11-1.1. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisənin xüsusi siniflərində sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir.
11-1.2. İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, əqli və (və ya) psixi ləngimələrə görə təlim və ya peşə təhsili, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz.
11-1.3. İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.