Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Reklamverici tərəfindən sənədlərin təqdim olunması

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Reklamverici reklam yaradıcısı, reklam istehsalçısı və ya reklam agenti tərəfindən reklamda əks olunacaq (yayımlanacaq) məlumatların həqiqiliyini təsdiqləyən sənədləri, həmin şəxslər tələb etdikdə, təqdim etməyə borcludur.

19.2. Reklamverici bu Qanunun 19.1-ci maddəsinə uyğun olaraq tələb olunan sənədləri təqdim etmədikdə, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti və reklam yayıcısı onunla müqavilə bağlamaqdan imtina edir.

19.3. Reklamverici xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü üzrə əmtəənin reklamı zamanı reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti və reklam yayıcısının tələbinə əsasən, xüsusi razılığın (lisenziyanın) surətini həmin şəxslərə təqdim etməyə borcludur.

19.4. Sifariş edilən reklamın bu Qanunun tələblərinə uyğun olmasına görə reklamverici, reklam istehsalçısı və reklam yayıcısı məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver