“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.21-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qiymətli metalların və qiymətli daşların nadir kateqoriyaya aid olunması Qaydaları və meyarları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 10 may 2006-cı il
1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanına əsasən hazırlanmışdır və qiymətli metalların və qiymətli daşların nadir kateqoriyaya aid olunmasının qaydalarını və meyarlarını müəyyən edir.
2. Qiymətli metalların köklü və səpinti yataqlarında öz ölçülərinə görə qiymətli metalların üstünlük təşkil edən hissəciklərindən kəskin surətdə fərqlənən, ən azı 1,0 qram çəkiyə malik, təbiətdə az-az rast gəlinən xüsusi mineraloji, morfoloji, ölçü-çəki səciyyələrinə malik olan külçələr nadir hesab edilir.
Qiymətli metalların nadir külçələr kateqoriyasına aşağıdakılar aid edilə bilər:
1 qram və daha artıq kütləli kristallar, dendritlər və digər bitişiklər;
5 qram və daha artıq kütləli, qeyri-düzgün formalı bitişiklər;
səpinti yataqlarından:
5 qram və daha artıq kütləli aşağı hamarlılıq dərəcəsinə malik olan kristallar, dendritlər və digər bitişiklər;
50 qram və daha artıq kütləli aşağı hamarlılıq dərəcəsinə və xüsusi formaya malik olan qeyri-düzgün formalı bitişiklər;
hamarlılıq dərəcəsindən asılı olmayaraq, 1000 qram və daha artıq kütləli, qeyri-düzgün formalı bitişiklər;
b) köklü səpinti yataqlarından gümüş külçələr:
0,5 qram və daha artıq kütləli kristallar, dendritlər və digər bitişiklər;
5 qram və daha artıq kütləli, qeyri-düzgün formalı bitişiklər;
c) platin və platin qrupu metalların külçələri:
1 qram və daha artıq kütləli kristallar və digər bitişiklər;
5 qram və daha artıq kütləli, qeyri-düzgün formalı bitişiklər;
səpinti yataqlarından:
5 qram və daha artıq kütləli, aşağı hamarlılıq dərəcəsinə malik olan kristallar və digər bitişiklər;
20 qram və daha artıq kütləli, aşağı hamarlılıq dərəcəsinə malik olan qeyri- düzgün formalı bitişiklər;
hamarlılıq dərəcəsindən asılı olmayaraq, 200 qram və daha artıq kütləli, qeyri-düzgün formalı bitişiklər;
ç) hər hansı bir tarixi hadisə ilə və ya tarixdə, elmdə və mədəniyyətdə görkəmli rol oynamış məşhur şəxsiyyətlərlə əlaqədar olan külçələr;
d) ölkədə qiymətli metalların əldə edilməsi tarixi ilə əlaqədar olan külçələr;
e) məşhur kolleksiyalardan, toplulardan, muzeylərdən külçələr;
ə) qeyri-adi formaya malik külçələr.
3. Nadir qiymətli daşlar kateqoriyasına aşağıdakılar aid edilə bilər:
a) 50 karat və daha artıq kütləli almazlar;
b) kütləsindən asılı olmayaraq, bir və ya bir neçə əlamətinə, habelə formasına, yüksək saflığı ilə bərabər nadir rənginə, tərkib hissələrinin xarakterinə və kristalloqrafik xüsusiyyətlərinə görə nadir səciyyəyə malik olan (1 karatı ən azı 3000 ABŞ dolları dəyərində) almazlar;
c) 20 karat və daha artıq çəkili brilyantlar, habelə rənginə, formasına və keyfiyyətinə görə nadir olan (1 karatı 10000 ABŞ dolları dəyərində olan) brilyantlar;
ç) kristalların formasına və mineral assosiasiyalarına görə maraq doğuran birinci və ikinci növ ilkin rəngli (tünd yaşıl), emal edilməmiş zümrüdlər (zümrüd ştufları, kristallar və kristallik birləşmələr), habelə onların 10 millimetr və daha artıq ölçülü, ilkin rəngli (tünd yaşıl), daxili parıltılı yüksək şəffaflıq dərəcəsinə malik (“ekstra” kateqoriyalı) qırıntıları;
d) 10 karat və daha artıq kütləli, rənginə, formasına və keyfiyyətinə görə nadir olan, ilkin rəngli (tünd yaşıl), birinci və ikinci qrup təmizliyə malik təbii cilalanmış zümrüdlər;
e) kristalların formasına görə, kristalları qabarıq ifadəli təbii formaya malik olan mineral assosiasiyasına görə maraq doğuran, birinci və ikinci növ emal edilməmiş yaqutlar, zəngin rəng çalarlarına malik sapfirlər və güclü aleksandrit effektli aleksandritlər (ştuflar, kristallar və kristallik birləşmələr);
ə) 10 karat və daha artıq kütləli, birinci qrup təmizliyə malik, “Birma” tipli al qırmızı rəngli, təbii cilalanmış yaqutlar;
f) 10 karat və daha artıq kütləli, birinci qrup təmizliyə malik, “Kaşmir” tipli tünd göy rəngli, habelə nadir rənglərə malik (sarı, yaşıl, narıncı, bənövşəyi) təbii cilalanmış sapfirlər;
g) birinci və ikinci qrup təmizlik dərəcəli, 5 karat və daha artıq kütləli, güclü aleksandrit effektli təbii cilalanmış aleksandritlər;
ğ) hər hansı bir tarixi hadisə ilə və ya tarixdə, elmdə və mədəniyyətdə görkəmli rol oynamış məşhur şəxsiyyətlərlə əlaqədar olan qiymətli daşlar.
4. Bu Qaydaların 2-ci bəndinin tələblərinə cavab verən qiymətli metalların külçələri tədavülə buraxılmazdan əvvəl onları hasil edən subyektlər tərəfindən qabaqcadan ayrılmalı və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin metal külçələr üzrə ekspert komissiyasına təqdim edilməlidir.
Bu Qaydaların 3-cü bəndinin tələblərinə cavab verən qiymətli daşlar tədavülə buraxılmazdan əvvəl onların çeşidlərə ayrılmasını, ilkin təsnifatını və ilkin qiymətləndirilməsini həyata keçirən təşkilatlar tərəfindən seçilməli və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qiymətli daşların ayrı-ayrı növləri üzrə ekspert komissiyalarına təqdim edilməlidir.
5. Qiymətli metal külçələrinin və qiymətli daşların nadir kateqoriyaya aid edilməsi haqqında qərarlar bu Qaydaların 4-cü bəndində göstərilən ekspert komissiyaları tərəfindən keçirdikləri ekspertizaların nəticələrinə görə qəbul edilir.
Qiymətli metalların nadir külçələri və nadir qiymətli daşlar üçün müvafiq ekspert komissiyaları tərəfindən onların nadir kateqoriyaya aid edilməsini təsdiq edən sənədlər tərtib edilir və onlar xüsusi uçota alınır. Bu dəyərlərin uçotunun forması Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təsdiq edilir.
6. Qiymətli metal külçələr üzrə ekspert komissiyası və qiymətli daşların ayrı-ayrı növləri üzrə ekspert komissiyaları haqqında əsasnamələr Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təsdiq edilir.
1. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)