Qanunvericilik › Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Rəsmi statistika orqanının inzibati məlumat istehsalçıları ilə əlaqələri

Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu qanun inzibati məlumatların istehsalı üçün hüquqi baza yaratmır. Paralelçiliyə yol verməmək, ikiqat işdən qaçmaq, vahid təsnifat və metodlardan istifadəni və əldə edilmiş nəticələrin rəsmi statistikaya uyğunluğunu təmin etmək məqsədi ilə onların statistika hesabatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İnzibati məlumatların istehsalını öhdəsinə götürmüş müvafiq icra hakimiyyəti orqanları rəsmi statistika ilə məşğul olan orqana onun müəyyən etdiyi vaxtlarda və həcmdə hesabat təqdim edirlər.

Dövlət statistika orqanları statistika məlumatlarını əldə etmək və onları bu Qanunun 22-ci maddəsinin tələblərini nəzərə alaraq yaymaq hüququna malikdir. Bununla əlaqədar olaraq, dövlət statistika orqanlarının tələbi ilə inzibati məlumatları ona təqdim etmək inzibati məlumat istehsalçılarının vəzifəsidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver