Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qərara alır:
«Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 №-li qərarına aşağıdakı dəyişikliklər edilsin:
Həmin qərarın 28-ci bəndinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
Orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinin icarə müqaviləsinin pozulmasına dair tələblərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti şamil edilir. Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq isə vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri mənzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Bakı şəhəri, 25 dekabr 1998-ci il