Qanunvericilik › Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

tibbi birləşmələr – tibbi məqsədlər üçün, yəni yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların axtarılması, götürülməsi, daşınması, diaqnozlaşdırılması və ilk tibbi yardım göstərilməsi də daxil olmaqla müalicəsi, habelə xəstəliklərin profilaktikası üçün yaradılmış hərbi və mülki tibb müəssisələrdir. Tibbi birləşmələr stasionar və ya səyyar, daimi və ya müvəqqəti ola bilər;

tibbi heyət – münaqişədə iştirak edən tərəfin müstəsna olaraq, tibbi məqsədlər üçün, habelə tibbi birləşmələrin inzibati - təsərrüfat təminatını həyata keçirmək üçün və ya sanitar nəqliyyat vasitələrində işləmək və onların inzibati - texniki təminatını həyata keçirmək üçün təyin etdiyi şəxslərdir;

sanitar nəqliyyat vasitələri – yalnız sanitar daşımalar üçün nəzərdə tutulan və münaqişədə iştirak edən tərəfin səlahiyyətli orqanının nəzarəti altında olan, hərbi və ya mülki, daimi və ya müvəqqəti daşıma vasitələrdir;

dini heyət – müstəsna olaraq özlərinin dini funksiyalarının yerinə yetirilməsi ilə məşğul olan və münaqişədə iştirak edən tərəfin silahlı, qüvvələrinə, tibbi birləşmələrinə və ya sanitar nəqliyyat vasitələrinə təhkim olunmuş şəxslərdir;

fərqləndirici emblem – tibbi birləşmələrin, sanitar nəqliyyat vasitələrinin, tibbi və dini heyətin, avadanlığın və ya ehtiyatların müdafiəsi üçün istifadə edilən, qızıl xaçın və ya qızıl Ayparanın ağ fonda təvsirindən ibarətdir;

fərqləndirici siqnal – tibbi birləşmələrin və ya sanitar nəqliyyat vasitələrinin tanınması üçün müəyyən olunmuş hər hansı siqnal və ya məlumatdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver