Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında
Respublikada sosial-siyasi şəraitin mürəkkəbliyini, onu böhran vəziyyətindən çıxarmaq üçün təxirəsalınmaz tədbirlər görməyin, tezliklə bazar iqtisadiyyatına keçilməsini təmin etməyin, respublikanın idarəetmə sistemini möhkəmləndirməyin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
Azərbaycan Respublikasının Prezidentinə hüquq verilsin ki, xalq təsərrüfatını idarəetmənin təşkili, büdcə-maliyyə sistemi, əməyin ödənilməsi və qiymətqoyma, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin.
Azərbaycan Respublikasının Ali Soveti başqa qaydalar müəyyən edə bilər, yaxud Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi qərarı dəyişdirə və ləğv edə bilər.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 1991-ci il.