Qanunvericilik › Respublikanın yüksək dağlıq yerlərində olan sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin traktorçu-maşinistlərinin əməyini ödəməyin tarif dərəcələrinin müəyyən edilməsi haqqında (Prezidentin fərmanı, 18.02.1991) › Tam mətn

Respublikanın yüksək dağlıq yerlərində olan sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin traktorçu-maşinistlərinin əməyini ödəməyin tarif dərəcələrinin müəyyən edilməsi haqqında (Prezidentin fərmanı, 18.02.1991)

Respublikanın yüksək dağlıq yerlərində olan sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin traktorçu-maşinistlərinin əməyini ödəməyin tarif dərəcələrinin müəyyən edilməsi haqqında (Prezidentin fərmanı, 18.02.1991) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Respublikanın yüksək dağlıq yerlərində olan sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin traktorçu-maşinistlərinin əməyini ödəməyin tarif dərəcələrinin müəyyən edilməsi haqqında

Yüksək dağlıq yerlərdə, çətin təbii-iqlim şəraitində işləyən sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin traktorçu-maşinistlərinin maddi marağını yüksəltmək məqsədilə qərara alıram;

1. Torpaqları dəniz səviyyəsindən 1700 metrdən artıq yüksəkdə olan sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin traktorçu-maşinistlərinin əmək haqqı əməyi ödəməyin tarif dərəcəsinin üçüncü qrupuna, 1200 metrdən 1700 metrə qədər yüksəkdə olanlarda isə — ikinci qrupuna aid edilsin.

2. Respublikanın yüksək dağlıq yerlərində olan kolxozlara tövsiyə edilsin ki, əməyi ödəməyin bu Fərmanda nəzərdə tutulan tarif dərəcələrinin müəyyən edilməsi imkanına baxsınlar.

3. Bu Fərman qəbul edildiyi andan qüvvəyə minsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı təhəri, 18 fevral 1991-ci il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver