Qanunvericilik › «Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.12.2007) › Tam mətn

«Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.12.2007)

«Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.12.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

«Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.20-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASIZADƏ

Bakı şəhəri, 7 dekabr 2007-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 7 dekabr tarixli 197 nömrəli qərarı ilə

1. Bu Qayda «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.20-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması qaydasını müəyyən edir.

2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların uçotu kəmiyyət və keyfiyyətə görə, həmçinin dəyər ifadəsində aparılır.

3. Qiymətli metalların və qiymətli daşların kəmiyyətinin dəyişməsi – qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi proseslərinin bütün mərhələlərində onların miqdarının dəyişməsi deməkdir.

4. Qiymətli metalların və qiymətli daşların keyfiyyətinin dəyişməsi – qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi proseslərinin bütün mərhələlərində qiymətli metalların və qiymətli daşların xüsusiyyətlərinin dəyişməsi deməkdir.

5. Qiymətli metal tərkibli mineral və təkrar xammallar affinaja göndərilərkən, onların tərkibinə daxil olan qiymətli metalların kəmiyyətinin uçotu kimyəvi təmiz qiymətli metalların hesablanmış çəkisinə görə aparılır.

6. Qiymətli metalların və qiymətli daşların istehsalı və istifadəsi proseslərində əmələ gələn qiymətli metalların qırıntıları və tullantıları, qiymətli daşların tullantıları kəmiyyət və keyfiyyətə görə, həmçinin dəyər ifadəsində (təşkilatlar tərəfindən) uçota alınır.

7. Qiymətli metalların və qiymətli daşların dövriyyəsi zamanı onların kəmiyyətinin uçotu çəki və say vahidləri ilə aparılır.

8. Qiymətli metallardan və qiymətli daşlardan olan yarımfabrikatlar kütlə və keyfiyyətə görə uçota alınır.

9. Qiymətli daşların hasilatı ilə məşğul olan təşkilatlarda qiymətli daşların ilkin təsnifatı, ilkin qiymətləndirilməsi və sortlaşdırılması zamanı onların uçotu kəmiyyət və keyfiyyətə görə, həmçinin dəyər ifadəsində aparılır.

10. Göstərilən əməliyyatların aparılması üçün imkanları olmayan müəssisələr (təşkilatlar) qiymətli daşları qarşılıqlı razılaşma əsasında bu fəaliyyətlə məşğul olan müəssisələrə (təşkilatlara) təhvil verirlər. Bu halda qiymətli daşların kəmiyyətinin və keyfiyyətinin ilkin uçotu göstərilən hər yataq üzrə ayrıca məhsulların kütlə vahidinin qiymətləndirilməsinə uyğun olaraq dəyər ifadəsində aparılır.

11. Elm, istehsalat və digər fəaliyyət növlərində istifadə olunan avadanlıqların, cihazların və alətlərin tərkibinə daxil olan qiymətli metallar və qiymətli daşlar kütləyə görə uçota alınır.

12. Qiymətli daşların emalı zamanı zərgərlik məmulatlarının hazırlanması üçün yararlı və yararsız hesab edilən qiymətli daşların uçotu ayrıca aparılır.

13. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin və keyfiyyətinin uçotu uçot kartoçkalarında, uçot kitablarında və digər ilkin uçot sənədlərinin formaları əsasında aparılır.

14. İstehsal prosesində istifad ə olunan qiymətli metalların və qiymətli daşların kəmiyyətinin hesabatı onlar üçün təsdiq edilmiş sərf normaları nəzərə alınmaqla tərtib olunur.

15. İstehsal prosesində istifadə olunan qiymətli metalların və qiymətli daşların itki normaları nəzərə alınmaqla, silinməsi zamanı kəmiyyətinin hesabatı onların ancaq faktiki sərfini təsdiq edən sənədlərlə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver