Qızıl Xaç emblemi - ağ fonun ortasında həmin fonun kənarına çatmamaq şərti və mərkəzdə düz bucaq altında kəsişdən iki bərabər düzbucaqlının qırmızı rəngli təsvirindən ibarətdir.
Qızıl Aypara emblemi - ağ fonun ortasında həmin fonun kənarına çatmamaq şərti ilə qırmızı rəngli aypara təsvirindən ibarətdir.
Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə qaydaları bu Qanunla, 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları ilə (bundan sonra - Cenevrə konvensiyaları), bu konvensiyalara əlavə olunan 1977-ci il 8 iyun tarixli 1 və 2 saylı protokollarla) bundan sonra - 1 və 2 saylı protokollar müəyyən edilir.