Qanunvericilik › Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 04.03.2004) › Tam mətn

Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 04.03.2004)

Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 04.03.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Əqli və ya fiziki inkişafı qüsurlu olan uşaqlar üçün xüsusi təyinatlı dövlət məktəbəqədər tərbiyə müəssisələrinin Əsasnaməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 199 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 4 mart 2004-cü il

1. Bu Əsasnamə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununa və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanına uyğun olaraq hazırlanmış və xüsusi təhsilin məktəbəqədər xüsusi təhsil müəssisələrində, onların qruplarında, xüsusi şərait yaradılan ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrinin xüsusi təhsil qruplarında Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilməsini tənzimləyir.

2. Məktəbəqədər xüsusi təhsil müəssisələrində xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin hərtərəfli inkişafını və tərbiyəsini, məktəbə hazırlığım, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların cəmiyyətə uyğunlaşdırılmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, sağlamlığının bərpasına şərait yaratmağı təmin etməkdən ibarətdir.

3. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4. Məktəbəqədər xüsusi təhsil müəssisələri öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, "Təhsil haqqında" və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarım, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, bu Əsasnaməni, öz Nizamnaməsini və digər müvafiq normativ aktları rəhbər tutur.

5. Dövlət məktəbəqədər xüsusi təhsil müəssisələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

6. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təlim-tərbiyə aldıqları məktəbəqədər xüsusi təhsil müəssisələrində tam dövlət təminatındadırlar:

eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar;

görmə qabiliyyəti tam və qismən məhdud olanlar;

ağır nitq pozuntuları olanlar;

dayaq-hərəkət aparatının funksiyaları pozulanlar;

əqli geriliyi olanlar (debillər, imbisillər);

emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;

psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər;

mürəkkəb çatışmazlıqları (fiziki çatışmazlığı, əqli və psixi ləngimələri) olanlar.

7. Məktəbəqədər xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıda göstərilən uşaqlar üçün yaradıla bilər:

nitq pozulmaları (ağır nitq pozuntuları, nitqin fonetik-fonematik ləngliyi, qeyri-iradi nitq pozuntusu və ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;

eşitmə pozulmaları olanlar (eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər);

görmə pozulmaları olanlar (görmə qabiliyyəti tam və qismən məhdud olanlar, çəpgözlüyü olanlar və s.);

əqli (psixi) pozuntuları (əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi) olanlar;

dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olanlar;

ağır çatışmazlığı olanlar, o cümlədən eşitmə-görmə qabiliyyəti tam məhdud olanlar;

emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;

xroniki somatik xəstəlikləri olanlar.

8. Məktəbəqədər xüsusi təhsil müəssisələrində xüsusi təyinatlı qruplarda uşaqların sayı aşağıdakı qaydada müəyyənləşdirilir:

görmə qabiliyyəti tam məhdud olan uşaqlar

görmə qabiliyyəti qismən məhdud olan, çəpgözlüyü olan və ambliopiyalı uşaqlar

eşitmə qabiliyyəti tam məhdud olan uşaqlar

eşitmə qabiliyyəti qismən məhdud olan uşaqlar

nitqi ümumən inkişaf etməyən uşaqlar

qeyri-iradi nitq pozuntusu olan uşaqlar

nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar

əqli pozuntusu olan uşaqlar

dayaq-hərəkət orqanları pozuntusu olan uşaqlar

mürəkkəb çatışmazlıqları olanlar

9. Məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunurlar.

10.Görmə qabiliyyətində pozuntu olan uşaqlar üçün görmə qabiliyyətinin pozulma dərəcəsinə görə müxtəlif qruplar yaradılır:

görmə qabiliyyəti tam məhdud olan uşaqlar üçün;

görmə qabiliyyəti qismən məhdud olan uşaqlar üçün;

çəpgözlüyü olan və ambliopiyalı uşaqlar üçün.

Qruplar uşaqların yaş səviyyəsinə uyğun təşkil olunur:

2-3 yaşdan 3-4 yaşadək;

3-4 yaşdan 4-5 yaşadək;

4-5 yaşdan 5-6 yaşadək;

11.Məktəbəqədər xüsusi təhsil müəssisələrində eşitmə qabiliyyətində pozuntu olan uşaqlar üçün eşitmə-nitq qabiliyyəti tam məhdud olan və eyni zamanda əqli geriliyi olan uşaqlar üçün qruplar yaradıla bilər.

Eşitmə qabiliyyəti tam məhdud olan, lakin nitq qabiliyyətini tam itirməmiş uşaqlar eşitmə qabiliyyəti qismən məhdud olan uşaqlar üçün qrupa təyin olunurlar.

Bu tip məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaş səviyyəsinə görə belə komplektləşdirilir:

2 yaşdan 3 yaşadək və ya 3-4 yaşadək;

3 yaşdan 4 yaşadək və ya 4-5 yaşadək (birinci ilin proqrammı keçmiş uşaqlar);

4 yaşdan 5 yaşadək və ya 5 yaşdan 6 yaşadək (ikinci ilin proqrammı keçmiş uşaqlar);

5 yaşdan 6 yaşadək və ya 6 yaşdan 7 yaşadək (üçüncü ilin proqrammı keçmiş uşaqlar);

6 yaşdan 7 yaşadək (dördüncü ilin proqramını keçmiş uşaqlar).

Qeyd. Xüsusi şərait yaradılan ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrində eşitmə qabiliyyəti qismən məhdud olan uşaqlar üçün qruplar uşaqların nitqlərinin vəziyyətindən asılı olaraq yalnız eyni yaşlı və ya müxtəlif yaşlılarla komplektləşdirilir. Məktəbəqədər xüsusi təhsil müəssisəsinə yeni qəbul edilmiş uşaq yaşından asılı olmayaraq birinci il qrupuna təyin olunur. Birinci ilin proqramını keçməyən 5-6 yaşlı uşaqlar müstəqil qruplara təyin olunur və il ərzində birinci 3 ilin proqramı keçirilir.

12. Əqli pozuntusu olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaş səviyyəsinə görə belə komplektləşdirilir:

3-4 yaşdan 4-5 yaşadək;

4-5 yaşdan 5-6 yaşadək;

6 yaşdan 7-8 yaşadək.

13. Nitq pozuntusu olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar nitq pozuntusunun ağırlıq dərəcəsi nəzərə alınmaqla təşkil edilir:

nitqi ümumən inkişaf etməyən (rinolaliya, dizartriya, alaliya, afaziya) uşaqlar üçün;

qeyri-iradi nitq pozuntusu olan uşaqlar üçün;

nitqi fonetik cəhətdən inkişaf etməyən (dislaliya, rinolaliya, dizartriya) uşaqlar üçün.

Həmin qruplarda yaş səviyyəsi aşağıdakı qaydada müəyyənləşdirilir:

nitqi ümumən inkişaf etməyən uşaqlar üçün qrupda:

böyük-hazırlıq qrupu 5 yaşdan 6-7 yaşadək.

Qeyri-iradi nitq pozuntusu olan uşaqlar üçün qrupa 2 yaşdan yuxarı yaş səviyyəsi nəzərə alın-maqla kəkələmə diaqnozlu uşaqlar qəbul edilir.

Nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar üçün qrupa isə 5 yaşdan 6-7 yaşadək uşaqlar qəbul edilir.

Məktəbəqədər xüsusi təhsil müəssisələrində nitq pozuntusu olan uşaqlara kömək məqsədilə loqopedik xidmət təşkil edilir.

Qeyd. Uşağın nitqinin vəziyyəti və yaşından asılı olaraq onun məktəbəqədər xüsusi təhsil müəssisəsində qalmağının müddəti dəyişə bilər. Müddətin uzadılması yalnız psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə əsasən həyata keçirilir.

14. Dayaq-hərəkət orqanlarında çatışmazlıq olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaşdan asılı olaraq komplektləşdirilir:

kiçik qrup 3-4 yaşdan 4-5 yaşadək;

orta qrup 4-5 yaşdan 5-6 yaşadək;

böyük qrup 5 yaşdan 6 yaşadək;

hazırlıq qrupu 6 yaşdan 7-8 yaşadək.

15. Mürəkkəb çatışmazlıqları olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaşdan asılı olaraq komplektləşdirilir:

kiçik qrup 3-4 yaşdan 4-5 yaşadək;

orta qrup 4-5 yaşdan 5-6 yaşadək;

böyük qrup 5 yaşdan 6 yaşadək;

hazırlıq qrupu 6 yaşdan 7-8 yaşadək.

16. Məktəbəqədər xüsusi təhsil müəssisələri aşağıdakı rejimdə fəaliyyət göstərir:

körpələr evi-uşaq bağçası 24 saatlıq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla);

uşaq bağçası 12 saatlıq (5-6 günlük);

körpələr evi-uşaq bağçası

(ümumi təyinatlı) 12 saatlıq (5-6 günlük);

bağçalarda qruplar 12 və ya 24 saatlıq (5-6 günlük).

17. Məktəbəqədər xüsusi təhsil müəssisələrində təlim-tərbiyə prosesi Nazirlik tərəfindən təsdiq edilmiş xüsusi təhsil üzrə, o cümlədən əlaqəli proqramlar əsasında aparılır. Qüsurlarla (pozuntularla) əlaqədar uşaqların inkişafındakı geriliklərin aradan qaldırılması üzrə aparılan tibbi-metodik işə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi rəhbərlik edir.

18. Məktəbəqədər xüsusi təhsil müəssisələrində aparılan təlim-tərbiyə işləri uşaqların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə uşaqların mövcud proqram həcmində bilik almasına, onların bacarıq və vərdişlərinin, əqli, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir.

19. Müalicə kursuna görə təyin edilmiş müxtəlif tədbirlər hər bir uşaq üçün həm ümumi, həm də fərdi qaydada aparılır.

20. Məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqların qüsurlarını (pozuntularını) aradan qaldırmaq məqsədilə defektoloq tərəfindən fərdi və qrup məşğələləri (o cümlədən müalicə xarakterli) aparılır, müvafiq gün rejimi yaradılır, uşaqların fərdi inkişafı və bu sahədə həkimlərin tibbi tövsiyələri ciddi surətdə nəzərə alınır.

21. Məktəbəqədər xüsusi təhsil müəssisələrində yaş səviyyəsindən və diaqnozdan asılı olaraq fərdi məşğələlər 5-15, qrup məşğələləri 12-25 dəqiqə aparılır.

22. Məktəbəqədər xüsusi təhsil müəssisələrində təlim-tərbiyə işinin keyfiyyəti üçün tərbiyəçilər və defektoloqlar eyni dərəcədə məsuliyyət daşıyırlar.

23. Məktəbəqədər xüsusi təhsil müəssisələrində sosial-pedaqoji himayə xidməti fəaliyyət göstərir. Bu xidməti sosioloq-pedaqoqlar həyata keçirirlər. Onlar tədris-tərbiyə müəssisələri ilə ailə və cəmiyyət arasında əlaqə yaradılmasında iştirak edir, mühitin dəyişməsi ilə əlaqədar olaraq valideynlərə məsləhət verirlər. Sosioloq-pedaqoqlar öz statusuna görə pedaqoji işçilərə bərabər tutulurlar.

24. Tibbi xidmət və müalicə-bərpa işlərinin yerinə yetirilməsi məktəbəqədər xüsusi təhsil müəssisəsinin ştatında olan tibb işçiləri tərəfindən həyata keçirilir. Onlar məktəbəqədər xüsusi təhsil müəssisəsinin rəhbəri ilə bərabər uşaqların sağlamlığı qayğısına və psixofiziki vəziyyətinə, dispanserizasiyasına, profilaktiki tədbirlərin həyata keçirilməsinə cavabdehdirlər.

25. Məktəbəqədər xüsusi təhsil müəssisələrində tibb sahəsində metodik rəhbərlik və müalicə-məsləhət köməyi ərazidə yerləşən dövlət psixonevroloji və müalicə-profilaktika müəssisələri tərəfindən yerinə yetirilir.

26. Məktəbəqədər xüsusi təhsil müəssisələrinə uşaqlar yalnız psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişinə və valideynlərin və ya digər qanuni nümayəndələrin ərizəsinə əsasən qəbul edilir və ya xaric olunurlar.

27. Məktəbəqədər xüsusi təhsil müəssisələrinə uşaqların qəbulu aşağıdakı sənədlərə əsasən aparılır:

psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi;

uşağın inkişafı tarixindən çıxarış;

yoluxucu xəstəliklərlə təmasda olmaması haqqında arayış.

28. Məktəbəqədər xüsusi təhsil müəssisələri yenidən təşkil və ya ləğv edildikdə, Nazirlik təhsil alanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə uşaqların eyni tipli xüsusi təhsil müəssisəsinə, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə isə başqa tipli xüsusi təhsil müəssisəsinə köçürülməsini təmin edir.

29. Məktəbəqədər xüsusi təhsil müəssisələrinə uşaqların qəbulu il boyu həyata keçirilir. Qruplar avqust ayının 15-dən 31-dək komplektləşdirilir. Qrupların komplektləşdirilməsi müəssisənin müdiri tərəfindən aparılır.

30. Bütün gün ərzində (24 saat) evə getməyən uşaqların yaşayışı və istirahəti üçün Nazirlik və müvafiq təşkilatlar (ticarət, tibb, istehsalat müəssisələri) hərtərəfli kömək göstərməlidirlər.

31. Sağlamlıq imkanları məhdud olan uşaqlar tam dövlət təminatında olmaqla dövlət tərəfindən təlim vasitələri ilə, yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə təmin olunurlar.

32. Uşaqlar aşağıdakı hallarda göstərilən məktəbəqədər xüsusi təhsil müəssisələrinə qəbul edilmirlər:

a) görmə qabiliyyətində pozuntu olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

kəskin əqli geriliyi olanlar;

ruhi xəstələr (şizofreniya və ağıl zəifliyi);

eşitmə qabiliyyəti tam və qismən məhdud olan uşaqlar;

xüsusi qulluğa ehtiyacı olan sağlamlıq imkanları məhdud

b) eşitmə qabiliyyətində pozuntu olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

görmə-eşitmə qabiliyyəti tam məhdud olanlar;

normal eşidən, lakin nitq qabiliyyəti tam məhdud olan uşaqlar;

əqli geriliyi olanlar;

ruhi-psixoloji pozuntuları olanlar;

xüsusi xidmətə ehtiyacı olan sağlamlıq imkanları məhdud;

tez-tez ürəkgetmə ilə müşayiət olunan epilepsiyalı uşaqlar.

c) əqli pozuntusu olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

oliqofreniya xəstəliyinin imbesil və idiotiya mərhələsində olanlar;

eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar;

görmə qabiliyyəti tam və qismən məhdud olanlar;

dayaq-hərəkət aparatının pozulması nəticəsində xüsusi qulluq tələb edən sağlamlıq imkanları məhdud şəxslər (serebral iflic);

əqli çatışmazlığın rezidual mərhələsində olanlar, başqa sözlə 1 il əvvəl meninqo-ensefalit və digər xəstəlikləri keçirənlər;

davranışlarında ruhi xəstəlik əlaməti, qıcolma tutmaları, habelə şizofreniya ilə müşayiət olunan epilepsiya və ya fəal müalicə tələb edən digər psixi xəstəliklərə tutulanlar.

ç) nitq pozuntusu olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar;

görmə qabiliyyəti tam və qismən məhdud olanlar;

əqli geriliyi olanlar;

ürəkgetmə ilə müşayiət olunan epilepsiyalı, şizofreniyalı uşaqlar;

özünə xidmət etməyi bacarmayan sağlamlıq imkanları məhdud şəxslər.

d) dayaq-hərəkət orqanlarında çatışmazlıq olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:

başqalarının köməyi olmadan hərəkət edə bilməyənlər;

özünə xidmət etməyi bacarmayan sağlamlıq imkanları məhdud uşaqlar;

oliqofreniya xəstəliyinin imbesil və idiotiya mərhələsində olanlar;

eşitmə və görmə qabiliyyəti pozulanlar;

tez-tez epilepsiya tutmaları olanlar;

ümumi təyinatlı uşaq bağçalarına qəbulu qadağan edilmiş xəstə uşaqlar.

33. Xüsusi təhsili həyata keçirən dövlət məktəbəqədər xüsusi təhsil müəssisələri Nazirlik tərəfindən idarə olunur.

34. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin akkreditasiyası “Məktəbəqədər təhsil haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.

35. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin ictimai idarəetmə orqanı məktəbəqədər müəssisə şurası hesab edilir və onların fəaliyyəti ümumi təyinatlı məktəbəqədər müəssisələrin şurası haqqında mövcud Əsasnaməyə uyğun qurulur.

36. Məktəbəqədər xüsusi təhsil müəssisələrində təlim-tərbiyə işlərinin, tibb xidmətinin keyfiyyətinə, pedaqoji işçilərin ixtisasartırmasına rəhbərlik müəssisənin rəhbəri tərəfindən həyata keçirilir.

37. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin bütün kateqoriyadan olan işçilərinin hüquq və vəzifələri, uşaqların qəbulu, göstəriləcək xidmətlər, daxili intizam və iş qaydaları bu Əsasnaməyə uyğun hazırlanmış Nizamnamədə öz əksini tapmalıdır. Özəl və bələdiyyə məktəbəqədər xüsusi təhsil müəssisəsinin nizamnaməsi təsisçi tərəfindən, dövlət məktəbəqədər xüsusi təhsil müəssisəsinin nizamnaməsi tabeliyində olduğu mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

38. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin müdiri vəzifəsinə 3 ildən az olmayaraq pedaqoji staja malik ali təhsilli defektoloq, müstəsna hallarda isə defektoloq ixtisası olmayan, lakin belə müəssisələrdə iş təcrübəsinə malik olan məktəbəqədər təhsilli pedaqoji işçilər təyin edilə bilərlər.

Müdir məktəbəqədər müəssisənin bütün fəaliyyətinə rəhbərlik edir, tabe olduğu təşkilatın rəhbərliyi, valideynlər, müəssisənin işçiləri qarşısında, uşaqların mühafizəsi və sağlamlığı, kadrların seçilib yerləşdirilməsi və tərbiyəsi, təşkilati-pedaqoji, maliyyə-təsərrüfat və məktəbəqədər müəssisənin digər fəaliyyəti, kollektivdə müsbət psixoloji iqlim şəraitinin yaradılması üçün məsuliyyət daşıyır. O, fəaliyyəti haqqında tabe olduğu təşkilat qarşısında vaxtaşırı hesabat verir.

39. Məktəbəqədər xüsusi təhsil müəssisələrində:

metodist vəzifəsinə 3 ildən az olmayaraq pedaqoji staja malik ali məktəbə-qədər təhsilli mütəxəssis və ya defektoloq təyin edilir;

defektoloq vəzifəsinə ali təhsilli defektoloqlar və ya 1 il profil üzrə xüsusi kurs keçmiş ali ixtisas təhsilli tərbiyəçilər təyin edilirlər;

musiqi rəhbəri vəzifəsinə pedaqoji təhsil verən ali və ya orta ixtisas məktəblərinin musiqi şöbəsini bitirmiş 2 il iş stajına malik və sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək metodunu öyrədən xüsusi kurs keçmiş şəxslər təyin edilirlər;

tərbiyəçi vəzifəsinə 2 ildən az olmayaraq pedaqoji staja malik ali və ya orta ixtisas təhsilli xüsusi kurs keçmiş şəxslər təyin edilirlər.

40. Məktəbəqədər xüsusi təhsil müəssisələrinə pedaqoji işçi təyin edilərkən onların təhsili, metodiki hazırlığı, uşaqlarla işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti nəzərə almır.

41. Məktəbəqədər xüsusi təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur. Psixoloji xidmətin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

42. Məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqların qida məhsulları ilə təminatmı və iaşə xidmətini Nazirlik təmin edir.

Qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.

43. Xüsusi təhsili həyata keçirən dövlət və bələdiyyə müəssisələri müvafiq olaraq dövlət və bələdiyyələrin vəsaitləri hesabına maliyyələşdirilir.

44. Özəl məktəbəqədər xüsusi təhsil müəssisələri təsisçinin (təsisçilərin) vəsaiti hesabına maliyyələşdirilir, bu Əsasnaməyə uyğun olaraq fəaliyyətini qurur.

45. Məktəbəqədər xüsusi təhsil müəssisələri hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.

46. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin xüsusi təhsil qruplarının və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman qurğuları və təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən təhsil müəssisəsinin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır.

47. Məktəbəqədər xüsusi təhsil müəssisələri müvafiq xəzinə hesabına malikdir, üzərində müəssisənin və tabe olduğu təşkilatın adı yazılmış ştampı, möhürü və ünvan lövhəsi olan hüquqi şəxsdir.

1. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)

2. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

3. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)

4. 2 mart 2012-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 255)

5. 18 oktyabr 2017-ci il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1912)

6. 25 may 2018-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1149)

7. 28 noyabr 2018-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2458)

8. 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1300)

9. 17 sentyabr 2021-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2021-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1070)

10. 5 aprel 2022-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 404)

11. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

12. 9 mart 2023-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 15 mart 2023-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 433)

13. 12 yanvar 2024-cü il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 16 yanvar 2024-cü il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 76)

14. 6 sentyabr 2024-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1067)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver