiq olunmalıdır.*

12. Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahlı ekipajı tərəfindən ödənişsiz qaydada həyata keçirilir.

1. 22 oktyabr 2025-ci il tarixli 315 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 25 oktyabr 2025-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 992) (Bu Qərar Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver