7.1. Aşağıdakılar barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur:
7.1.1. əmtəənin istehsalçısı, satıcısı və mənşəyi;
7.1.2. əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları;
7.1.3. əmtəənin təyinatı, tərkibi, istehlak xassələri, o cümlədən, istifadə şəraiti, dəstləşdirilməsi, istehsal olunduğu vaxt, yararlılığının son tarixi və istifadə müddəti;
7.1.4. reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri;
7.1.5. əmtəənin istehlakçıya çatdırılmasının, keyfiyyətinə zəmanət verilməsinin, satışdan sonra servis xidmətlərinin göstərilməsinin, dəyişdirilməsinin, geri qaytarılmasının şərtləri və müddəti;
7.1.6. əmtəənin istehsalına (satışına) verilmiş lisenziyanın, uyğunluq sertifikatının mövcudluğu, layiq görüldüyü mükafatlar;
7.1.7. dövlətlərin və beynəlxalq təşkilatların rəsmi rəmzlərindən, hüquqi şəxslərin əmtəə nişanlarından, şəxslərin əqli mülkiyyət hüquqlarından istifadəyə hüququn olması;
7.1.8. əmtəənin tədqiqinin və sınağının nəticələri;
7.1.9. reklam olunan əmtəə barədə əlavə məlumatların alınmasının mümkünlüyü;
7.1.10. reklam edilən əmtəənin reklamvericisi, onun reklamının yaradıcısı, istehsalçısı, agenti, rəqəmsal platforma təsirçisi, yayıcısı;
7.1.11. lotereyaların, müsabiqələrin, oyunların, o cümlədən idman mərc oyunlarının, lisenziya əsasında təşkil edilən kazino oyunlarının və digər tədbirlərin şərtləri, qaydaları və müddətləri, uduşların məbləği və hədiyyələr, onların verildiyi yer və əldəetmə qaydaları, bu cür tədbirlər haqqında məlumat verən mənbə.
7.2. Qeyri-dəqiq reklama yol verilmir.