AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in verilməsi” elektron xidməti üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarının 5.1-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası
1. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in verilməsi” elektron xidməti üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2018-ci il 18 iyul tarixli 1817050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicisi olan fiziki şəxslərin müraciəti əsasında sadələşdirilmiş vergi üzrə sabit məbləğin elektron qaydada ödənilməsini və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in verilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.7-1-ci, 24.0.6-1-ci, 218.4.4-cü, 220.10-cu və 221.8-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 7.66-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmət real vaxt rejimində göstərilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan və vergi orqanlarında vergi uçotuna alınmış fiziki şəxsə real vaxt rejimində “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbz” verilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişlidir. Aparılmış hər bir əməliyyata görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalında əməliyyatların aparılmasına dair Kollektiv Sazişlə tənzimlənən tarif əsasında avtomatik rejimdə müvafiq bankın xeyrinə xidmət haqqı tutulur.
2.3. Elektron xidmətin istifadəçiləri: Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan və vergi orqanlarında vergi uçotuna alınmış fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. http://www.taxes.gov.az;
2.4.2. http://www.e-taxes.gov.az;
2.4.3. http://www.e-gov.az.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. http://www.taxes.gov.az;
2.5.2. http://www.e-gov.az;
2.5.3. https://www.dxr.az;
2.5.4. Çağrı Mərkəzi (195-1);
2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;
2.5.6. Vergilər qəzeti;
2.5.7. office@taxes.gov.az.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur. Xidmətin yerinə yetirilməsi üçün istifadəçi ödəniş kartına malik olmalıdır.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması:
1. Müraciət edən istifadəçi bu reqlamentin 2.4-cü bəndində qeyd olunan internet səhifələrdə Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısında “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"in verilməsi” xidmət növünü seçdikdən sonra İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə istifadəçi kod, şifrə və parol və ya gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olur;
2. “Yeni müraciət” düyməsini sıxır, “Kimə ünvanlanıb” bölməsində “Vergilər Nazirliyinə”, “müraciətin növü” bölməsində “Ərizə”, “Sənədin növü” bölməsində “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” seçir və “Qəbul” düyməsini sıxır;
3. İstifadəçi açılan ekranda ərizə (“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzin alınması üçün ərizə”nin elektron forması) üzrə tələb edilən məlumatları - fəaliyyət növünün adını, fəaliyyətin həyata keçirildiyi ərazini, fəaliyyət göstərəcəyi dövrü seçir, dövrün başlama tarixini daxil edir və “İrəli” düyməsini sıxır;
4. Daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda “Tanış oldum, məlumatların doğruluğunu təsdiq edirəm” xanasını işarələyir və “Qəbul” düyməsini sıxır. Əks halda imtina etmək üçün “İmtina” düyməsi sıxılır;
3.1.2. sorğunun qəbulu: İstifadəçi tərəfindən “Qəbul” düyməsi sıxıldıqdan sonra açılan “Məbləği ödə” pəncərəsində istifadəçi “Ödə” düyməsini sıxır və Hökumət Ödəniş Portalına keçid edilir. Portalda ödəniş kartının məlumatları daxil edilməklə real vaxt rejimində ödəniş (Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergi) və xidmət haqqı (aparılmış hər bir əməliyyata görə müvafiq banka ödənilən haqq) ödənilir və “Son” düyməsi sıxıldıqda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbz”in alınması haqqında Bildiriş” ekranda əks olunur. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” istifadəçinin “Onlayn kargüzarlıq” bölməsinin “Gələnlər” qovluğuna göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): İstifadəçi sorğunun formalaşdırılması üçün bu reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları səhv daxil etdikdə və ya 3.1.2-ci yarımbənddə nəzərdə tutulmuş əməliyyatlar düzgün aparılmadıqda sorğu qəbul edilmir. Səhv məlumatın daxil edilməsi və ya əməliyyatın aparılması istifadəçinin yenidən sorğu verməsinə mane olmur;
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən bu reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar düzgün daxil edildikdə və 3.1.2-ci yarımbənddə nəzərdə tutulmuş əməliyyatlar düzgün aparıldıqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. İstifadəçi kodu, şifrə, parolun və ya gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Vergilər Nazirliyi;
2. Elekron ərizədə istifadəçinin adının və VÖEN-nin avtomatik olaraq əks olunması, məsul şəxs - Vergilər Nazirliyi;
3. Ərizə üzrə tələb edilən məlumatların düzgün daxil edilməsi, məsul şəxs – istifadəçi;
4. Hökumət Ödəniş Portalı vasitəsi ilə sadələşdirilmiş vergi və xidmət haqqının ödənilməsi, məsul şəxs - istifadəçi;
5. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbzin alınması haqqında Bildiriş”in ekranda əks olunması və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbz”in istifadəçinin “Onlayn kargüzarlıq” bölməsinin “Gələnlər” qovluğuna göndərilməsi, məsul şəxs - Vergilər Nazirliyi;
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbz” real vaxt rejimində verilir;
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur;
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbz” istifadəçinin “Onlayn kargüzarlıq” bölməsinin “Gələnlər” qovluğuna göndərilir və istifadəçi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbz”i real vaxt rejimində əldə edir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.
3.4.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və Rəqəmsal vergi inzibatçılığı departamentləri tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.