Qanunvericilik › "Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 25.05.2007) › Tam mətn

"Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 25.05.2007)

"Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 25.05.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Azərbaycan Rəssamlar İttifaqının üzvləri üçün yeni emalatxanaların tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 1842 nömrəli Sərəncamının 2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 may 2007-ci il

1. Bu Qaydalar "Azərbaycan Rəssamlar İttifaqının üzvləri üçün yeni emalatxanaların tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 1842 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin yaradıcılıq fəaliyyəti üçün şəraiti yaxşılaşdırmaq məqsədilə Bakı, Gəncə və Naxçıvan şəhərlərində yaradılacaq müasir emalatxana komplekslərindəki emalatxanaların istifadəyə verilməsi mexanizmini tənzimləyir.

2. Yeni emalatxanalar dövlət mülkiyyətində - müvafiq Şəhər İcra Hakimiyyətinin balansında olmaqla, yalnız Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssam və heykəltəraşların istifadəsinə verilir.

3. Yeni emalatxanaların istifadəyə verilməsi Azərbaycan Rəssamlar İttifaqının təqdim etdiyi siyahı əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəçilərlə bağlanan müqavilə yolu ilə həyata keçirilir.

4. Emalatxana komplekslərinin idarə olunması, habelə saxlanılması xərclərinin ödənilməsi məsələlərinin həlli kompleksin balansında olduğu təşkilat tərəfindən həyata keçirilir.

5. Emalatxana sahələrinin kommunal xərcləri rəssam və heykəltəraşlar tərəfindən əhali istehlakı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilir.

6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi emalatxanaların təyinatı üzrə səmərəli istifadəsinə nəzarət etmək, emalatxanalardan təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etməyən şəxslərlə bağlanılmış müqavilələri ləğv etmək hüququna malikdir.

1. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver