Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 29 may 2002-ci il № 86
1. Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaları xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində və ya xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində həyata keçirilir.
2. Sağlamlıq imkanları məhdud eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar, görmə qabiliyyəti tam və qismən məhdud olanlar, ağır nitq pozuntuları olanlar, dayaq-hərəkət aparatının funksiyaları pozulanlar, əqli geriliyi olanlar (debillər, imbisillər), emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar, psixi inkişafın lәngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər, mürəkkəb çatışmazlıqları olanlar tam dövlət təminatındadırlar.
3. Sağlamlıq imkanları məhdud şəxslər müvafiq təhsil müəssisəsinə cəlb olunduğu vaxtdan müəyyən olunmuş təhsil müddətində pulsuz təhsil alırlar.
4. Sağlamlıq imkanları məhdud şəxslər təlim vasitələri ilə, yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə dövlət tərəfindən tam təmin edilir.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsillə, təlim vasitələri ilə, yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə təmin olunması üçün tələb olunan xərclərin ödənilməsi dövlət büdcəsində "Təhsil xərcləri" üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
6. Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil alması üçün çəkilən xərclər tabelik baxımından Elm və Təhsil Nazirliyi və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri tərəfindən ödənilir.
1. 19 aprel 2022-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 412)
2. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
3. 6 sentyabr 2024-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1067)