Qanunvericilik › Rayon (şəhər) Gənclər və İdman İdarələri (Baş idarələri) haqqında birtipli ƏSASNAMƏ (Gənclər və İdman Nazirliyi, 03.03.1997) › Tam mətn

Rayon (şəhər) Gənclər və İdman İdarələri (Baş idarələri) haqqında birtipli ƏSASNAMƏ (Gənclər və İdman Nazirliyi, 03.03.1997)

Rayon (şəhər) Gənclər və İdman İdarələri (Baş idarələri) haqqında birtipli ƏSASNAMƏ (Gənclər və İdman Nazirliyi, 03.03.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Qeydə alınmışdır: Azərbaycan

Respublikası Ədliyyə Nazirliyi

Nazir___________S. C.həsənova

Azərbaycan Respublikası Gənclər və

"03" _03_ 1997-ci il tarixli

_48_ saylı əmri ilə təsdiq

Nazir____________Ə.M.Qarayev

___________rayon (şəhər) Gənclər və İdman İdarələri

1.1. ________________ rayon (şəhər) Gənclər və İdman İdarəsi (Baş idarəsi) (bundan sonra idarə adlandırılacaq) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerli dövlət idarəetmə orqanıdır.

1.2. İdarə ______________rayon (şəhər) icra hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən idman komitəsinin bazasında yaradılır.

1.3. İdarə fəaliyyət göstərdiyi_________________ rayonun (şəhərin) ərazisində gənclərlə iş və idman sahəsində dövlət siyasətini həyata keçirir. Respublika Gənclər və İdman Nazirliyinin, göstəriş və təlimatlarını yerinə yetirir, bu sahədə görülən iş üçün məsuliyyət daşıyır.

1.4. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərar, təlimat və əmrlərini və bu Əsasnaməni rəhbər tutur.

1.5. İdarə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi andan hüquqi şəxs statusu qazanır.

1.6. İdarənin müstəqil balansı, Azərbaycan Respublikasının gerbini əks etdirən girdə möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər hesabları var.

1.7. İdarənin yerləşdiyi yer: ________________

2.1. Ölkənin sosial-iqtisadi, mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun şəkildə ____________ rayon (şəhər) gənclərinin tərbiyəsi, demokratik prinsiplərə, ümumbəşəri və milli dəyərlərə yiyələnməsinə kömək göstərməklə gənclərin qüvvə və bacarığını, yaradıcı potensialını dövlət quruculuğuna onun suverenliyinin möhkəmləndirilməsinə, ____________________ rayonun (şəhərin) iqtisadi və sosial inkişafı məsələlərinin həllinə səfərbər etmək.

2.2. Gənclərin hüquqlarını, sosial mənafelərini bütün səviyyələrdə müdafiə etmək, onların müxtəlif peşələrə yiyələnməsi, işlə təmin olunması üçün ______rayon (şəhər) təşkilatları ilə birgə tədbirlər görmək.

2.3. Aztəminatlı ailələrdəki uşaqların, kimsəsiz və yetim uşaqların sosial problemlərinə dair tədbirlərin həyata keçirilməsində, beynəlxalq hüquq normaları çərçivəsində uşaqların hüquqlarının qorunmasında iştirak etmək.

2.4. _________ rayon (şəhər) daxilində gənclər təşkilatlarının, bədən tərbiyəsi və idman kollektivlərinin, birliklərinin yaradılmasında iştirak edib onların fəaliyyətini əlaqələndirmək.

2.5. Yüksək səviyyəli idmançılar yetişdirib, onları _________ rayon (şəhər), ölkə və beynəlxalq yarışlara hazırlamaq, bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək üçün yerli dövlət orqanları və digər ictimai təşkilatlarla birgə idmanın maddi-texniki bazasını inkişaf etdirmək.

2.6. _____________ rayonda (şəhərdə) gənclərin problemləri və idmanın vəziyyətinə dair Respublika Gənclər və İdman Nazirliyinə vaxtaşırı hesabat verir.

2.7. ___________ rayon (şəhər) gənclərinin sahibkarlığa yiyələnməsinə yardım edir, onlara metodiki təminatlar çatdırır.

2.8. Gənc ailələrə yardım göstərir, bu ailələrin maddi təminatlarını ödəmək üçün müvafiq rayon təşkilatları qarşısında məsələlər qaldırır.

2.9. ____________ rayon (şəhər) yığma komandalarının hazırlığını, onların ölkə yarışlarında və seçmə oyunlarında iştirakını təşkil edir. İdman növləri üzrə ____ rayon (şəhər) miqyaslı göstəriciləri təsdiq edir, bu sahədə çalışan işçilərə mükafatlar verir, fəxri adlar verilməsi təklifi ilə Respublika Gənclər və İdman Nazirliyinə müvafiq sənədləri təqdim edir.

2.10. Yarış qaydalarının pozulması və digər normal olmayan hallara, həmçinin idmanın adına xələl gətirən hərəkətlərə görə, idmançıları, məşqçiləri, hakimləri, komandaları cəzalandırmaq üçün Respublika Gənclər və İdman Nazirliyinə təqdimatlar verir.

3.1. İdarə qarşısında qoyulmuş vəzifələri yerinə yetirmək üçün bu hüquqlara malikdir:

- müəyyən olunmuş qaydada gənclərlə əlaqədar və idman sahəsində mövcud qanunvericiliyi təkmilləşdirmək üçün Nazirliyə təkliflər vermək;

- mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada rayondakı (şəhərdəki) idarə, müəssisə, təşkilat və yerli hakimiyyət orqanlarının məlumatlarından istifadə etmək;

- gənclərə iş və idman sahəsində müvafiq __________rayon (şəhər) icra hakimiyyəti orqanları ilə qarşılıqlı məsələləri həll etmək və bu barədə Gənclər və İdman Nazirliyinə məlumat vermək;

- nazirliyin nəzdində olan tədris ocaqlarının, elmi-tədqiqat İnstitutu və mərkəzlərinin, istehsalat müəssisələrinin, kütləvi informasiya vasitələrinin, idman-tibb təşkilatlarının xidmətindən istifadə etmək.

_______________rayonda (şəhərdə) gənclərin ictimai birliklərinin və təşkilatlarının yaradılmasına, idman birliklərinin təşkilinə kömək etmək.

- Özünün strukturlarında səmərələşdirici dəyişikliklər etmək, tabeliyində olan obyektlərin yenidən təşkili, ləğv olunması, yenidən yaradılması ilə bağlı Nazirliyə təkliflər vermək.

4.1. İdarələrin rəisi müvafiq __________ rayon (şəhər) İcra hakimiyyəti başçıları tərəfindən nazirliyin razılığına əsasən təyin edilir.

4.2. İdarənin rəhbəri idarə adından etibarnaməsiz fəaliyyət göstərir, onun mənafelərini bütün məssisələrdə, idarələrdə və təşkilatlarda təmsil edir, o cümlədən əmək müqavilələri bağlayır, etibarnamələr verir, banklarla hesablaşma hesabı və digər hesablar açır, vəsaitləri yönəltmək hüququndan istifadə edir, idarənin strukturu təsdiq edilərkən Azərbaycan Resupublikası Nazirlər Kabinetinin 62 saylı 16 mart 1995-ci il tarixli qərarında müəyyən edilmiş ştat sayını əsas götürür və _________ rayon (şəhər) İcra hakimiyyətinin Başçısı ilə razılaşdırılır, İdarənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər verir.

4.3. İdarənin rəhbəri mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslarla vəzifəsindən azad oluna bilər.

5.1. İdarə yerli büdcə və digər mənbələrdən maliyyələşdirilir və idarənin maliyyələşdirilməsi rayon (şəhər) İcra Hakimiyyətinin Başçısının təsdiq etdiyi smetaya əsasən həyata keçirilir.

5.2. İdarənin maliyyə fəaliyyətinin kompleks təftişi İcra Hakimiyyətinin Başçısının nəzarət-təftiş idarəsi tərəfindən və İdman Nazirliyi nümayəndələrinin təşəbbüsü ilə ən azı 2 ildə bir dəfədən az olmamaqla aparılır.

Azərbaycan Respublikasının qanunvericilik aktları ilə idarənin fəaliyyətinin müəyyən hissələrinin yoxlanılmasının həvalə olunduğu vergi orqanları və digər dövlət orqanları lazım gəldikdə səlahiyyətləri hədlərində yoxlamalar keçirə bilərlər.

İdarələrin bu orqanların öz səlahiyyətinə daxil olmayan məsələlər üzrə tələblərini yerinə yetirməmək, onları nəzarətə dəxli olmayan materiallarla tanış etməmək ixtiyarı vardır.

6.1. İdarə öz işinin nəticələrini operativ və mühasibat uçotunu, statistika hesabatını aparır.

6.2. Dövlət statistika hesabatının formaları dövlət statistika orqanları tərəfindən müəyyən olunur, buraya yalnız faktik məlumatlar, habelə ünvanlar və məlumatların göndərilməsi müddətləri daxil edilir.

6.3. İdarənin vəzifəli şəxsləri dövlət hesabını təhrif etməyə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

7.1. İdarənin ləğvi və yenidən təşkil edilməsi (birləşməsi, bölünməsi, ayrılması, çevrilməsi) Azərbaycan Respublikasının qanunvericilik aktları ilə həyata keçirilir.

7.2. İdarə Azərbaycan Respublikasının dövlət qeydiyyat reyestrindən çıxarıldığı andan ləğv edilmiş sayılır.

7.3. İdarə yenidən təşkil edildikdə və ya ləğv edildikdə mövcud qanunvericiliyə uyğun olaraq işdən çıxarılan işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsinə təminat verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver