Qanunvericilik › “Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.02.2014) › Tam mətn

“Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.02.2014)

“Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.02.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 18 fevral 2014-cü il

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ərazi planlaşdırılması sənədləri (ümumi, baş və müfəssəl planlar) hazırlandıqda, onların qonşu ərazi vahidləri ilə razılaşdırılması məsələlərini tənzimləyir.

2.1. Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərinin bir-biri ilə razılaşdırılmasının məqsədi onların keyfiyyətinin yüksəldilməsinin və bir-birinə uyğunluğunun, yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən ibarətdir.

3.1. Ərazi planlaşdırılması sənədlərinin ilkin layihələri razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə uyğun olaraq maraqlarına toxunulan qonşu inzibati ərazi vahidlərinə göndərilir.

3.2. Ümumi planlar hazırlandıqdan sonra ərazi planlaşdırılması sənədləri müvafiq rəyin alınması üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir.

3.3. Şəhərlərin inzibati sərhədi qonşu şəhər və rayon inzibati əraziləri ilə həmsərhəd olduqda, şəhərin Baş planı işlənildikdən sonra razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir.

3.4. 3.1-3.3-cü bəndlərdə göstərilən hallarda razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti orqanlarına göndərilən layihələrə 1 (bir) ay müddətində münasibət bildirilməlidir, əks halda layihə razılaşdırılmış hesab olunur.

3.5. Qonşu ərazi vahidlərindən təqdim edilən iradlar əsaslandırılmış formada qəbul olunmadığı halda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunur və bu məqsədlə Nazirlər Kabineti tərəfindən razılaşdırma komissiyası yaradılır. Layihə qonşu ərazi vahidlərinin iradları ilə birlikdə komissiyaya təqdim olunduqdan sonra komissiya bu məsələyə dair rəyini 2 (iki) ay müddətində bildirməlidir. Komissiyanın yekun rəyi tərəflər üçün məqbul hesab olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver