Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, reklamı bu Qanuna uyğun tənzimləyən normativ hüquqi aktlardan, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Media haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunundan ibarətdir.

3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, həmin müqavilələrdə təsbit olunan qaydalar tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver