Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
3.1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12 dekabr 2002-ci il tarixli iclasının qərarına əsasən 4 nömrəli Protokol ilə təsdiq edilmiş “Bölmə IV - Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”;
3.2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12 dekabr 2002-ci il tarixli iclasının qərarına əsasən 4 nömrəli Protokol ilə təsdiq edilmiş “Bölmə IV - Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”ə 23 may 2003-cü il tarixli iclasının qərarına əsasən 5 nömrəli Protokolu ilə təsdiq edilmiş dəyişikliklər;
3.3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının qərarına əsasən 9 nömrəli Protokol ilə təsdiq edilmiş “Bölmə III - Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər”;
3.4. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 yanvar 2005-ci il tarixli iclasının qərarına əsasən təsdiq edilmiş 11 nömrəli Protokolunun “1 saylı “Rabitə xidmətləri üçün tariflər” preyskurantının IV ”Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər” bölməsinə dəyişiklik edilməsi barədə” hissəsi;
3.5. “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Bölmə IV “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tarifləri”nə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 aprel 2008-ci il tarixli 4 nömrəli Qərarı;
3.6. “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2002-ci il 23 dekabr tarixli Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə xidmətləri üzrə “Bölmə IV “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”ə və 2004-cü il 23 iyul tarixli Bölmə III “Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər”ə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2008-ci il tarixli 8 nömrəli Qərarı.
4. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 2 dekabr 2013-cü il
30 dekabr 2025-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasını Tarif (qiymət) Şurasının Qərarı