“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 479-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 fevral tarixli 1245 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Reklamı qadağan olunan əmtəələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 17 oktyabr 2016-cı il
Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr
İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr
Resept əsasında buraxılan dərman vasitələri
İstifadəsinə (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibb vasitəsi, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları
Hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər
Süni mayalanma üzrə tibbi xidmətlər
Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, siqaret kağızları, alışqanlar, habelə nikotin tərkibi olmayan elektron siqaretlər
Satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar
Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri
“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr
Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr:
İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar
İşlənilmiş batareyalar
İstifadə olunmuş şinlər
İşlənilmiş sürtkü və mühərrik yağları
1. 30 avqust 2018-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1815)
2. 4 aprel 2022-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 392)
3. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)
4. 12 may 2026-cı il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2026-cı il, “Xalq” qəzeti, 16 may 2026-cı il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 466)