Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi tərəfindən
tarixində qeydiyyata alınmışdır.
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
tarixli 13-8 nömrəli qərarı
ilə təsdiq edilmişdir.
_________ prof. Ə. Nağıyev
Bölmə: ticarət və ictimai iaşə
Bölmə: ticarət və ictimai iaşə
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Baş texnoloq (kulinar)
Direktor-müdir, ictimai iaşə
Direktor-müdir, pərakəndə ticarət
Labaratoriya müdiri, texnoloji qida
Labaratoriya rəisi (müdiri), sanitar-Texnoloji qida
Müdir, istehsalat üzrə (Baş aşpaz)
Müdir, mal bölməsinin
Müdir, mal kompleksinin (mal şöbəsinin)
Şöbə müdiri, malların sifarişi üzrə
Şöbə rəisi, dispetçer şöbəsinin
Şöbə rəisi, tələbin və konyukturanın
Şöbə rəisi, ticarətin təşkili və
Şöbə rəisi, ticarət üzrə
Şöbə rəisi, malların çeşidi və keyfiyyəti üzrə
Ekspert, mal ekspertizası bürosunun
İnzibatçı, ticarət zalının
Müfəttiş, ticarət üzrə
Mühəndis, kimyəvi-toksikoloji nəzarət üzrə
Mühəndis, radiometrik nəzarət üzrə
Xalq istehlakı mallarının istehsalı prespektivlərini öyrənir, tələbin vəziyyətini və dəyişmə meyillərini öyrənir, əhali tələbinin uzunmüddətli və qısamüddətli proqnozlarını işləyib hazırlayır, tələb və tələbatın formalaşması üzrə işlərin təşkil edir,
tələbə əsasən malların istehsalına təsir olunmasını təmin edir. Mal ehtiyatlarının vəziyyətinə nəzarəti həyata keçirir. Malların dövriyyəsi, mal itkilərinin azaldılması üzrə tədbirləri hazırlayır. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Malların alınması işlərinə rəhbərlik edir, göndərilən malların çeşidinin genişləndirilməsi və onların keyfiyyətinin yaxşılatdırılması üzrə tədbirləri həyata keçirir. Malların topdansatışı üzrə yarmarkalarda, malların göndərilməsi müqavilələrinin bağlanılmasında iştirak edir, xarici firmalarla kommersiya əlaqələrini həyata keçirir. Malların texniki səviyyəsinə və keyfiyyətinə normativ-texniki sənədlərinin razılaşdırılması zamanı təsir edir. Malgöndərənlər tərəfindən müqavilə öhdəliklərinə əməl olunmasına nəzarət edilməsini, müqavilə öhdəlikləri pozulduqda malgöndərənlərə qarşı iddiaların qaldırılmasını və onların vaxtında rəsmiləşdirilməsini təmin edir. Tara və qablaşdırma materiallarının vəziyyətinə, malların düzgün daşınmasının və saxlanılmasının təşkilinə nəzarət edir. Malların sərgisini təşkil edir. Ticarət mədəniyyətinin yüksəldilməsi, mütərəqqi ticarət metodlarının tətbiqi və ticarət reklamının yaxşılaşdırılması üzrə təklifləri işləyib hazırlayır. Kommersiya məsələlərinin həllində müasir texniki vasitələrdən və idarəetmə sistemlərindən istifadə edir.
Əmtəəşünaslıq, marketinq üzrə əsas normativ materialları, ticarətin (kommersiyanın) təşkil olunması qaydalarını; mal bazarının konyukturasını və onu müəyyən edən amilləri; ticarət konyukturasını haqqında məlumat mənbələrini; əhali tələbinin formalaşması qanunauyğunluqlarını və amillərini, tələbin proqnozlaşdırılması metodlarını; marketinq prinsiplərini; modanın vəziyyətini və onun dəyişilməsi meyllərini; malların istehsal texnologiyasının əsaslarını; fəaliyyətdə olan standartları; malların çeşidini, onların kefiyyətinin yoxlanılması metodlarını; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; malgöndərənlə müqavilələrin bağlanılması və malların keyfiyyət standartlarının və sertifikatlarının yoxlanılması qaydalarını; malların qəbul olunması, saxlanılması və satılması qaydalarını; inventarizasiyanın keçirilməsi qaydalarını; malların uçotu, sifarişlərin verilməsi qaydalarını; malların göndərilməsi şərtlərini və onların qəbul olunması, saxlanılması və satılması qaydalarını; malların qiymətlərinin yaranması qaydalarını; ticarət etikasının; estetikasının və psixologiyasının əsaslarını; ticarətdə müasir texniki vasitələrin və idarəetmə sistemlərinin tətbiqinin əsaslarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını.
Ödəniş dərəcələrlə ixtisas tələbləri:
Qida mallarının əmtəəşünaslığı və yaxud qeyri-qida mallarının əmtəəşünaslığı ixtisası üzrə ali təhsil və ixtisas üzrə mütəxəssis və rəhbər vəzifələrində 5 ildən az olmayaraq iş stajı.
13-cü dərəcə: IV qrup müəssisənin baş əmtəəşünası vəzifəsini yerinə yetirdikdə;
14-cü dərəcə: III qrup müəssisəsinin baş əmtəəşünası vəzifəsini yerinə yetirdikdə;
15-ci dərəcə: II qrup müəssisənin baş əmtəəşünası vəzifəsini yerinə yetirdikdə;
16-cı dərəcə: I qrup müəssisənin baş əmtəəşünası vəzifəsini yerinə yetirdikdə.
nəzarətçi-kassirlərin, kassirlərin işinin təşkil edir, kassa intizamına ciddi əməl olunması və pul sənədlərinin və pulların etibarlı mühafizəsini, həmçinin yuxarıda göstərilən işçilərin iş yerinin lazımi avadanlıqlarla, inventarla təmin edir. Nasaz kassa maşınının vaxtında təmir olunmasını və təmirdən sonra qəbul olunmasını təmin edir. Kassalarda xırda pulun olmasına nəzarət edir. Kassa kitablarının və müəyyən olunmuş digər hesabat formalarının düzgün doldurulmasımı yoxlayır. Satış pulunun vaxtında banklara təhvil verilməsinə nəzarət olunmasını təşkil edir. Kassirlərin satış pulunun uçotu cədvəlini aparır. Alıcıların nəzarətçi-kassirlərə, kassirlərə olan şikayətlərinə baxır və onlar üzrə qərarlar qəbul edir. Nəzarətçi-kassirlərin və kassirlərin mütərəqqi əmək metodlarının tətbiqini təmin edir, onların iş qrafiklərini tərtib edir. Pul məbləğlərinin və qiymətli kağızların inventarizasiyasını təşkil edir və onların keçirilməsində iştirak edir.
Pul vəsaitlərinin qəbul olunmasını və təhvil verilməsini, ilkin kassa və bank sənədlərini, mədaxil və məxaric kassa sənədlərinin doldurulması qaydalarını, pulların və qiymətli kağızların saxlanılmasını; kassa kitablarının aparılması qaydalarını; məcmu kassa hesabatlarının hazırlanması qaydalarını; inventarizasiyanın aparılmasını; kassa aparatında iş qaydalarını; müxtəlif tipli kassa aparatlarının quruluşunu; əməyin təşkilini və əmək qanunvericiliyinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali iqtisadi təhsil və ya ixtisas təhsili və ticarət zalının kassiri (nəzarətçi-kassir) vəzifələrində 3 ildən az olmayaraq iş stajı.
8-ci dərəcə: II qrup müəssisənin baş kassiri vəzifəsini yerinə yetirdikdə;
9-cu dərəcə: I qrup müəssisənin baş kassiri vəzifəsini yerinə yetirdikdə.
İctimai iaşə məhsullarının istehsalının mütərəqqi texnoloji proseslərin tətbiqi və əhaliyə xidmətin təkmilləşdirilməsi, istehsal və xidmət mədəniyyətinin yüksəldilməsi üzrə təklifləri işləyib hazırlayır. Xörəklərə, qənnadı və kulinar məmulatlarına yeni resepturaları, yeni xammal növlərinə soyuq və isti emal zamanı itki və tullantı normalarının hazırlanmasının və təsdiq edilməsini həyata keçirir. Buraxılan xörəklərin, qənnadı və kulinar məmulatlarının, undan hazırlanma məmulatların çeşidlərinin genişləndirilməsi, yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlayır. Xammaldan, məhsullardan səmərəli istifadə olunmasına, xörəklərin hazırlanma texnologiyası qaydalarına əməl olunmasına operativ nəzarəti təşkil edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. İşçilərin peşə ustalığının artırılması üzrə təkliflərin verilməsində iştirak edir.
İaşə məhsullarının istehsalının texnoloji hazırlığı üzrə metodik və normativ materialları; ictimai iaşə məhsullarının istehsal güclərini, texnologiyasını, məhsulların çeşidlərini, xammalın, yarımfabrikatların və hazır məhsulun keyfiyyətinə verilən şərtləri və standartları; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; qiymətlərin hesablanmasını; texnoloji sənədlərin tərtibatı üzrə əsasnamələri, təlimatları və digər rəhbər materialları; ictimai iaşə məhsullarının istehsalı, əməyin və idarəetmənin təşkili sahəsində qabaqcıl yerli və xarici təcrübəni; əmək qanunvericiliyinin əsaslarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını və normalarını.
_Ödəniş dərəcələrinə ixtisas tələbləri:
İctimai iaşə məhsullarının texnologiyası ixtisası üzrə ali təhsil və ictimai iaşədə mütəxəssis və rəhbər vəzifələrində 5 ildən az olmayaraq iş stajı.
13-cü dərəcə: IV qrup müəssisənin baş texnoloqu vəzifəsini yerinə yetirdikdə;
14-cü dərəcə: III qrup müəssisənin baş texnoloqu vəzifəsini yerinə yetirdikdə;
15-ci dərəcə: II qrup müəssisənin baş texnoloqu vəzifəsini yerinə yetirdikdə;
16-cı dərəcə: 1 qrup müəssisənin baş texnoloqu vəzifəsini yerinə yetirdikdə
İstehsalat-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir.
Sexlərin, sahələrin və digər istehsalat bölmələrinin işini və səmərəli qarşılıqlı əlaqəsini təşkil edir, onların fəaliyyətini hazırlanan xörəklərin keyfiyyətinin yüksəldilməsinə və müştərilərə xidmət mədəniyyətinin artırılmasına yönəldir. Müəssisənin vaxtında qida məhsulları və maddi resurslarla təchiz olunmasını təmin edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. İşçi yerlərinin attestasiyasını və səmərələşdirilməsini həyata keçirir. İxtisaslarından və iş təcrübəsindən asılı olaraq işçilərin seçilməsini və yerləşdirilməsini təşkil edir.
Mütərəqqi ictimai iaşə müəssisələrinin iş təcrübəsinin tətbiqi üzrə işləri həyata keçirir. Planlaşdırmanı və uçotu, təsərrüfat fəaliyyəti üzrə hesabatların tərtib olunmasını və vaxtında təqdim edilməsini, əməyin ödənişinin forma və sistemlərinin düzgün tətbiqini təşkil edir. Hazırlanan xörəklərin keyfiyyətinə, iaşə məhsullarına tələbatın öyrənilməsinə, ticarət və qiymətqoyma qaydalarına amil olunmasına, əməyin qorunması və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına, əmək intizamına, müəssisənin sanitar-texniki vəziyyətinə nəzarət edir.
İctimai iaşə müəssisənin fəaliyyətini nizamlayan normativ materialları: qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; müəssisənin idarə edilməsinin əsaslarını; müəssisənin iş qaydalarını, onun bölmələrinin vəzifə və funksiyalarını, işçilərin vəzifə və borclarını; iaşə) müəssisəsinin ticarət-təsərrüfat və sosial fəaliyyətinin iqtisadiyyatını və planlaşdırılmasını; müəssisənin ticarət-təsərrüfat və sosial fəaliyyətinin sistemli təhlil metodlarını; iaşənin təşkilinin mütərəqqi yerli və xarici təcrübəni; texnoloji iaşə avadanlıqlarının növlərini və təyinatlarını; əməyin ödənişinin forma və sistemlərini; əməyin elmi təşkilinin əsaslarını, əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası norma və qaydalarını; təsərrüfat hüququnun və əmək qanunvericiliyinin əsaslarını; uçot və hesabatın təşkilini, kargüzarlığın aparılmasına verilən tələbləri.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali iqtisadi təhsil və ictimai iaşədə rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
18-ci dərəcə: I qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
17-ci dərəcə: II qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
16-cı dərəcə: III qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
15-ci dərəcə: IV qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
14-10-cu dərəcə: müvafiq olaraq daha aşağı qrupa aid edilən müəssisə, idarə, təşkilat rəhbərinin vəzifə borclarını yerinə yetirdikdə.
Azərbaycan Respublikasının “Müəssisələr haqqında” Qanununa əsasən pərakəndə müəssisəsinin fəaliyyətinə rəhbərlik edir, onun fəaliyyətini alıcılara yüksək mədəni xidmətə, müəssisənin gəlirli işləməsinə yönəldir. Mütərəqqi ticarət fərmanlarının, yeni ticarət-texnoloji avadanlığın tətbiqini təmin edir, malların dövriyyəsinin sürətləndirilməsi, mal itkilərinin azaldılması üzrə tədbirləri həyata keçirir. Müəssisənin ixtisaslı kadrlarla komplektləşdirilməsini, işçilərin ixtisasının artırılmasını, əməyin elmi təşkilinin tətbiqini kollektivdə əlverişli mikroiqlimin, təhlükəsiz iş şəraitinin yaradılmasını təmin edir. Müəssisənin ticarət-təsərrüfat fəaliyyətini təşkil edir. Görülən işlərə və göstərilən xidmətlərə tələbatın, habelə müəssisənin iqtisadi və sosial inkişafının təmin edilməsi, işçilərin şəxsi gəlirlərinin yüksəldilməsi zərurətini nəzərə alaraq müəssisənin fəaliyyət planlarının və inkişaf perspektivlərinin işlənib hazırlanmasını təmin editəsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir, mal qalıqlarının vəziyyətinə, satışda lazımi mal çeşidinin olmasına, satış qaydalarına riayət olunmasına, alıcıların hüquqlarının təmin olunmasına, əməyin qorunması və texniki təhlükəsizlik tələblərinə əməl olunmasına, əmək intizamına, müəssisənin sanitar-texniki vəziyyətinə nəzarət edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Müəssisənin müxtəlif xidmətlərinin və bölmələrinin fəaliyyətini əlaqələndirir.
Pərakəndə ticarət müəssisəsinin fəaliyyətini nizamlayan normativ materialların; müəsisənin idarə edilməsinin əsaslarını; müəssisənin iş qaydalarını, onun bölmələrinin vəzifə və funksiyalarını, işçilərin vəzifə və borclarını; müəssisənin ticarət-təsərrüfat və sosial –fəaliyyətinin iqtisadiyyatını və planlaşdırılmasını; müəssisənin ticarət-təsərrüfat və sosial fəaliyyətinin sistemli təhlil metodlarını; ticarətin təşkilinin mütərəqqi yerli və xarici təcrübəni; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; satılan malların çeşidinin və keyfiyyətinin idarə olunması sistemini, malların hərəkətinin təşkilini; ticarət-texnoloji avadanlıqların növlərinin və təyinatlarını; əməyin ödənişinin forma və sistemlərini; əməyin elmi təşkilini əsaslarını, əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası norma və qaydalarını; kollektivlə işin pedaqoji baxışlarını; təsərrüfat hüququnun və əmək qanunvericiliyinin əsaslarını; uçot və hesabatın təşkilini, kargüzarlığın aparılmasına verilən tələbləri.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Direktor: ali iqtisadi təhsil və ticarətdə rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
18-ci dərəcə: I qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
17-ci dərəcə: II qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
16-cı dərəcə: III qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
15-ci dərəcə: IV qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə.
Müdir: iş stajına heç bir tələb 1 oyulmadan ali iqtisadi təhsil və ticarətdə rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
14-10-cu dərəcə: müvafiq olaraq daha aşağı qrupa aid edilən müəssisə, idarə, təşkilat rəhbərinin vəzifə borclarını yerinə yetirdikdə.
Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin edir. Texnoloji prosesin düzgün aparılmasına resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Texnoloji proseslərin təkmilləşdirilməsi, yeni xammal növlərinin tətbiq olunması, çeşidin genişləndirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üzrə təkliflər hazırlayır və tədbirlər görür. Konfransların, dequstasiyaların aparılmasını təşkil edir, yeni resepturların işlənib hazırlanmasında iştirak edir. İşçilərin ixtisaslarının artırılması, qidaların və xammalın keyfiyyətinin artırılması tədbirlərində iştirak edir. Laboratoriyanın lazımi avadanlıqla, nəzarət-ölçü cihazları ilə təchiz olunmasını təmin edir. Laboratoriyaların cari və perspektiv iş planlarının tərtib olunmasını, onların yerinə yetirilməsini, müəyyən olunmuş hesabatın hazırlanmasını və aparılmasını təmin edir. Laboratoriya işçilərini fəaliyyətinə rəhbərlik edir.
Malların keyfiyyəti üzrə fəaliyyətdə olan normativ sənədləri; qida məhsullarının istehsalatın və xörəklərin hazırlanmasının texnologiyasını; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; nəzarət metodlarını, qidanın və xammalın keyfiyyətinə nəzarət sahəsində mütərəqqi yerli və xarici təcrübəni; ticarət-texnoloji soyuducu, nəzarət-ölçü və laboratoriya avadanlıqlarını, onların istismar olunması qaydalarını; əmiyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası qaydalarını; əməyin təşkilinin və əmək qanunvericiliyinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali təhsil (iaşə məhsullarının texnologiyası ixtisası üzrə) və mühəndis - texnoloq vəzifələrində 5 ildən az olmayaraq iş stajını 12-13 –dərəcə.
Xərəklərin və məmulatların, daxil olan xammalın keyfiyyətinə və iaşə müəssisələrinin istehsalat, anbar və ticarət sahələrinin saxlanmasının sanitar tələblərinə cavab verməsinə, işçilər tərifindən şəxsi gigiyena qaydalarına riayət olunmasına nəzarəti, ictimai iaşə məhsullarına texniki-normativ sənədlərinin hazırlanması və onların tətbiqini təşkil edir. İaşə məhsullarının hazırlanma texnologiyasının təkmilləşdirilməsi, keyfiyyət və çeşidinin yaxşılaşdırılması, xammaldan səmərəli istifadə olunması üzrə praktiki təkliflərin hazırlanması işlərini təşkil edir. Qida məhsullarının, yarımfabrikatların və kulinar məmulatlarının nümunələrinin standartlara uyğunluğu barəsində rəy hazırlayır. Satılan məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdə, yeni xörək və məmulat növlərinin resepturasının və hazırlanma texnologiyasının işlənməsində iştirak edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir Qidanın keyfiyyətinə laboratoriya nəzarətinin edilməsi sahəsində qabaqcıl xarici təcrübənin öyrənilməsini təşkil edir. Laboratoriyanın cari və perspektiv iş planlarının hazırlanmasını, uçotun və müəyyən olunmuş hesabatın aparılmasını, laboratoriyanın lazımi avadanlıqla, nəzarət-ölçü cihazları ilə təchizatını təmin edir. Laboratoriya işçilərinin fəaliyyətinə rəhbərlik edir, onların ixtisaslarının artırılması üzrə işləri təşkil edir.
Hazırlanan yeməklərin keyfiyyətinin qaldırılması üzrə normativ sənədləri, standartları; texniki hesablamalar metodlarını və laboratoriya nəzarətinin təşkili; xammalın və hazır məhsulun keyfiyyətinə nəzarət olunması sahəsində qabaqcıl yerli və xarici təcrübəni; kulinar məmulatlarının hazırlanması zamanı xammalın texnoloji və termik emalı qaydalarını; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərini; nəzarət - ölçü və laboratoriya avadanlıqlarını, onların istismar olunması qaydalarını; texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali təhsil (iaşə məhsullarının texnologiyası ixtisası üzrə) və mühəndis-texnoloq 5 ildən az olmayaraq iş stajı 13-14-cü dərəcə.
İstehsalatın işini təşkil edir. Yüksək keyfiyyətli xüsusi məhsulun istehsalını təmin edir. Yeni xörəklərin resepturunu işləyib hazırlayır. Tələbin öyrənilməsi əsasında xərəklərin, aşbazlıq məmulatlarının çeşid müxtəlifliyini təmin edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Lazım olan qida mallarına, yarımfabrikatlara sifariş tərtib eləyir, onların vaxtında anbardan alınmasını təmin edir. İstehsalatda daxil olan xammalın keyfiyyətinə, yeməklərin hazırlanması texnologiyasına, xörəklərə xammalın qoyulması normalarına və sanitar qaydalarına daimi olaraq nəzarət edir. Hər gün hazır xörəklərin brakerajını həyata keçirir. İstehsalat prosesinin düjün təşkil olunmasını həyata keçirir, yeni avadanlığın və mütərəqqi texnologiyanın tətbiqini təmin edir. Aşbazlar arasında vəzzifə bölgüsünü müəyyən edir, istehsalat işçilərinin işə çıxma qrafikini tərtib edir, xörəklərin hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimat keçirir. Müəyyən olunmuş qaydada hesabatları hazırlayır və təqdim edir. Aşğazların ustalığının qaldırılması üzrə daimi olaraq iş aparır, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatlar verir.
İstehsalatın təşkilini və texnologiyasını: xörəklərin, aşbazlıq məmulatlarının keyfiyyətinə olan tələbləri; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; rasional qidalanmanın əsaslarını; menyunun düjün tərtib olunması, məhsulların, xörəklərin və aşbazlıq məmulatlarının uçotu və verilməsi qaydalarını; xammal və yarımfabrikatların məsrəf normalarını; xörəklərin qiymətlərinin yaranması texnologiyasını; qida və xammallara verilən standartların; xammal, yarımfabrikat və hazır məhsulların saxlanılması qaydalarını; texnoloji avadanlıqların müasir növlərini və onların iş prinsiplərini; istehsalat sahələrinə, avadanlığa, qab-qaçağa və s. verilən tələbləri; istehsalatın və xidmətin təşkilinin m metodlarını; istehsalat işçilərinin əməyinin və ödənişinin əsaslarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali iqtisadi təhsil və istehsalatda 3 ildən az olmayaraq iş stajı və yaxud orta xüsusi təhsil və istehsalatda 3 ildən az olmayaraq iş stajı.
13-cü dərəcə: IV qrup müəssisənin istehsalat müdiri vəzifəsini yerinə yetirdikdə;
14-cü dərəcə: III qrup müəssisənin istehsalat müdiri vəzifəsini yerinə yetirdikdə;
15-ci dərəcə: II qrup müəssisəsinin istehsalat müdiri vəzifəsini yerinə yetirdikdə;
16-cı dərəcə: I qrup müəssisənin istehsalat müdiri vəzifəsini yerinə yetirdikdə.
Texnoloji -kommersiya prosesinin səmərəli təşkilini təmin edir. Satılan mallara alıcı tələbinin öyrənilməsini təşkil edir. Malların göndərilməsinə sifarişləri tərtib edir. Malların vaxtında daxil olması və satışda müəyyən çeşiddə malların olması üçün tədbirlər görür, daxil olan malların kəmiyyətcə və keyfiyyətcə qəbul olunmasının həyata keçirir. Nəqliyyat sənədlərini tərtib edir. Bölmənin işçilərinə malların satışının təşkili, satış qaydalarına riayət olunması, yanğından mühafizə və texniki təhlükəsizdik qaydaları üzrə təlimatlar verir. Bölmənin mal-material dəyərlərinin inventarizasiyasında iştirak edir. Bölmənin işçilərinin işə çıxma qrafiklərini hazırlayır. Alıcılara xidmət olunmasında iştirak edir, onların şikayətlərinə baxır və həmin şikayətlər üzrə qərarlar qəbul edir. Bölmənin işçilərinin lazımi avadanlıqla, tara və qablaşdırma materialları ilə təmin edir. Müvafiq malların pərakəndə satışı qaydalarına riayət olunmasına, bölmənin sanitar vəziyyətinə, çəki və nəzarət-ölçü cihazlarının saz vəziyyətdə olmasına və onlardan düzgün istifadə edilməsinə nəzarət edir. Lazımi hesabatları hazırlayır. Bilməlidir:
Malların pərakəndə satışının, açıcıların tələbinin öyrənilməsi və onun nəticələrinin ümumiləşdirilməsi qaydalarını və metodlarını; satılan malların çeşidini; malların keyfiyyətinin müəyyən olunması metodlarını: malların satışı və saxlanılması qaydalarını və müddətlərini; bilmədə malların uçotu, itkilərin silinməsi və mal-material qiymətlərinin inventarizasiya olunması qaydalarını; satıcının iş yerində davranışı qaydalarını; mağazadaxili və pəncərə vitrinlərinin tərtibatı üzrə tövsiyələrin verilməsi; bölmənin işçilərinin əməyinin təşkili və ödənişini prinsiplərini; ticarət-texnoloji avadanlıqların. istismar olunması qaydalarını; operativ uçot və hesabatları; malların qiymətlərinin yaranması qaydalarını; yaşından mühafizə və texniki təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və gigiyenası qaydalarını; əmək qanunvericiliyinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali iqtisadi təhsil və ticarətdə 3 ildən az olmayaraq iş stajı və yaxud orta ixtisas təhsili və ticarətdə 5 ildən az olmayaraq it stajı.
9-cu dərəcə: IV qrup müəssisəsinin mal bölməsinin müdiri vəzifəsini yerinə yetirdikdə;
10-cu dərəcə: III qrup müəssisənin mal bölməsinin müdiri vəzifəsinin yerinə yetirdikdə;
11-ci dərəcə: P qrup müəssisənin mal bölməsinin müdiri vəzifəsini yerinə yetirdikdə;
12-ci dərəcə: I qrup müəssisənin mal bölməsinin müdiri vəzifəsinin yerinə yetirdikdə.
Mal kompleksinin (şöbəsinin) işinə rəhbərlik edir. Kollektivin fəaliyyətini alıcılara yüksək mədəni xidmət edilməsinə, gəlirliyin artırılmasına yönəldir. Müəyyən olunmuş çeşidə əsasən mallarla təchizatı təmin edir. Tələbin və bazarın konyukturasının öyrənilməisni, malların alınması üçün müqavilələrin bağlanılmasını, sifarişlərin verilməsini təşkil edir. Malların daxil olmasına nəzarət edir, müqavilə öhdəliklərinə əməl olunmadıqda mal göndərənlərə qarşı iddalar qaldırır, malların satılmasına, operativ-ticarət texnologiyasına əməl olunmasına, alıcılara satışda olan mallar barəsində məlumat verilməminə nəzarət edir. İxtisasından asılı olaraq kadırların seçilməsini və yerləşdirilməsini, alıcı axınından asılı olaraq işçilərin operativ qaydada yerlərinin dəyişdirilməsini həyata keçirir. Kollektivdə əlverişli mikroiqliminin və təhlükəsiz iş şəraitinin yaradılmasını, kadrların istehsalat-iqtisadi təhsil almalarının daimi olaraq həyata keçirilməsini təmin edir. İqtisadi və sosial inkişaf planlarının hazırlanmasında iştirak edir. Təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir, satışda müəyyən olunmuş mal çeşidlərinin mövcudluğuna, ticarət qaydalarına əməl olunmasına, əmək intizamına və sanitariya-texniki vəziyyətinə nəzarət edir. Alıcılara xidmət göstərilməsində iştirak edir. Bölmənin işini əlaqələndirir.
Pərakəndə ticarət müəssisəsinin fəaliyyətini nizamlayan normativ materialları; müəssisənin iş qaydalarını, tabelikdə olan bölmələrin vəzifə və funksiyalarını, işçilərin vəzifə və borclarını; müəssisənin ticarət-təsərrüfat fəaliyyətinin iqtisadiyyatını və planlaşdırılmasını; ticarətin təşkilinin mütərəqqi yerli və xarici təcrübəni; satılan malların çeşidinin və keyfiyyətinin idarə olunması sisteminin hərəkətinin təşkilinin; ticarət-texnoloji avadanlıqların nəzərlərini və təyinatlarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası norma və qaydalarını; ticarətdə psixologiya və estetikanın əsaslarını, kollektivlə işin pedoqoji baxışlarını; əmək qanunvericiliyinin əsaslarını; uçot və hesabatın təşkilini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali iqtisadi təhsil və ticarətdə 3 ildən az olmayaraq iş stajı və yaxud xüsusən orta Təhsil və ticarətdə 5 ildən az olmayaraq iş stajı.
10-cu dərəcə: IV qrup müəssisənin mal kompleksinin (şöbəsinin) müdiri vəzifəsini yerinə yetirdikdə;
11-ci dərəcə: III qrup müəssisənin mal kompleksinin (şöbəsinin ) müdiri vəzifəsini yerinə yetirdikdə.
12-ci dərəcə: II qrup müəssisənin mal kompleksinin (şöbəsinin) müdiri vəzifəsini yerinə yetirdikdə;
13-cü dərəcə: I qrup müəssisənin mal kompleksinin (şöbəsinin) müdiri vəzifəsini yerinə yetirdikdə.
Sexin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edir, sexin vaxtında istismara hazırlanmasını, qida məhsullarının qəbulunu, istilik emalını, saxlanmasını, buraxılışını təmin edir, nəqliyyat vasitələrinin yüklənməsini və boşaldılmasını və yüklərin daşınmasını təşkil edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. İşçilərin seçilməsini və onların səmərəli yerləşdirilməsini həyata keçirir. Malların kəmiyyət və keyfiyyət üzrə saxlanılmasını, soyuducu qurğuların və texnoloji avadanlığın texniki cəhətdən düjün və səmərəli istifadə olunmasını, soyuducu kameralarının plan-ehtiyat və cari təmirini, onların qalın buz örtüyünün təmizlənməsini təmin edir. Qida məhsullarının istilik emalı saxlanılması texnologiyasının təkmilləşdirilməsi, yeni texnikanın tətbiqi, bütün resurs növlərinə qənaət edilməsi, işçi yerlərinin attestasiyası və səmərələşdirilməsi üzrə tədbirləri həyata keçirir. Ustaların və sex xidməti işçilərinin fəaliyyətini əlaqələndirir. Fəaliyyətdə olan sanitar-gigiyena və yoluxucu-epidemioloji xəstəliklərə) qarşı norma və qaydalara əməl olunmasına, istehsalat və əmək intizamına, daxili iş qaydalarına riayət olunmasına, işçilərin təlimatlandırılmasına,və onlara təhlükəsiz iş metodlarının öyrədilməsinə, işçilər tərəfindən texnoloji təlimatlara və digər normativ-texniki sənədlərə əməl olunmasına nəzarət edir. Sexin istehsalat fəaliyyətinin planlaşdırılması, uçot, hesabatın tərtib olunması və vaxtında təqdim edilməsi, mal-material qiymətlərinin inventarizasiya olunması işlərini təmin edir. Sexin işçilərinə rəhbərlik edir.
Texnoloji planlaşdırma, soyuq emal və operativ idarəetmə üzrə rəhbər materialları; sexin müəssisənin texniki inkişaf perspektivlərini; qida məhsullarımın soyuq emalı və saxlanılması kameralarında əsas texnoloji prosesləri və hərarət-rütubət rejimlərini və digər nəzarət edilən göstəriciləri; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; sex avadanlığının texniki xarakteristikasını və onun iş prinsipini; avadanlığın plan-ehtiyat təmirinin və ondan səmərəli istifadə edilməsinin vahid sistemini; avadanlığın təhlükəsiz iş tələblərinə cavab verməsinin yoxlanılması qaydaları və buna nəzarət edən vasitələri; avadanlığın təmirə verilməsi və təmirdən sonra qəbul olunmasını; soyuducunun texnoloji prosesinin təşkili üzrə qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, istehsalatın və əməyin elmi təşkili və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali iqtisadi təhsil və ticarətdə rəhbər vəzifələrdə 3 ildən az olmayaraq iş stajı və yaxud xüsusi orta təhsil və ticarətdə 5 ildən az olmayaraq iş stajı.
11-12-ci dərəcə: III qrup sex rəisinin vəzifə borclarını yerinə yetirdikdə;
13-cü dərəcə: II qrup sex rəisinin vəzifə borclarını yerinə yetirdikdə;
14-cü dərəcə: I qrup sex rəisinin vəzifə borclarını yerinə yetirdikdə;
Müəssisələrdə, idarələrdə və təşkilatlarda mallara sifarişlərin qobulunu, malların komplekləşdirilməsini, bükülməsini (qablaşdırılmasını) və sifarişin vaxtında icra olunmasını təşkil edir. Əhalidən qəbul olunmuş sifarişlərin evlərə və iş yerlərinə çatdırılmasını, sifarişlərin qobulu və icrası üzrə uçot və nəzarəti təmin edir. Alıcıların şikayətlərinə baxır və onlar üzrə qurar qəbul eləyir. Malların kəmiyyət və keyfiyyət üzrə qəbul olunmasını həyata keçirir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Şöbə tərəfindən satılan mallara tələbin öyrənilməsini, satışda olan malların reklam olunmasını təşkil edir. Əməyin səmərəli təşkili, sifarişlərin yerinə yetirilməsi və əhaliyə xidmət üzrə mütərəqqi iş metodlarının, qabaqcıl ticarət-texnoloji avadanlığın, alətlərin inventarların tətbiqini həyata keçirir. Ticarət qaydalarına əməl olunmasına, şöbənin sanitar vəziyyətlərinə, çəki-ölçü cihazlarının, ticarət-texnoloji avadanlığın, alət və inventarların saz vəziyyətdə olmasına nəzarət edir. Mal-material dəyərlərinin uçotunu aparır və onların qorunmasını təşkil edir. Mal-material dəyərinin inventarizasiyasında iştirak edir. Mal hesabatlarını tərtib edir. Malların çeşidləri və keyfiyyəti, ticarət qaydalarına əməl olunması, əmək intizamı, istehsalat sanitariyası və gigiyenası, əməyin qorunması və texniki təhlükəsizlik qaydaları və normaları və digər məsələlər üzrə işçilərə təlimat verir.
Malların pərakəndə satışına aid olan normativ materialları; əmtəəşünaslığın və ticarətin təşkilinin əsaslarını, ticarət qaydalarını; satılan malların çeşidlərini, istehlak xüsusiyyətlərini və satış qiymətlərini; standartların tələblərini, malların keyfiyyətinin müəyyən olunması qayda və metodlarını, malların saxlanılması üsullarını və satış müddətini; malların kəmiyyət və keyfiyyət üzrə qəbul olunması qaydalarını; malların daşınması, saxlanılması və satışı zamanı əmələ gələn itkilərin silinməsi metodlarını; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; ticarət-texnoloji avadanlığın, inventar və alətlərin növlərini, onların əsas xarakteristikasını və onlardan səmərəli istifadə olunması şərtlərini; ticarət qaydalarını; əhali tələbinin öyrənilməsi və onun nəticələrinin ümumiləşdirilməsi metodlarını; sifarişlər üzrə ticarətin təşkilinin qabaqcıl təcrübəni; ticarətdə estetikanın və psixologiyanın əsaslarını; mal hesabatının tərtib olunması; daxili iş qaydalarını; ticarətin iqtisadiyyatının əsaslarını, sifariş şöbəsi işçilərinin əməyinin ödənişinin prinsiplərini; əmək qanunvericiliyinin əsaslarını; əməyin qorunması texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali iqtisadi təhsil və ticarətdə 3 ildən az olmayaraq iş stajı və yaxud xüsusi orta təhsil və ticarətdə 5 ildən az olmayaraq iş stajı.
10-cu dərəcə: IV qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
11-ci dərəcə: III qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
12-ci dərəcə: II qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
13-cü dərəcə: I qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
Ticarət şəbəkəsinin mallarla təchizatının operativ qaydada idarə edilməsini həyata keçirir. Bağlanmış müqavilələr, ticarət müəssisələrinin sifarişləri və təsdiq edilmiş qrafiklərə əsasən malların daşınması, taranın və şüşə qabların vaxtında daşınması işlərini təşkil edir. Malların, taranın və şüşə qabların daşınmasının optimal marşurtlarını və daşınma qrafiklərini tərtib edir və onlara riayət olunmasına nəzarət edir. Mal qalıqlarının vəziyyətinə və nəqliyyat vasitələrindən istifadə olunmasına nəzarət edir. Rabitə vasitələrini və dispetçer avadanlığının fasiləsiz işini və onların vaxtında təmir olunmasını təmin edir. Qabaqcıl iş metodlarının öyrənilməsini və tətbiqini təşkil edir. Mallarla təchizatın və təmirin təşkilində olan pozuntuların səbəblərini təhlil edir və onların aradan qaldırılması üzrə tədbirlər görür dispetçer məlumatlarının alınmasını, işlənilməsini və təhlilini təmin edir və lazımi operativ-hesabat sənədlərini hazırlayır. Dispetçer jurnalının aparılmasına, ticarət-texnoloji prosesin pozulması səbəblərinin qeyd olunmasına nəzarət edir. Müəssisələrin işinin təhlilində və onların fəaliyyətinin qiymətləndirilməsində iştirak edir. Müəyyən olunmuş hesabatların tərtib olunmasını təmin edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Müəssisənin və təşkilatın fəaliyyəti, dispetçer xidməti (şöbəsi) barəsində metodik, normativ və digər rəhbər sənədləri, məlumatların toplanması və verilməsi üçün texniki vasitələri, onların xarakteristikası, əsas və köməkçi avadanlığın təyinatını və iş rejimini, onların istismar olunması qaydalarını; fəaliyyətdə olan şifr və kod sistemlərini; dispetçer avadanlığının iş planlarının (qrafiklərinin) hazırlanması, avadanlıq, ehtiyyat hissələri üçün və təmirin aparılmasına sifarişlərin verilməsi qaydalarını; texniki vasitələrin təmir olunmasının təşkilini; dispetçer xidmətində istifadə olunan mütərəqqi texniki vasitələr üzrə yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkili və idarəetmənin əsaslarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə norma və qaydalarını. Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali iqtisadi təhsil və ticarətdə rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
11-ci dərəcə: IV qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
12-ci dərəcə: III qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
13-cü dərəcə: II qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
14-cü dərəcə: I qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
Tələbin dinamikasını, əhalinin tələbatının formalaşmasının qanunauyğunluqlarını və meyllərini təhlil edir və bazarın konyukturası üzrə kompleks məsələləri edir. Bazarın konyunkturasının öyrənilməsi üzrə işləri təşkil edir və əlaqələndirir. İriləşdirilmiş mal qrupları və qrupdaxili çeşidlər üzrə əhali tələbinin uzunmüddətli və qısamüddətli proqnozlarını hazırlayır. Tələbatın və tələbin formalaşması və ödənilməsi, istehlakın səmərəliliyinin artırılması üzrə işləri təşkil edir. Malların çeşidinin və keyfiyyətinin əhalinin tələbinə uyqun olması dərəcəsini müəyyən edir. Konyuktura xülasələrinin, lazımi malların istehsal olunması, əhalinin tələbinə uyğun olmayan malların istehsalının dayandırılması və istehlakdan çıxarılması barədə tövsiyyələrin hazırlanmasını təmin edir. Tələbin və istehlakın strukturunda dəyişikliklər barədə proqnozlar hazırlayır. Əhali tələbinin öyrənilməsi üzrə qabaqcıl təcrübənin öyrənilməsinin və yayılmasını təşkil edir. Şöbənin işinə, marketinq nəzəriyyəsini öyrənən xidmətlərin fəaliyyətinə metodiki rəhbərlik edir. Malların topdansatışı üzrə yarmarkaların işində, xarici firmalarla kommersiya fəaliyyətində iştirak edir, Satış-sərgilərin, yarmarka-bazarların, alıcı konfranslarının və tələb və təklifin öyrənilməsinin digər tədbirlərində iştirak edir. Müəyyən olunmuş hesabatların işçilərinə rəhbərlik edir.
Ticarət sahəsinin inkişaf istiqamətlərini müəyyən edən normativ və digər rəhbər materialları; ticarətin iqtisadiyyatını və təşkilini; mal bazarının konyukturası və onun formalaşmasına təsir edən amilləri; ticarət konyukturası haqqında məlumat mənbələrini, əhali tələbatın formalaşması qanunauyğunluqlarını və meyllərini; ayrı-ayrı mal qruplarına tələbin proqnozlaşdırılması metodlarını; tələbatın ödənilməsini müəyyən edən göstəricilərin kəmiyyət ölçülərinin müəyyən olunması prinsiplərini və metodlarını; marketinq nəzəriyyəsini; modanın vəziyyətini və onun dəyişilməsi meyllərini; fəaliyyətdə olan standartları; malların çeşidlərini, onların keyfiyyətinin müəyyən olunması metodlarını; mal dövriyyəsinin və qalıqlarının mal strukturunun təhlili metodlarını; malların istehsalının texnologiyasını, iqtisadiyyatını və təşkilini; marketinq sahəsində: qabaqcıl təcrübəni; əmtəəşünaslığın əsaslarını; mal göndərənləri, onlarda olan malların çeşidlərini; ticarətdə etika, estetika və psixologiyanın əsaslarını; uçot və hesabatın təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yaşından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali iqtisadi təhsil və ticarətdə rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
11 -ci dərəcə: IV qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
12-ci dərəcə: III qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
13-cü dərəcə: II qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
14-cü dərəcə: I qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə.
Mütərəqqi ticarət formalarının və malların satış metodlarının tətbiqinin alıcılara əlavə xidmətlərin genişləndirilməsi, ticarət-texnoloji proseslərin təkmilləşdirilməsi üzrə işləri təşkil edir. Cari və perspektiv inkişaf planlarının, ticarət şəbəkəsinin ixtisaslaşdırılmasını və yerləşdirməsinin ticarət müəssələrinin texniki təchizatı planlarının hazırlanması işlərinə rəhbərlik edir. Müəssisələrin layihələşdirilməsi və avadanlıqlarla təchizatı üzrə işləri təmin edir. Ticarət şəbəkələrindən səmərəli istifadə olunmasına nəzarət olunmasını təmin edir. Yeni ticarət müəssisələrinin layihələşdirilməsi; və fəaliyyətdə olanların yenidən qurulması üzrə layihələrin müzakirəsində iştirak edir. Ticarət şəbəkəsinin ticarət texnoloji avadanlıqla, maşın və mexanizmlərlə təchizatında iştirak edir, onların vəziyyətinə və səmərəli istifadə olunmasına nəzarət edir. Çəki-ölçü cihazlarının vəziyyətini yoxlayır. Ticarət, satış qaydalarına, müəssisələrin iş rejiminə, texniki təhlükəsizlik, əməyin qorunması, istehsalat sanitariyası və gigiyenası qaydalarına riayət olunmasına nəzarət edir. Alıcıların şikayətlərinə baxılmasını təşkil edir və onlar üzrə qərarlar qəbul edir. Ticarət reklamı üzrə işləri təşkil edir. Satış sərgilərində, yeni mal nümunələrinin və modellərinin nümayiş etdirilməsində, alıcı konfranslarında və malların satışının genişləndirilməsinə yönəldilən digər tədbirlərdə iştirak edir. Malların keyfiyyətinin düzgün müəyyən olunmasına nəzarət edir, zəruri hallarda laboratoriya təhlilinin keçirilməsini təşkil edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Müəyyən olunmuş hesabatların tərtib olunmasını təmin edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Ticarət şəbəkəsinin yerləşdirilməsi, ixtisaslaşdırılması və ticarət müəssisələrinin texniki təchizatı üzrə normativ sənədləri; ticarət müəssisələrinin layihələşdirilməsinin və yenidən qurulmasının əsaslarını; ticarətin iqtisadiyyatını və təşkilini; ticarət şəbəkəsinin yerləşdirilməsi və ixtisaslaşdırılması prinsiplərini; ticarətin idarə olunmasının təşkilati sturukturunu; ticarət təşkilatları və müəssisələrinin tiplərini; ticarət müəssisəsinin strukturunu və onların idarə olunması prinsiplərini; bölmələrin vəzifə funksiyalarını, işçilərin hüquq və vəzifələrini; ticarət-texnoloji proseslərin əsas istiqamətlərini və onların təkmilləşdirilməsi yollarını; malların keyfiyyətinin müəyyən edilməsi metodlarını, onların saxlanılması və satış müddətlərini; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; ticarət-texnoloji avadanlığın, inventar və alətlərin növlərini, əsas xarakteristikasını və onlardan səmərəli istifadə olunması şərtlərini; çəki və ölçü cihazlarının vəziyyətinə nəzarət olunması üzrə 6jjəsasnaməni; reklamın əsas prinsiplərini və reklam vasitələrini; ticarətdə etika, estetika və psixologiyanın əsaslarını; ticarətin təşkili və texnikası sahəsində qabaqcıl yerli və xarici təcrücəni; iqtisadiyyatın, əməyin təşkili və idarəetmənin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə norma və qaydalarını; uçot və hesabatın təşkilini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali təhsil və ticarətdə rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
11-ci dərəcə: IV qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
12-ci dərəcə: III qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə Yetirdikdə;
13-cü dərəcə: II qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
14-cü dərəcə: I qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə.
Müəssisənin (təşkilatın) kommersiya fəaliyyətinə rəhbərlik edir. Müəyyən olunmuş çeşidə və əhalinin tələbinə əsasən mallarla təchizatı təmin edir. Tələbin və bazarın konyukturasının öyrənilməsini, malların alınması üçün müqavilələrin bağlanılmasını, sifarişlərin verilməsini təşkil edir. Malların müəyyən olunmuş müddətdə, kəmiyyət və keyfiyyətlə daxil olmasına nəzarət edir. Müqavilə öhdəliklərinə əməl olunmadıqda malgöndərənlərə qarşı iddialar qaldırır. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Mal qrupları və ayrı-ayrı mal növləri üzrə satışın vəziyyətinə nəzarət edir. Malların dövriyyəsinin sürətləndirilməsi üzrə tədbirlər hazırlayır. Malların satışı qaydalarına əməl olunması, qiymətlərin düzgün tətbiq olunmasına nəzarət edir. Alıcıların şikayətlərinə baxır və onlar üzrə qərarlarqəbul edir. Əməyin təşkilinin və malların satış metodlarının mütərəqqi formalarının tətbiqini, alıcılara əlavə xidmətlərin göstərilməsini təmin edir. Ticarət reklamını, satış-sərgiləri təşkil edir, malların topdansatışı üzrə yarmarkalarda iştirak edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Əmtəəşünaslıq və ticarətin təşkilli üzrə normativ və digər materialları, malgöndərənləri və onların buraxdığı malların çeşidlərini; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; malgöndərənlərdə müqavilələrin bağlanılması və sifarişlərin verilməsi qaydalarını; malların göndərilməsi şərtlərini alıcılıq tələbinin öyrənilməsi və onun proqnozlaşdırılması metodlarını; modanın vəziyyətini və onun dəyişməsi amillərini; fəaliyyətdə olan standartları; malların çeşidlərini, onların keyfiyyətinin myəyyən olunması metodlarını; ticarət qaydalarını; uçot və hesabatın təşkilinin əsas prinsiplərini və reklam vasitələrinin; ticarətin təşkili üzrə qabaqcıl yerli və xarici təcrübəni; ticarətin iqtisadiyyatının əsaslarını; ticarətdə etika, estetika və psixologiyanın əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali təhsil və ticarətdə rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
11-ci dərəcə: IV qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
12-ci dərəcə: III qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
13-cü dərəcə: II qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
14-cü dərəcə: I qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə;
Malların satışının nəticələrinin, tələbin vəziyyətini və dinamikasını təhlil edir. Digər kommersiya şöbələri ilə bircə qrup daxili çeşid üzrə uzunmüddətli və qısamüddətli proqnozlar hazırlayır. Mal qalıqlarının vəziyyətini nəzarət edir, tələb və təklifin həcmlər və struktur üzrə tarazlaşdırılmasına yönəldilən tədbirlər hazırlayır. Bazalarda və pərakəndə ticarət müəssisələrində mal çeşidlərinə və onların keyfiyyətinə nəzarət edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Malların keyfiyyət üzrə qəbul olunmasına, malların saxlanması və daşınması qaydalarına riayət olunması işlərinə metodiki rəhbərlik edir və daim nəzarət edir. Standartlara və bağlanmış müqavilələrə uyğun olan malların göndərilməsinə görə malgöndərənlərə qarşı iddiaların qaldırılması işlərinə rəhbərlik edir. Zəruri hallarda malların qiymətlərinin aşabı salınmasını həyata keçirir. Sənaye və ticarət müəssisəsinin iştirakı ilə alıcı konfranslarını, baxış-sərgilərin işini təşkil edir. Malların keyfiyyətinin yoxlanması və onların satışı barədə hesabatların hazırlanmasına təmin edir. Şöbənin işçilərinə rəhbərlik edir.
Ticarət sahəsinin inkişaf istiqamətinin müəyyən edən normativ və digər rəhbər materialları, malların çeşidinə və keyfiyyətinə nəzarət olunması üzrə normativ sənədləri, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; əmtəəşünaslıq əsaslarını, mal bazarının konyukturasını və onun formalaşmasına təsir edən amilləri, ticarət konyukturası haqqında məlumat mənbələrini, əhali tələbinin formalaşması qanunauyğunluqlarını və meyllərini, ayrı-ayrı mal qruplarına tələbin proqnozlaşdırılması metodlarını, marketinq nəzəriyyəsini, modanın vəziyyəti və onun dəyişilməsi meyllərini, fəaliyyətdə olan standartları, malların çeşidləri, onların keyfiyyətini müəyyən olunması metodlarını, iddiaların qaldırılması və sanksiyaların verilməsi qaydalarına ticarətin iqtisadiyyatını və təşkilini, sifarişlərin verilməsi qaydalarını malların və mal qruplarının satış qaydalarını, ticarət etdikdə psixologiyanın əsaslarını, uçot və hesabatın təşkilini, əmək qanunvericiliyinin əsaslarını, əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali təhsil və ticarətdə rəhbər vəzifələrdə 5 ildən az olmayan iş stajı.
11-ci dərəcə: IV qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə.
12-ci dərəcə: III qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə.
13-cü dərəcə: II qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə.
14-cü dərəcə: I qrup müəssisənin şöbə müdirinin vəzifə borclarını yerinə yetirdikdə.
Qida mallarının, yarımfabrikatların, xörəklərin və kulinar məlumatların profilaktik sanitar bakterioloji nəzarətin həyata keçirir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Qrup xəstəli törədən (patogen) mikroorqanizmlərlə işləri həyata keçirir: səpilmək və inkubasiya üçün qida mallarının nümunələrini, yetişmiş koloniyalardan preparatları mikroskop altında işləmək üçün hazırlayır; bağırsaq basili qrupundan olan bakteriyaları miqdarını və titrini, stafilokok, proteya və salmonell növündən olan mikroorqanizmlərin miqdarını (göstəricilər üzrə) müəyyən edir. Avadanlıqdan, törədən, inventardan, əldən, sanitar geyimindən bakteriya olan mayenin götürülməsini təşkil edir və həmin mayedə bağırsaq basilini (stafilokok və proteya növündən olan bakteriyaların) olmasına müəyyən etmək üçün sanitar bakterİoloji nəzarəti həyata keçirir. Göstəricilər üzrə ümumi bakterial vəziyyəti öyrənir; istehsalatın sanitar rejiminin mikrobioloji nəzarətini həyata keçirir, istehsalat avadanlığının, inventarın təmizlikdə saxlanılmasına, istehsalat işçilərinin əllərinin və sanitar geyimlərinin yuyulmasına nəzarət edir. Müəssisə tərəfindən onun üçün müəyyən olunmuş sanitar-epidemioloji rejiminin tələblərinə əməl olunması işlərinin təşkil edir. İstehsalatın sanitar rejiminin və ya mikrobioloji göstəricilər üzrə standartlara əməl olunmadığı hallar barədə müəssisə rəhbərinə məlumat verir. Qidalı bakteriya mühitini, reaktivləri, mikroskopiya üçün boyaları hazırlayır; qidalı mühitləri, laboratoriya qablarını, inventarını sterilizə edir və bu zaman avtoklavla iş zamanı texniki təhlükəsizlik və istismar qaydalarına əməl edir. Laboratoriyanın avadanlıq, cihazlar, bakterioloji tədqiqatların aparılması üçün lazım olan lidalı mühitlərlə, reaktivlər və kimyəvi qablarla təchiz olunması işlərində iştirak edir. Cari iş planını hazırlayır, müəssisənin sanitar-bakterioloji vəziyyətinin yoxlanılması məqsədilə nümunələrin götürülməsi qrafiklərini tərtib eləyir. Aparılmış tədqiqatların uçotunu aparır və təhlillərin nəticələri üzrə Mərkəzi laboratoriyaya hesabat təqdim edir. Kimyəvi-radiasiya postlarına qida ehtiyatlarının tədqiq olunması və nümunələrin götürülməsi zamanı metodiki köməklik göstərir. İstehsalat sexlərinin, anbarın və yardımçı sahələrin, ticarət zallarının dezinfeksiya olunması keyfiyyətinə nəzarət edir.
Laboratoriya nəzarətinin aparılması üzrə normativ-texniki sənədləri və digər materialları; qrup xəstəlik törədən (natogen) mikroorqanizmlərin, xüsusilə təhlükəli infeksiyaların törədicilərinin quruluşunu və morfologiyasını; qrup infeksiya xəstəliklərinin törədiciləri ilə yoluxmuş və ya yoluxma barədə ehtimal olunan materialla iş rejimini; mikrobioloji tədqiqatların metodlarını və vasitələrini; mikroskopiyanın texnikasını; xammalın, hazır məhsulun mikrobioloji tədqiqatı üzrə standartları, metodiki göstərişləri xüsusilə təhlükəli yoluxucuların tapılması və onların tədqiq olunması metodikasını; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; laboratoriya avadanlıqdan, cihazlarından istifadə olunması və onlara xidmət edilməsi qaydalarını; texniki təhlükəsizdik, istehsalat sanitariyası və gigiyenası qaydaları.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
7-ci dərəcə: iş stajı heç bir tələb qoyulmadan ali tibb, baytarlıq-sanitariya, bioloji təhsil
8-ci dərəcə: ali tibbi, baytarlıq-sanitariya, bioloji təhsil və bakterioloq vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcə: ali tibbi, baytarlıq-sanitariya, bioloji təhsil və 9-cu dərəcə bakterioloq vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
Yerli və, xarici malların, tara və qablaşdırıcı materialların, ticarət avadanlığının və inventarının keyfiyyət ekspertizasını həyata keçirir, onların sertifikatlara, standartlara (kontraktlara) və digər normativ texniki sənədlərə, müqavilələrə uyğunluğu yoxlayır, onların xarab olması və keyfiyyətinin aşağı düşməsi barədə rəy verir. Xarici malların kəmiyyətcə qəbulu üzrə ekspertiza aparır. Ekspertizanın nəticələrini müəyyən olunmuş akt formalarında rəsmiləşdirir və ekspertizanın düzgün aparılması və aktın düzgün tərtib olunmasına görə məsuliyyət daşıyır. Ekspertizaların aparılması üzrə metodik göstərişlərin və təlimatların tərtib olunmasına iştirak edir. Normativ texniki sənədlərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır. Mal ekspertizası bürosunun fəaliyyətinə aid olan materialların və hesabatın hazırlanmasında iştirak edir.
Mal ekspertizası bürosunun işini nizamlayan Metodik normativ və digər materialları, ekspertizanın aparılması və ekspert sənədlərinin tərtib olunması qaydalarını; standartların və digər normativ-texniki sənədlərin tələblərini, malların göndərilməsi qaydaları; malların kəmiyyətcə qəbul üzrə arbitrajın normativ hüquqi sənədləri.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
6-cı dərəcə: iş stajına heç bir tələb qoyulmadan əmtəəşünaslıq və ya ticarətin təşkili ixtisasları üzrə orta xüsusi təhsilli mütəxəssisləri ilə əvəz olunan vəzifələrdə 3 ildən az olmayaraq iş stajı.
7-ci dərəcə: iş stajın tələb qoyulmamaqla əmtəəşünaslıq və ya ticarətin təşkili ixtisasları üzrə ali ixtisas təhsili.
8-ci dərəcə: ali ixtisas təhsili və ekspert vəzifəsindən üç ildən az olmayaraq iş stajı.
9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcə ekspert vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcə (aparıcı ekspert): ali ixtisas təhsilin və 9-cu dərəcəli ekspert vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı.
İctimai iaşə müəssisələrinə daxil olan qida mallarının keyfiyyətinə, təhlükəsizliyinə, onların daşınması şəraitinə, saxlanması və satışı müddətlərinə daimi olaraq nəzarət edir; Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. malgöndərənlə iddia işlərində, məhsulun keyfiyyətinin edilməsi sisteminin təkmilləşdirilməsində və tətbiqində, ənənəvi olmayan məhsul (xammal) növlərinin, qida əlavələrinin, qida rəngləyicilərinin və s. istifadə olunması təkliflərin hazırlanmasında iştirak edir. Qida zəhərlənmələrinin və yolxucu bağırsaq xəstəliklərinin yaranmasının səbəbləri araşdırılmasında və onların aradan qaldırılmasında iştirak edir. Sanitar-gigiyena məsələləri və epidemiya xəstəlikləri ilə mübarizə üzrə kompleks planları işləyib hazırlayır və onların yerinə yetirilməsi işlərini təşkil edir. İşçilər tərəfindən xammalın emalı, yeməklərin kulinar və qənnadı məmulatlarını hazırlanması və onların müştərilərə buraxılışı zamanı sanitar qaydalarına, qab-qacağın, inventarın və avadanlığın tənzimlənməsi üzrə sanitar tələblərinə riayət olunmasına nəzarət edir. Heyətin dövri tibbi müayinədən keçirilməsini, gigiyenik təlimlərə cəlb olunmasını təşkil edir. Daimi olaraq sanitariya maarifi işini, işçilərin sanitar minimumunun öyrənilməsini həyata keçirir, müəssisə rəhbərlərinin, istehsalat müdirlərinin, sex rəislərinin sanitar gigiyena məsələləri üzrə attestasiya olunmasında iştirak edir. Tikilməkdə olan və yenidən qurulan iaşə müəssisələrinin sanitar normalarına uyğun olması üzrə qabaqcadan nəzarət edir.
Qidanın gigiyenası, sanitar-gigiyena məsələləri və epidemiyaya qarşı mübarizə məsələsi üzrə müşavirələrin, seminarların hazırlanmasında və keçirilməsində iştirak edir; vətəndaşların şikayət və ərizələrinə baxır, ictimai iaşə müəssisələrinin sanitar vəziyyəti üzrə mətbuatda yazılarla çıxış edir.
Sanitar-gigiyena və epidemiya xəstəlikləri məsələləri üzrə normativ və digər sənədləri; ictimai iaşə müəssisələri üçün sanitar qaydalarını, o cümlədən qida mallarının və iaşə məhsullarının saxlanılması şərtlərini və müddətlərini; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; qida zəhərlənmələrinin və yolxucu bağırsaq xəstəliklərinin tədqiq olunması qaydasını; ictimai iaşə məhsullarının istehsal texnologiyasının əsaslarını; qida məhsullarının istehsal texnologiyasının əsaslarını; qida məhsullarının keyfiyyətə görə qəbul olunması qaydasını; məhsulların keyfiyyətinə görə qəbul olunmasını, malgöndərənlərlə iddia işinin aparılmasını; qida mallarının keyfiyyətinə nəzarət olunması metodlarını və vasitələrini; əmək qanunvericiliyinin əsaslarını əməyin qorunması, texniki təhlükəsizlik, yanğından mühafizə norma qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
7-ci dərəcə: iş stajına heç bir tələb qoyulmadan tibbi sanitariya (sanitar həkimi) və yaxud baytarlıq sanitariya işi (baytar sanitar həkimi) ixtisası üzrə ali tibbi təhsil və sanitar işi üzrə orta tibbi təhsil mütəxxəsisləri ilə əvəz olunan vəzifələrdə 3 ildən az olmayaraq iş stajı;
8-ci dərəcə: ali tibbi təhsil və sanitar eksperti vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
9-cu dərəcə: ali tibbi təhsil və 8-ci dərəcəli sanitar eksperti vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
10-cu dərəcə (aparıcı sanitar eksperti): ali tibbi təhsil və 9-cu dərəcəli sanitar eksperti vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı.
Əhalinin mallara olan tələbini öyrənir, sənayedə onların istehsalı üçün sifarişləri tətbiq edir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Malgöndərənlərlə bağlanan müqavilənin layihəsini hazırlayır, müqavilə üzrə daxil olan malların keyfiyyət standartlarına və sertifikatlarına uyğunluğunu yoxlayır, lazımi hallarda laboratoriya analizlərinin aparılmasını təşkil edir. Malların sərgilərini təşkil edir, yarmarkalarda malların alınmasında bilavasitə iştirak edir. Malgöndərən tərəfindən müqavilə öhdəlikləri pozulduqda müəyyən olunmuş qaydada iddialar üzrə materialları hazırlayır. Anbarlarda olan mal çeşidlərinin satışda olmasına və hər bir mal qrupu üzrə lazımi çeşiddə mal ehtiyyatlarının olmasına nəzarət edir. Malların saxlanması qaydalarına, taranın və qablaşdırma materiallarının vəziyyətinə nəzarət edir. Malların satış nəticələrinin operativ uçotunu həyata keçirir, tələbin vəziyyətini və dinamikasını təhlil edir. Ticarət mədəniyyətinin yüksəldilməsi, malların satışının mütərəqqi metodlarını tətbiqi və ticarət reklamının yaxşılaşdırılması üzrə təkliflər hazırlayır. İnventarizasiyanın keçirilməsində iştirak edir. Konyuktura xülasəsini hazırlayır.
Operativ uçotu həyata keçirir və müəyyən olunmuş hesabatları hazırlayır.
Əmtəəşünaslıq və ticarətin təşkili, marketinq üzrə əsas materialları, ticarətin (kommersiyanın) təşkil olunması qaydalarını; əhali tələbinin öyrənilməsi metodlarını; mal bazarı konyukturasını, əhali tələbatının formalaşmasının qanunauyğunluqlarını və meyllərini; malların standartlarını, onların xüsusiyyətlərini və keyfiyyət xarakteristikasını; ticarətin təşkili üzrə qabaqcıl yerli xarici təcrübəni; anbar təsərrüfatının təşkilini; malların göndərilməsi, qəbul olunması, saxlanılması və daşınması qaydalarını; malların istehsalının və satışının əsas texnoloji proseslərini; malgöndərənləri, onların istehsal etdiyi malların çeşidlərini və nomenklaturasını; malların keyfiyyətinin müəyyən olunması metodlarını; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərini; mal-material qiymətlərinin uçotu metodlarını; ticarətdə etika, estetika və psixologiyanın əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə norma və qaydalarını; uçot və hesabatın təşkilini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
6-cı dərəcə: orta ixtisas (iqtisadi) təhsili və texniki vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
7-8-ci dərəcə: ali iqtisadi təhsil və əmtəəşünas vəzifəsində və ya ali təhsilli mütəxəssisi əvəz edən digər vəzifəsində və ya ali təhsilli mütəxxəsisi əvəz edən digər vəzifələrdə 3 ildən az olmayaraq iş stajı;
9-cu dərəcə: ali iqtisadi təhsil və 8-ci dərəcəli əmtəəşünas vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcə (aparıcı əmtəəşünas): ali iqtisadi təhsil və 9-cu dərəcəli əmtəəşünas vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı.
İctimai iaşə müəssələrinin müştərilərinə yüksək xidmət olunmasını təmin edir. Xidmət prosesini təşkil edir və ofisiantların, bufet işçilərinin, kassirlərin və zalın diggər işçilərinin fəaliyyətinə rəhbərlik edir. Göstərilən işçilərin işə çıxma qrafiklərini tərtib edir, ofisiantların briqadalar və iş yerləri üzrə bölüşdürülür. Zalın müştərilərini qarşılayır və onları yerləşdirir. Şadlıqların keçirilməsi zamanı xidmət edilməsi üzrə sifarişləri qəbul edir. Müştərilərə vaxtında və ixtisaslı xidmət edilməsinə və onlara düzgün hesablaşmaların aparılmasına nəzarəti təşkil edir. Müştərilərin şikayətlərinə baxır və onlar üzrə qərarlar qəbul edir. Zalın, reklamın, musiqi proqramının, xüsusi menyuların tərtib olunmasında iştirak edir. Kassa aparatlarının sayğaclarının göstəricilərinin qeydiyyatdan keçirir, kassa jurnalının düzgün doldurulmasına nəzarət edir. Əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatlar verir.
Müştərilərə xidmət olunması, süfrənin bəzədilməsi qaydalarını, xidmət etigetini, xörəklərin və içkilərinin düzgün tərtibatı və onların verilməsi üsullarını; xörəklərin hazırlanması texnologiyasının əsaslarını və onların keyfiyyətinə verilən tələbləri; zalın işçilərinin əhalinin təşkilinin və ödənişinin əsaslarını; nəzarət-kassa aparatlarında iş qaydalarını və kassa jurnalının doldurulması; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
6-cı dərəcə: iş stajına heç bir tələb olunmadan orta ixtisas təhsili;
7-8-ci dərəcə: orta ixtisas təhsili və zalın inzibatçı vəzifəsində 5 ildən az olmayaraq iş stajı;
9-cu dərəcə: böyük zalın inzibatçısı vəzifəsini yerinə yetirdikdə və 8-ci dərəcəli zalın inzibatçısı vəzifəsində 8 ildən az olmayaraq iş stajı.
Ticarət zalının, vitrinlərinin düzgün tərtib olunmasına, malların düzülüşünə və onların üzərində qiymətlərin olmasına nəzarəti təşkil edir. Zalda ticarətin düzgün aparılmasının təşkili üzrə tədbirləri həyata keçirir. Ticarət qaydalarına əməl edilməsinə, ticarət avadanlıqlarından səmərəli istifadə olunmasına nəzarət edir. Alıcıların xidmətlə bağlı olan şikayətlərinə baxır və onlar üzrə qərarlar qəbul edir. Zalın işçiləri tərəfindən müəssisənin rəhbərlərinin göstərişlərinin yerinə yetirilməsinə nəzarət edir.
Malların pərakəndə satışı ilə əlaqədar olan normativ sənədləri; satılan malların çeşidlərini; ticarət qaydalarını və metodlarını; ticarət zalının vasitələrin düzgün tərtib olunması, malların düzülüşü qaydalarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
6-cı dərəcə: orta ixtisas təhsili və ticarətdə 5 ildən az olmayaraq iş stajı;
7-ci dərəcə: orta ixtisas təhsili və metrdotel vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
8-ci dərəcə: böyük ticarət zalının inzibatçısı vəzifəsini yerinə yetirdikdə.
Ticarət müəssisələrinin, bölmələrin(şöbələrin) və digər struktur vahidlərinin fəaliyyətinə, ticarət qaydalarına əməl olunmasına alıcılara əlavə xidmət göstərilməsinə, mallara və xidmətlərə qiymətlərin düzgün tətbiq olunmasına gündəlik nəzarət edir. Yeni mütərəqqi ticarət formalarının və mal satışı metodlarının tətbiqi zamanı müəssisələrə köməklik göstərir. Ticarət qaydalarının pozulması üzrə alıcıların şikayətlərinə baxır, onların aradan qaldırılması üzrə təkliflər verir. Müəssisələr tərəfindən iş rejiminə, satış qaydalarına əməl olunmasına, ticarət-texnoloji avadanlıqdan, çəki və ölçü cihazlarından düzgün istifadə olunmasına, ticarət sahəsindən istifadə edilməsinə nəzarət edir. Reklam tədbirləri planını işləyib hazırlayır və onların vaxtında yerinə yetirilməsinə nəzarət edir, Alıcı konfranslarının, satış-sərkilərin, yarmarkaların, bazarların təşkilində iştirak edir. Vitrinlərin tərtibatı üzrə konkurslar keçirir. İşçilər tərəfindən istehsalat sanitariyası və gigiyenasına, əməyin qorunması və texniki təhlükəsizlik, yanğından mühafizə qayda və normalarına riayət olunmasına nəzarət edir. Forma geyimlərinin yeni nümunələrinin hazırlanmasında iştirak edir.
Ticarətin təşkili və texnikası üzrə normativ və digər materialları; mütərəqqi və ticarət formalarını və mal satışı metodlarını və onlara verilən tələbləri; malların satışı qaydalarını; ticarət işçilərinin hüquq və vəzifələri; ticarət-texnoloji avadanlığın növlərini, çəki ölçü cihazlarını, onların istismarı qaydalarını və yoxlanılması üsullarını; çəki və ölçü cihazlarının vəziyyətinə nəzarət olunması üzrə əsasnaməni; əhaliyə ticarət xidməti təşkilinin qabaqcıl təcrübəsini; ticarətdə etika, estetika və psixologiyanın əsaslarını; reklam işinin əsaslarını, əməyin təşkilinin və idarəetmənin əsaslarını; malların keyfiyyətinin müəyyən olunması metodlarını, malların saxlanılması üsullarını və satış müddətini; ticarətin iqtisadiyyatının əsaslarını; daxili iş qaydalarını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
7-ci dərəcə: iş stajına heç bir tələb qoyulmadan ali iqtisadi təhsil və yaxud orta ixtisas təhsili mütəxəssisləri ilə əvəz olunan vəzifələrdə 3 ildən az olmayaraq iş stajı;
8-ci dərəcə: ali iqtisadi təhsil və ticarət müfəttişi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
9-cu dərəcə: ali iqtisadi təhsil və 8-ci dərəcəli ticarət müfəttişi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
10-cu dərəcə: ali iqtisadi təhsil və 9-cu dərəcəli ticarət müfəttişi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
11-12-ci dərəcə (aparıcı müfəttiş): ali iqtisadi təhsil və 10-cu dərəcəli müfəttiş vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı.
Qida mallarında və qida xammalında seçmə yolu ilə pestisidlərin qalığına və həmçinin bitkiçilik məhsullarında nitratın olmasına dair yoxlamalar aparır. Nümunələrin seçilməsini təşkil edir və vahid metodika üzrə tədqiqatlar aparır. Qida mallarının kimyəvi-texnoloji tədqiqatları üçün preparatlar hazırlayır və onlarda üzvi xlor, fosformaddəli və mistərkibli pestisidlərin qalıqlarının olmasını yoxlayır. Reaktivləri, üzvi xlor, fosformaddəli pestisidlərin standart məhlullarını, turşu və qələvi məhlullarını və həmçinin xromatoqrafiya üçün lövhəcikləri hazırlayır. Aparılmış tədqiqatlar üzrə lazımi hesablamalar aparır. Bitkiçilik məhsullarında nitratların qalıqlarının olmasını yoxlamaq üçün ionometrik tədqiqatları aparır. İonölçən cihazı müqayisə məhlulları ilə kalibrləyir, cihazın ölçülərini yazıb götürür, bitkiçilik məhsullarında nitratların qalıqları üzrə hesablamalar aparır. Nitrat qarışıqlarının yol verilən həddi və qida məhsullarında pestisidlərin yol verilən maksimum qalıq miqdarı keçilən zaman tədqiqatların nəticələrini və nəzarət nümunəsini sanitar-epidemioloji laboratoriyasına tədqiqatların nəticələrinin təsdiq olunması və oradan təkliflərin alınması üçün göndərir. Təhlükəli məhsul barədə malgöndərənə məlumat göndərir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Laboratoriyanın avadanlıq, cihazlar, kimyəvi-toksikoloji tədqiqatların aparılması üçün lazım olan reaktivlər və kimyəvi qablarla təchiz olunması işlərində iştirak edir. Cari iş planını hazırlayır, aparılmış tədqiqatların uçotunu aparır və hər ay müəyyən olunmuş formalar üzrə təhlillərin nəticələri ilə birlikdə Mərkəzi laboratoriyaya hesabat təqdim edir. Kimyəvi-radiasiya postlarına qida ehtiyatlarının tədqiq olunması və nümunələrin götürülməsi zamanı metodiki köməklik göstərir.
Qida mallarının laboratoriya analizinin aparılması üzrə normativ-texniki sənədləri və digər materialları; məhsulun keyfiyyətinə nəzarət olunması qaydalarını; qida mallarının kimyəvi-toksikoloji tədqiqatı üzrə fəaliyyətdə olan standartları; üzvi xlor, fosfor maddəli və mistərkibli pestisidlərin tərkibini və quruluşunu, güclü təsirə malik olan və zəhərləyici maddələrin fiziki-kimyəvi və toksik xüsusiyyətlərini, neytrallaşdırıcı və deqazasiya maddələrinin təsir mexanizmi; tərkibində artıq miqdarda pestisid və nitratlar olan məhsullardan istifadə edilməsi qaydalarını; nəzarət vasitələrini, nəzarət-ölçü cihazlarının quruluşunu, texniki istismar və onlara qulluq edilməsi qaydalarını; tədqiqatların aparılması laboratoriya qablarının və zəhərlənmiş nümunə qalıqlarının deqazasiya (neytrallaşdırılması) metodlarını, reaktiv və məhlullarının və xammalının nümunələrinin seçilməsi qaydalarını və üsullarını; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələbləri; iş yerinin səmərəli təşkil olunmasını; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
6-cı dərəcə: əmtəəşünaslıq ixtisası üzrə orta xüsusi təhsil və texniki vəzifəsində 3 ildən az olmayaraq iş stajı, və ya orta xüsusi təhsil mütəxəssisləri ilə əvəz olunan digər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı;
7-ci dərəcə: iş stajına tələb qoyulmamaqla əmtəəşünaslıq və ya ictimai iaşənin texnologiyası ixtisasları üzrə ali ixtisas təhsili;
8-ci dərəcə: ali ixtisas təhsili və kimyəvi-toksikoloji nəzarət mühəndisi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli mühəndis vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcə (aparıcı mühəndis): ali ixtisas təhsili və 9-cu dərəcəli mühəndis vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı.
Qida mallarının seçmə yolu ilə radioaktiv maddələrlə çirklənməsi üzrə nəzarəti həyata keçirir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə riayət edir. Radiometrik tədqiqatlar üçün seçilmiş nümunələrdən nəzarət preparatlarını hazırlayır; hazırlanmış preparatların radiometrik qurğularda radioaktivliyini ölçür, aktivliyin xüsusi çəkisi və həcmləri və ölçmələrin statistik xətaları üzrə hesablamalar aparır. Anbar və istehsalat sahələrinin, ərazinin və qidanın dozimetrik vəziyyətinə nəzarət üzrə və qida məhsullarının radiometrik tədqiqatlar üçün nümunələrin seçilməsi üzrə kimyəvi-radiasiya nəzarəti postlarına metodiki köməklik göstərir. Laboratoriyanın daxilində və onun xaricində qamma-fonu ölçür və ölçülərin uçotunu aparır. Müvafiq dozimetrik və radiometrik cihazlar vasitəsilə ionlaşan şüalanmanın dozasını müəyyən edir, həmin dozanın gücünü hesablayır. Nəzarət şüalanma mənbələri vasitəsilə dozimetrik aparatların iş qabiliyyətini və həssaslığını yoxlayır. Laboratoriyanın avadanlıqla, radiometrik və dozimetrik cihazlarla, reaktivlərlə, radiometrik tədqiqatların aparılması üçün lazım olan nəzarət-ölçü vasitələri ilə təchiz olunmasına praktiki yardım göstərir. Radioaktiv şüalanma mənbələrinin uçotunu və saxlanmasını təşkil edir. Qida mallarının radioaktiv maddələrlə çirklənməsinə radiometrik nəzarət üzrə qabaqcıl yerli və xarici təcrübəni öyrənir. Cari iş planını tərtib edir, keçirilən təcrübələrin uçotunu aparır və təhlilin nəticələri barəsində hər ay Mərkəzi laboratoriyaya məlumat verir.
Dozimetrik nəzarət üzrə metodik, normativ və digər sənədləri; məhsulun keyfiyyətinə nəzarət olunması qaydalarını; qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərini bu tədqiqat növü üzrə fəaliyyətdə olan standartları; qida mallarının radiometrik tədqiqatlarının aparılması qaydalarını; nüvə fizikasının əsaslarını, radioaktivlik qanunlarını; nüvə şüalanmalarının maddələrlə qarşılıqlı əlaqəsini və onların qeydiyyata alınması metodlarını; dozimetrik və radiometrik cihazların quruluşunu və onlardan istifadə olunması qaydalarını; qida mallarının nümunə üçün götürülməsi və onların radiometrik ölçmə üçün hazırlanması qaydalarının və üsullarının; ionlaşan şüalanmanın bioloji təsirini, radiasiya təhlükəsizliyi normalarını və radioaktiv maddələrlə və ionlaşan şüalanmalar mənbələri ilə sanitar iş qaydalarını; avadanlığın, otaqların, sahələrin, xüsusi geyimlərin dəri örtüyünün dezaktivasiya olunması metodlarını; radioaktiv çirklənmələrə nəzarət olunması metodikasını və üsullarını; şüalanmaya dozimetrik nəzarət olunması metodikasını və üsullarını; şüalanmaya dozimetrik nəzarət olunması işlərinin təşkilini; əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
7-ci dərəcə: iş stajına heç bir tələb qoyulmadan xüsusi ali təhsil ali təhsil və yaxud orta xüsusi təhsil və texnik vəzifəsində 3 ildən az olmayaraq iş stajı və ya orta xüsusi təhsil mütəxəssisləri ilə əvəz olunan digər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı;
8-ci dərəcə: xüsusi ali təhsil və radiometrik nəzarət mühəndisi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
9-cu dərəcə (aparıcı mühəndisi): xüsusi ali və 9-cu dərəcəli mühəndis vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı.
10-11-ci dərəcə (aparıcı mühəndis): xüsusi ali və 9-cu dərəcəli mühəndis vəzifəsindən 2-3 ildən az olmayaraq iş stajı.
_________________________________________________________________________________
3. Baş texnoloq (kulinar)
4. Direktor (müdir), ictimai iaşə müəssisəsinin
5. Direktor-müdir, pərakəndə ticarət müəssisəsinin
6. Laboratoriya müdiri, Texnoloji qida
7. Laboratoriya rəisi (müdiri), sanitar-texnoloji qida
8. Müdir, istehsalat üzrə (Baş aşpaz)
9. Müdir, mal bölməsinin
10. Müdir, mal kompleksinin (mal şöbəsinin)
11. Sex rəisi, texnoloji
12.Şöbə müdiri, malların sifarişi üzrə
13.Şöbə rəisi, dispetçer şöbəsinin
14. Şöbə rəisi, tələbin və konyukturanın öyrənilməsi
15. Şöbə rəisi, ticarətin təşkili və texnikası üzrə
16. Şöbə rəisi, ticarət üzrə
17. Şöbə rəisi, malların çeşidi və keyfiyyəti
Главный технoлог (кулинар)
Дректор, (заведующий) предприятия
общeствунного питания
Дректор, заведующий предприятия розничной торговли
Заведующий технологической пищевой лаборатории
Начальник (заведующий) санитарно-технологической пищевой лаборатории
Завсдующий производством
Заведущий товарной секцией
Заведующий товарным комплексом (отделом)
Начальник технохлогического цеха
Заведущий отделом заказов
Начальник диспетчерского отдела Начальник отдела по изучению коньюктуры и спроса
Начальник отдела организации и техники торговли
Начальник торгового отдела
Начальник отдела ассортимента и качества товаров
2.Ekspert, mal ekspertizası bürosunun
6. İnzibatçı, ticarət zalının
7. Müfəttiş, ticarət üzrə
8. Mühəndis, kimyəvi-toksikoloji nəzarət üzrə
9. Mühəndis, radiometrik nəzarət üzrə
Експерт бюро товарных
Администратор зала метродотель (администратор торгового зала)
Инженер химико-токсикологического контроля
Инженер радиометрического контроля
1. Ticarət və ictimai iaşə sahəsinə aid olan qulluqçu vəzifələrinin VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI Azərbaycan Respublikası Nazirlər kabineti 25 aprel 1995-ci il tarixli 93 saylı "fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika Təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrin Vahid Tarif-Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında" qərarına əsasən işlənilmişdir.
2. VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda qulluqçu vəzifələri üzrə əməyin ödənilmə dərəcələrinin müəyyən edilməsi, işçilərin vəzifə təlimatlarının, struktur bölmələr haqqında əsasnamələrin işlənib hazırlanması üçün ilkin hüquqi normativ sənəd sayılır.
3. VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASInda ticarət və ictimai iaşə sahəsinə aid edilən vəzifə adlarının siyahısı, dərəcələr diapazonu və yerləşdiyi səhifə, vəzifələrin indiyədək qüvvədə olan adları (rusca) və dərəcələr diapazonu ilə yeni adların və dərəcələr diapazonunun müqayisəli siyahısı verilmişdir.
1. 03 may 2023-cü il tarixli 3-17/3-5-10/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305033510, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 may 2023-cü il)
2. 9 avqust 2023-cü il tarixli 3-17/3-5-22/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202308093522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 avqust 2023-cü il)