Hərbi münaqişə zamanı və ya dinc dövrdə şəxslərin, sanitar nəqliyyat vasitələrinin, tibbi əmlakın və digər obyektlərin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatına mənsubiyyətini göstərmək üçün fərqləndirici nişan qismində Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə edilir.
Fərqləndirici nişan qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri öz ölçülərinə görə müdafiə nişanı qismində istifadə edilən emblemlərdən kiçik olmalıdır.